ŞİTLİK

is.
1. Şit, duzu az şeyin halı, keyfiyyəti. Şitliyindən xörəyi yemək olmur.
2. məc. Qeyri-ciddi, yüngül, bayağı, duzsuz hərəkət, söz.
// məc. Nadinclik, dəcəllik, üzlülük; şit hərəkətlər, şit sözlər və s.
Müəllimənin gözləri … bəzi uşaqların şitlik və dəcəlliyinin qarşısını almaqda onun əsas köməkçilərindən idi. S.Rəhimov.

□ Şitlik eləmək1) nadinclik eləmək, dəcəllik eləmək, üz gətirmək.
[Güləsər] tez-tez şitlik edir(di). İ.Şıxlı;

2) yüngüllük eləmək, hərəkətində, sözündə ifrata varmaq. Amma Molla özü heç qorxmayıb, əvvəlkindən də bir az artıq şitlik eləyir. “M.N.lətif.”

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞİTLİK dəmdəməkilik — yelbeyinlik — yüngüllük
  • ŞİTLİK duzsuzluq
  • ŞİTLİK ərköyünlük — nadinclik — dəcəllik — şuluqluq

Antonimlər (əks mənalı sözlər)

  • ŞİTLİK ŞİTLİK – CİDDİLİK Qızın birdən şitliyi tutdu (M.İbrahimov); Ciddilik onun təbiəti ilə bağlıdır (“Azərbaycan”)
ŞİTLƏNMƏK
ŞİV

Digər lüğətlərdə