ŞIXBABA

ə. "şeyx" (təriqət, ərəb ölkələrində isə qəbilə və ya tayfa başçısı) və "baba" sözlərindən yaranmışdır.
ŞIXAMİR
ŞIXBALA
OBASTAN VİKİ
Şıxbaba
Şıx Baba türbəsi — Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Böyük əraziyə malik qəbiristanlıqla əhatə olunmuş Şıx baba piri, əsasən, daxildən və xaricdən dairəvi plana malik türbə binasından ibarətdir. Çatma tağlı qapı yerinin üzərində kitabə yoxdur. Şıx baba türbəsinin 1308-ci ilə aid kitabədə onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Qəbələ rayonunda Həmzəli kəndində "Şıx baba" ziyarətgahının adı ilə mənaca eynidir. Şıx baba türbəsi XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndidə "Şıx baba" türbəsinin adındandır. Abidənin dairəvi günbəzi uçmuş, içəridə bitən ardıc ağacı boy atıb türbədən qalxmış, abidənin önündə bitmiş digər ardıc ağacıyla baş-başa verərək, mərkəz hissədə dəfn olunmuş böyük alim, əzəmətli şeyxin məzarı üzərinə sayə salmaqdadır. Qoşa ardıc ağacları sanki yarımxaraba abidəni tamam məhv olmaq təhlükəsindən qorumağa çalışır və tədqiqatçıları, vaxtilə Avropanı Yaxın Şərq ölkələri ilə birləşdirən karvan ticarət üzərində bərqərar olmaqla qaynar həyat keçirmiş mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən birinə, xalqın pir, müqəddəs yer deyə qoruyub saxladığı tarixin izlərində elmin, mədəniyyətin sirlərini açmağa çağırır. Şeyxin məzarı üzərinə günbəzdən uçub tökülmüş və digər müxtəlif xatirə abidələrindən daş parçaları yığılmışdır.
Şıxbaba (dəqiqləşdirmə)
Şıx Baba türbəsi (Cəbrayıl) - Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Şıx Baba piri (Qəbələ) - Qəbələnin Həmzəli kəndi ərazisində yerləşən pir. Şıxbabalı - Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi Qarqar çayının sahilində, dağətəyi ərazidə yerləşən kənd. Şıxbabalı türbəsi (Ağdam) - Ağdam bölgəsinin Şıxbabalı kəndində yerləşən türbə Şeyx Babı türbəsi - Füzuli rayonu Babı kəndində yerləşən tarixi abidə. Şıxbaba ocağı - Şərur rayonunda, Təzəkəndin cənubunda ziyarətgah.
Şıxbaba ocağı
Şıxbaba ocağı — Şərur rayonunda, Təzəkəndin cənubunda ziyarətgah. Pir son zamanlar bərpa olunmuş, lakin Araz çayının daşması ilə yenidən dağılmışdır. Pir binasının qalıqları dördkünc formalıdır. Binanın yaxınlığında bir-birinin üzərinə yığılmış qara daşlar var. Ziyarətçilər dilək tutaraq həmin daşların arasında şam yandırırlar. Xalq arasında olan rəvayətə görə Püsyan kəndinə gələn və özünü heç kəsə bəlli etməyən Şıxbaba burada qeyb olmuşdur. Pirin ətrafından Orta əsrlərə aid keramika məmulatı tapılmışdır. Pirdə toplanan qara daşlar Erkən tunc dövrünə aid əmək alətləridir. Belə hesab etmək olar ki, pir qədim yaşayış yerinin ərazisində yaranmışdır. Piri e.ə.
Muğanlı (Şıxbabalı, Ağdam)
Muğanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Azad Şükürov — Azərbaycanın əməkdar artisti, dosent Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Şıxbabalı
Şıxbabalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi dairəsində kənd. Qarqar çayının sahilində, dağətəyi ərazidə yerləşən kənd. Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır. Ağdam rayonunun Şıxbabalı inzibati-ərazi vahidində Kəndin keçmiş adı Şeyxbaba olub. Kənddə Şıxbabalı türbəsi var. Kənd həmin türbənin adındandır" Yerli məlumata görə də, toponim üstünə "Məşhəd" yazılmış Şıxbabalı sərdabəsinin adından yaranıb. Şıxbabalı adının əsasında Şıx Baba antrtoponimi durur. Şıx şeyx sözünün təhrif olunmuş formasıdır. Yerli ləhcədə dini termin olan Şeyxə şıx deyilir. Bəzi dialektlərimizdə şıx seyid mənasında da işlənilir.
Şıxbabalı türbəsi
Şıx Baba piri Yaradılma tarixi etibarı ilə ən qədim binalardan biri olan Ağdam bölgəsinin Şıxbabalı kəndində yerləşən türbə. Abidənin üzərindəki kitabədən onun 1272-ci ildə tikildiyi aydınlaşır. Bu türbə səkkizbucaqlı, yuxarısı çatmatağ şəkilli günbəzlə örtülmüş abidədir. Türbənin yeraltı sərdabə hissəsi də vardır.Şıxbabalı türbəsi özünəməxsus səciyyəvi memarlıq cəhətinə malik olmaqla bərabər, çox az memarlıq abidəsi məlum olan dövrə aid olması cəhətdən də diqqəti cəlb edir.Türbənin günbəzinin quruluşu xüsusilə maraqlıdır. Azərbaycan türbələrində günbəzlər ikiqat olduğu halda Babı günbəzi bir qatdır və özü də yalnız bir sıra daşdan düzülmüşdür. Nəticədə də Şıxbabalı türbəsinin günbəzi olduqca yüngül, adətən müasir konstruksiyaları xatırladan şəkildədir.İkiqatlı və çox sadə şəkildə qurulmuş bir çox türbələrin günbəzləri bizim zamana qədər tamamilə dağıldığı halda Şıxbabalı türbəsinin bu yüngül quruluşlu günbəzi dövrümüzə qədər öz quruluşunu mühafizə edə bilmişdir. Türbənin xarici səthlərində memarlıq bölgüləri tətbiq edilmişdir. Bu səthlərdə düzbucaqların yuxarı hissəsi stalaktitli taxçaların kənar cizgisini xatırladan bir boğaz şəklində verilmişdir. Bu forma ancaq Möminə Xatun türbəsinin səthində olan stalaktitli batıqların kənar xəttinə oxşadılması yolu ilə meydana çıxmışdır. Şıxbabalı türbəsinin xarici görünüşündə kərpic memarlığının təsiri görünür.
Şıxbabalı türbəsi (Ağdam)