YORĞAN-DÖŞƏK

YORĞAN-DÖŞƏK İndi Anna evində təzə yorğan-döşəkdə uzanıb xəyala dalmışdı (M.Hüseyn); BƏSTƏR (kl.əd.) [Əvam:] Anlamam hərgiz, cəhalət bəstərində yatmışam (M.Ə.Sabir); RƏXTXAB (kl.əd.) Rzaqulu xan rəxtxab içində hər tərəfə dönür, hər səmtə hərəkət edir, sızıldayır, Böyükxanım da başının üstündə əyləşib deyir: Kişi, Allaha bax! (M.S.Ordubadi); YATACAQ Gülsüm qan yuxudan gülə-gülə ayılıb yatacağın üstə oturdu (Çəmənzəminli); YATAQ Qətibə yata bilmədi yatağından qalxıb xələti üstünə saldı... (M.S.Ordubadi); YER (məc.) Vahid: yerin içində oturub, yuxudan tamam ayılmaq üçün neçə dəfə kirpiklərini çaldı (Mir Cəlal).

YOLUXUCU
YORĞUN
OBASTAN VİKİ
Yorğan
Yorğan bir növ yataq örtüyüdür ki, ənənəvi olaraq üç qat fiberdən ibarətdir: bir toxunmuş parça üstdə, bir qat pambıq ya yun və toxunmuş parça arxada ki, yorğan tikmək texniki istifadə edərək birləşdirilir. Bir birədən ötür yorğanı yandırmazlar. Bir subay oğlan, bir mitil yorğan. Cecimin axır yorğanı. Hələ yoğunu yorğan altındadır. Xan yorğanı mitil olmaz. Yorğanı göydə ayağı uzun. Yorğanına görə qıçını uzad.

Digər lüğətlərdə