1. İçi oyulmaqla ağacdan (taxtadan) hazırlanan qab növü. Çanağa un tökmək.
2. Çanaq tutan qədər ölçü vahidi. İki çanaq un.
// Sosialist inqilabının ilk illərində Azərbaycanda alınan natural verginin adı.
3. tex. Müxtəlif mexanizmlərdə, istehsalatda şey götürmək, boşaltmaq üçün çalovvari qurğu.
4. Krandan tökülən suyun axıb getməsi üçün onun altında yerləşdirilən deşikli çuxur ləyən.
5. Gövdə. Gəmi çanağı.
6. Bəzi heyvanların (tısbağa, timsah və s.) bədənini örtən çanaqvari sərt qabıq; qın.
7. Bəzi simli musiqi alətlərinin (tar, kamança və s.), içi boş olduğundan səsi əks etdirən və gücləndirən əsas hissəsi. Sazın çanağı.
8. İnsan və heyvan skeletinin bel hissəsi – aşağı (heyvanlarda arxa) ətraflara dirənən və bel sümüyü üçün dayaq vəzifəsini görən sümük kəmər; çanaq sümüyü. İnsanın çanağı heyvanlarınkına nisbətən geniş olub, kasa şəklindədir. “İnsanın anatomiyası və fiziologiyası”.
◊ Çanaq … başında çatlamaq (sınmaq) – öz əlilə özünü bəlaya salan adam haqqında.
Gözləri çanağından çıxmaq – bax gözləri hədəqəsindən çıxmaq (“göz”də).