Seyyid, aşiq olalı bilmişəm aşiqlər işin; Ah imiş, nalə imiş, giryə imiş, şivən imiş.
Bülbül dedi: “– Dünyada o kimdir gülə bir gün; İllərcə zəbun etməyə şən könlünü şivən”.
□ Şivən etmək (qaldırmaq, qılmaq, qoparmaq, salmaq) – bərk ağlamaq, fəryad qoparmaq, fəğan etmək.
Gedərəm, kuyində qıllam şivəni; Yığaram başıma dostu, düşməni.
Sərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi.
// Qiyamət qoparmaq, haray salmaq, mərəkə qoparmaq.
Əvvəllər evlənmək söhbəti düşəndə Şərif bir tikə narahat olub şivən eləməzdi.
// Yas, matəm, ağlaşma. Ölüsü bir gün, şivəni min gün. ( Ata. sözü ).
□ Şivən qurmaq – matəm məclisi qurmaq, yas tutmaq.
Namərd müxənnətin boynu vurulsun; Vay düşsün evinə, şivən qurulsun.
Şivən qopmaq – fəryad qopmaq, bərk ağlaşma düşmək.
…Yenicə yatağıma uzanmışdım ki, qonşu evdən acıqlı və yanıqlı bir şivən qopdu.
Bir az əvvəl qəmli və ağır sükuta batmış qadınlardan yenə şivən qopdu.