ƏBDÜLQASIM

“Əbdülqasim, Əbdülqasım, Əbülqasim, Əbülqasım” adının təhrif olunmuş variantı. Oğlunun adını “Qasım” qoyandan sonra Məhəmməd peyğəmbəri “Əbülqasim” (“Qasimin atası”) deyə çağırırdılar. Peyğəmbərin bu künyəsindən şəxs adı kimi istifadə edilmişdir. Əslində elə “Məhəmməd, Məmməd” deməkdir (bax: Əbülqasım).
ƏBDÜLQAFUR
ƏBDÜLQƏDİR
OBASTAN VİKİ
Əbdülqasım (Uçalı)
Əbdülqasım (başq. Абдулҡасим, rus. Абдулкасимово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Kunakbay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 26 km, kənd sovetliyindən (Kunakbay): 18 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Vaqif Əbdülqasımov
Vaqif Əmir oğlu Əbdülqasımov — Azərbaycan alimi, sənətşünaslıq namizədi, professor. Vaqif Əmir oğlu Əbdülqasımov 26 avqust 1942 ildə Ağdamda dünyaya gəlmişdir. Ağdam 1 nömrəli orta məktəbdə təhsil almış (1950–1960), eyni zamanda Ağdam 1 nömrəli uşaq musiqi məktəbində (1954–1959), Ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinin tar sinfində (1959–1963) oxumuşdur. 1963–1968 illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi şöbəsində ali təhsil almışdır. Vaqif Əbdülqasımov Ağdam musiqi məktəbində oxuyarkən rayon mədəniyyət evinin nəzdində yaranmış "Şur" xalq çalğı alətləri ansamblının tərkibində Azərbaycanın bir çox rayon və şəhərlərində verilən konsertlərdə, bir çox respublika müsabiqələrində, 1961-ci ildə Moskvada keçirilmiş musiqi festivalında, müxtəlif səviyyəli hökumət tədbirlərində və s. müsamirələrdə iştirak etmiş, medal və fəxri fərmanlarla təltif olunmuşdur. Bu illər ərzində o, rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri də olmuşdur. O, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olarkən 1963–1967 illərdə Səid Rüstəmovun rəhbərlik etdiyi Respublika Radio və Televiziya Komitəsi xalq çalğı alətləri orkestrində tarzən işləmişdir. Vaqif Əbdülqasımov 1 saylı uşaq musiqi məktəbində (1961–1963), Ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbində tar müəllimi, Bakı mədəni maarif texnikumunda (1967–1971) işləmişdir. O, müəllimliklə yanaşı, Ağdam rayon mədəniyyət evinin dram teatrında tarzən kimi fəaliyyət göstərmiş, 1977–1990 illərdə Respublika Musiqi Mədəniyyəti Universitetinin rektoru olmuşdur.