YUYUNMAQ

qayıd.
1. Öz əl-üzünü, bədənini yumaq; çimmək. Hamamda yuyunmaq. Çayda yuyunmaq.
– Kərim xan gəlib yuyunar, çörək yeyər, çay içər və köhnə cırıq kilimin üstündəki mütəkkəyə söykənərək xəyala dalardı. M.İbrahimov.
Qızlar quyunun başında yuyunurdular. Ə.Vəliyev.

2. məc. İslanmaq, üzərinə şeh düşmək; nəmlənmək.
Al örpək örtdü bağçalar; Yuyundu şehlə gül-çiçək. Ə.Cəmil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YUYUNMAQ YUYUNMAQ Müsafirlər frençlərini çıxarıb, yuyunmağa başladılar (Çəmənzəminli); YIXANMAQ Gündəki vaxtında yatağından durdu, yıxanıb qurtaran kimi qapı a
  • YUYUNMAQ islanmaq — nəmlənmək
  • YUYUNMAQ yumaq — çimmək

Etimologiya

  • YUYUNMAQ Mənbələrdə suqunmaq variantı da mövcuddur. Deməli, “su” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
YUYUNMA
YUYUNTU

Digər lüğətlərdə