ŞİVƏN

is. [ fars. ] Fəryad, fəğan, nalə, bərk ağlaşma, matəm, yas.
Seyyid, aşiq olalı bilmişəm aşiqlər işin; Ah imiş, nalə imiş, giryə imiş, şivən imiş. S.Ə.Şirvani.
Bülbül dedi: “– Dünyada o kimdir gülə bir gün; İllərcə zəbun etməyə şən könlünü şivən”. H.Cavid.

□ Şivən etmək (qaldırmaq, qılmaq, qoparmaq, salmaq) – bərk ağlamaq, fəryad qoparmaq, fəğan etmək.
Gedərəm, kuyində qıllam şivəni; Yığaram başıma dostu, düşməni. M.P.Vaqif.
Sərdarovların evində şivən qopmuşdu.
Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi. Ə.Haqverdiyev.

// Qiyamət qoparmaq, haray salmaq, mərəkə qoparmaq.
Əvvəllər evlənmək söhbəti düşəndə Şərif bir tikə narahat olub şivən eləməzdi. C.Məmmədquluzadə.

// Yas, matəm, ağlaşma. Ölüsü bir gün, şivəni min gün. ( Ata. sözü ).
□ Şivən qurmaq – matəm məclisi qurmaq, yas tutmaq.
Namərd müxənnətin boynu vurulsun; Vay düşsün evinə, şivən qurulsun. Aşıq Ələsgər.

Şivən qopmaq – fəryad qopmaq, bərk ağlaşma düşmək.
…Yenicə yatağıma uzanmışdım ki, qonşu evdən acıqlı və yanıqlı bir şivən qopdu. A.Şaiq.
Bir az əvvəl qəmli və ağır sükuta batmış qadınlardan yenə şivən qopdu. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞİVƏN fəryad — nalə — fəğan — oxşama — ağı — hönkürtü — hıçqırtı
ŞİVƏLİ
ŞİVƏNLİ

Digər lüğətlərdə

...ва́р куда́ уж куртуа́зность литоло́гия мгнове́ния отсоединя́ть плюсова́льный пятибо́рье шарлата́нить на ша́ру нал обка́тывать погрустне́ть рекреация ante- bawdy check-lock morphological shampoo vice-admiral всепрощающий дрыгать изъясниться малица штурмовать