ŞAHQARDAŞ
ŞAHLAR
OBASTAN VİKİ
Şahqulu
Şahqulu — ad. Şahqulu Baba Təkəli — Anadoluda qızılbaşpərəst və səfəvipərəst üsyanın rəhbəri. Şahqulu (rəssam) — rəssam.
Şahqulu xan
Şahqulu xan (urdu شاہ قلی خان) — XVI əsrdə yaşamış Moğol qubernatoru, siyasətçi və incəsənət himayədarı. Şahqulu Hindistanın Narnaul bölgəsində Moğol qubernatoru vəzifəsində çalışmışdır. == Bioqrafiyası == Şahqulu xan 16-cı əsrdə böyük Moğol İmperiyasının hakim təbəqəsinin üzvlərindən biri idi. Xan Bayram xan Baharlının havadarlarından biri olmuş, Moğol məhkəməsində mühüm rəsmi şəxslərdən biri kimi çıxış etmişdir. O, Əkbər şahın hakimiyyətinin ilk illərində bir dəfə imperiyanın regenti olmuşdur. Şahqulunun Bayram Xan ilə olan əlaqəsi ona Moğol məhkəməsi ilə çoxlu sayda lütf qazandırmağa imkan vermişdi. 1550-ci illərdə Moğollar ilə Sur İmperiyası arasında bir sıra hərbi münaqişələr baş vermişdir. Şahqulu xan müharibə zamanı Moğol ordusuna rəhbərlik etmiş və döyüşlər zamanı öz hərbi şücaəti ilə fərqlənmişdir. 1556-cı ildə baş vermiş İkinci Panipat döyüşündə o, Sur imperiyasının hökmdarı olan Hemunu ağır yaralamışdır. Döyüş Moğol imperiyası üçün həlledici qələbələrdən biri sayılırdı.
Şahqulu (rəssam)
Şahqulu (Osmanlı türkcəsi:شاه قولی; v. 1556) — Səfəvi imperiyasında fəaliyyət göstərmiş, daha sonradan Osmanlı imperiyasına aparılmış məşhur rəssamlardan biri. O, Osmanlı imperiyasında hakim rəssamlıq cərəyanlarından biri olan saz üslubunun formalaşmasında aparıcı rol oynamışdır. == Həyatı == Çin və ya İslam mənbələrindən əldə edilən mifik varlıqların iri ölçülü çiçəklərdən və tüklü yarpaqlardan ibarət ovsunlu meşədə hərəkət etdiyi saz üslubu Ağqoyunlu və Səfəvi saraylarındakı incəsənət sahəsi ilə paralel şəkildə təşkil edilmişdir. Şahqulunun özü də burada Ağa Mirək (Şah Təhmasibin məşhur rəssamı Ağ Mirək deyildir) adlı müəllimdən bu sahə üzrə dərs almışdır. Səfəvi sülaləsindən olan Sam Mirzə Səfəvinin bildirdiyinə görə, Şahqulu Qum şəhərindən gəlmişdir. Şahqulunun adı Osmanlı arxivlərində də vardır. Arxiv sənədlərində onun 1515-ci ilin aprel ayının 12-də Təbrizdən Amasyaya sürgün edilən rəssam və digər incəsənət xadimlərinin içərisində adı keçir. Belə ki, Çaldıran döyüşündən sonra Təbriz ələ keçirilmiş və buradakı Səfəvi sarayına məxsus bir çox incəsənət xadimi İstanbula aparılmışdı. Şahqulunun bilinən imzalı ən köhnə əsəri Səfəvi dönəminə aid Bəhram mirzə Albomunda görülən əjdaha rəsmidir.
Şahqulu Sultan Əfşar
Şahqulu Sultan Əfşar və ya Şahqulu bəy Yüzbaşı Əfşar — Səfəvi imperiyasında xidmət etmiş siyasi və hərbi xadim. I Təhmasibin dövründə fəaliyyət göstərmiş, Kirmanın hakimi olmuşdur. == Həyatı == Şahqulu Sultan Əfşar tayfasından və Xəlil xanın oğlu idi. 1528-ci ildə o, I Təhmasib tərəfindən Kirmanın hakimi təyin edildi. Bundan sonra Şahqulu Sultan Əfşar I Təhmasibə sona qədər sadiq şəkildə xidmət etdi. Bu müddət ərzində o, ən güclü vilayət hakimlərindən biri olmaqla birlikdə, hərbi qüvvələri ilə I Təhmasibi onun hakimiyyəti dövründə baş vermiş bütün hərbi əməliyyatlarda dəstəklədi. 1544-cü ildə Şah Təhmasib Şahqulu Sultana Böyük Moğol imperatorunu geri dönüş yolunda müşayət etməsini əmr edir. Hümayun üsyan nəticəsində taxtından məhrum qalmış, I Təhmasibə sığınmış və ondan hakimiyyətini geri qaytarmaq üçün yardım etməsini istəmişdir. Ona yardım üçün verilən orduya komandanlıq edənlərdən biri də Şahqulu Sultan olmuşdur. Bu yürüş nəticəsində Hümayun yenidən taxtına çıxmış, Qəndəhar, Qəznə və Kabil geri qaytarılmışdır.
