Ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə qatlanıb, öz idrakının təsdiqi ilə zülmü dəf etməlidir.
// Özbaşınalıq və zorakılıq əsasında qurulan idarə üsulu; istibdad.
Hökumətin zülmündən təngə gəlmiş xalq hökumətə qarşı yazılan bu rübainin təkrar edilməsini tələb etməyə başladı.
// Ümumiyyətlə, əziyyət, əzab, işgəncə.
Tainki ayıqdır, həzər et ər dediyindən; Ər zülmü yamandır!
□ Zülm çəkmək – zülmə, haqsızlığa məruz qalmaq.
Zülm etmək (eləmək) – amansızcasına sıxışdırmaq, incitmək, azadca yaşamağa və inkişaf etməyə qoymamaq, istismar etmək, ədalətsizlik etmək, haqsızlıq etmək, cəfa etmək.
…Zülm eliyən, qan tökən; Ya xan, ya sultan olar. ( ).
İkisi birləşib zülm edib mana; Şahid yox arada, qorxuram dana.
Mən ki doymamışdım heç vüsalından; Mənə zülm elədi yaman ayrılıq.
Zülm ərşə dayandı (çıxdı) – zülm, ədalətsizlik həddini aşdı.
Zülm ilə, zülmlə – çox böyük əziyyətlə, çox çətinliklə.
Qurbani der: bu nə çərxi-fələkdir; Zülümlə ayırırlar yarı da məndən.