Şahqulu Xəlifə Zülqədər
Şahqulu Xəlifə Zülqədər (ö. 4 iyul 1558, Astrabad, Səfəvi imperiyası) — Səfəvi imperiyasının türk hərbi və ictimai xadimi, I Təhmasibin möhrdarı, eşikağasıbaşı və Qum hakimi. Şah Təhmasibin hakimiyyəti dövründə - 1530-cu illərin əvvəllərindən ölümünə qədər - 1558-ci ilə qədər şahın ən yaxın adamlarından biri olmuş, Möhrdar, eşikağasıbaşı, Qum bəylərbəyisi və çoxsaylı yürüşlərdə ordu komandanı kimi vəzifələrdə xidmət etmişdir. == Həyatının erkən dönəmi == Şahqulu Xəlidə Zülqədər tayfasının Qavurqalı boyundan idi. Onun adı ilk dəfə 1530-cu ildə bu tayfanın başçılarından biri kimi adı çəkilmişdir. O, Şahın sarayındakı mühafizəçilər qvardiyasında xidmət etmiş və şaha yaxın olan ən yuxarı eşalonda təmsil edilmişdir. "Tarix-i Qızılbaşan" əsərinin anonim müəllifinin bildirdiyinə görə, o, eşikağasıbaşı vəzifəsinə 1531-ci ildə Dilişeyxinin qətlindəki roluna görə bu vəzifəyə təyinat almışdır. Bu zaman möhrdar Kaba Xəlifə Təkəli idi. O, Təkəli tayfasının üsyanında iştirakına görə edam edildikdən sonra bu vəzifəyə Mahmud bəy Zülqədər təyin edildi. 1533-cü ildə onun da ölümündən sonra bu vəzifə də Şahqulu Xəlifə Zülqədərə həvalə edildi.
Şahqulu sultan Ustaclı
Həmzə sultan Qazaq oğlu Şahqulu sultan Ustaclı (?-1568) — qızılbaş sərkərdəsi, Azərbaycan və Xorasan əmir əl-ümərası, Astrabad və Çuxursəd əyalətinin bəylərbəyi (1551-1568). Həsən bəy Rumlu 1544-cü ildə baş vermiş hadisələrdən bəhs edərkən Həmzə sultan Qazağın oğlu Şahqulu sultanın Məşhəd hakimi olduğunu qeyd edir. O, həmçinin Kirman və Astrabadda da hakim olmuşdu. H.974-cü (1567) ildə Sultan Süleymanın vəfatı ilə əlaqədar Şah Təhmasibin başsağlığı vermək, Sultan Səlimin hakimiyyətə keçməsini təbrik etmək üçün vəzir Murad bəy İsfahani və 500 nəfər gənc ilə Çuxursəd hakimi Şahqulu sultanı da Osmanlı dövlətinə elçi göndərməsi onun Səfəvilər sarayında yüksək nüfuz sahibi olduğunu göstərir. O, Ədirnədə Sultan Səlimlə görüşmüş və Şahın göndərdiyi məktubu, hədiyyələri ona vermişdir. == Həyatı == Şahqulu sultan Ustaclı Ustaclı boyunun məşhur nümayəndələrindən biri olan Çayan sultanın qardaşı Qazax sultanın oğlu idi. Əmisi Çayan sultan Hüseyn bəy Lələdən sonra Şah İsmayılın əmir əl-ümərası olmuşdu. Şahqulu sultanın doğum tarixi haqqında mənbələrdə məlumat yoxdur. Anonim müəllif tərəfindən qələmə alınan “Tarixi-Qızılbaşan” əsərində onun haqqında müfəssəl məlumat verilib: “Başqa birisi Qazax sultanın oğlu- Çayan sultanın qardaşı oğlu- Şahqulu sultandır ki, uzun illər Şah Təhmasibin adından Məşhəd hakimi idi və 958-ci ildə (1551) Şah Təhmasib onu çağırıb İsmayıl Mirzənin lələsi təyin etdi. Hüseyncan sultan Rumlunun vəfatından sonra Çuxursədin əmir əl-ümərası oldu və Şah Təhmasib onu Ruma səfir göndərdi.
Şahqulu xan Zəngənə
Şahqulu xan Şeyxəli xan oğlu Zəngənə (XVII əsr, İsfahan – 1716) — Səfəvilər dövlətinin baş vəziri. == Həyatı == Şahqulu xan Şeyxəli xan oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəngənə elinin başçısı idi. 1680-ci ildə Kirmanşah bəylərbəyliyinin hakimi təyin edildi. 1691-ci ildən 1699-cu ilədək qorçubaşı vəzifəsində çalışmışdı. Şahqulu xan Zəngənə 1707-ci ildən 1716-cı ilədək Şah Sultan Hüseyn Səfəvinin baş vəzi, etimadüddövləsi olmuşdur. Şahqulu xan Zəngənə 1716-cı ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010.
Şahqulu Baba Təkəli
Şahqulu, Şahqulu Baba Təkəli, Bıyıqlıoğlu və ya Şahqulu ağa Təkəli (türk. Şahkuluvə ya Şah Kulu Baba Tekeli; (d. Qorqudeli, Osmanlı imperiyası — ö. 2 iyul 1511, Sivas, Osmanlı imperiyası) - Anadoluda qızılbaşpərəst və səfəvipərəst üsyanın rəhbəri. Bu üsyan Şahqulu üsyanı adlanır və 1511-ci ildə Osmanl imperiyası tərəfindən çətinliklə yatırılmışdır. Üsyanın yatırılması zamanı öldürülmüş və Amasiyada dəfn edilmişdir. Şah İsmayılın atası Şeyx Heydərin Xəlifələrindən Həsən Xəlifənin oğludur və Qorqudelinin Yalımlı kəndi camaatındandır. == Haqqında == Şahqulu Türkmən boylarından olan Təkəli elinə mənsub olmuşdur. Şahqulunun atası iki dəfə Şeyx Heydərin xidmətinə getmiş, Xəlifəsi olmuş və sonra doğma torpağı olan Təkə elinə göndərilib xalqı Şeyx Heydərin ardıcılı etmək tapşırılmışdı. Həm Həsən Xəlifə.
Şahqulu ağa Təkəli üsyanı
Şahqulu ağa Təkəli üsyanı və ya Şahqulu baba üsyanı — 1511-ci ildə Anadoluda Osmanlı dövlətinə qarşı baş vermiş üsyan. Bu hərəkat Antalya, Manisa, İzmir, Qaraman, Mərsin, Konya, Qırşəhir, Tokat, Amasya, Yozqat və Çorumda məskunlaşmış ələvilər tərəfindən başlanmışdı. Şahqulu baba üsyanı Anadoluda osmanlılara qarşı dini zəmində baş vermiş ilk böyük üsyanlardan biridir. Şahqulu baba üsyanının baş verməsi ilk növbədə Səfəvi təriqətinin Osmanlı ərazisində məskunlaşmış şiələrə təsirləri ilə əlaqələndirilsə də, onun dərin ictimai kökləri də var idi. Belə ki, Şahqulu baba üsyanı Şah İsmayılın təhriki ilə başlayan bir üsyan deyil. Bu üsyan Şah İsmayıla rəğbət bəsləyən qrupların yaşadıqları ağır həyat şəraiti, Osmanlı şiələrinin məskunlaşdığı ərazilərdə vergi siyasətinin sadə insanların marağına cavab verməməsi nəticəsində qiyama qalxmasıdır. 1509-cu il zəlzələsi və II Bəyazidin ölüm xəbərləri üsyanın baş vermə səbəblərindən idi. == Şahqulu baba Təkəli haqqında == Şahqulu babanın kimliyi haqqında istər Osmanlı qaynaqlarında istərsə də Səfəvi qaynaqlarında müxtəlif məlumatlar mövcuddur. Şahqulu baba üsyanının mərkəzi Kiçik Asiyanın cənub-qərbində, Aralıq dənizi sahillərində yerləşən Təkə eli idi. Bu üsyanın təşkilatçısı və rəhbəri olan Şahqulu baba bu bölgənin Qorqudeli qəzasının Yanlı (Yalınlı) kəndindən idi və Səfəvi təriqətinə inanclı olan bir ailəyə mənsub idi.
Şahqulukəndi (Çaroymaq)
Şahqulukəndi (fars. شاهقلي كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 161 nəfər yaşayır (33 ailə).