ƏLHƏQ ara s. [ ər. ] köhn. Həqiqətən, doğrusu, doğrudan da. Əlhəq, münəccimbaşı dəxi, görünür ki, çox əlhəq imiş. M.F.Axundzadə. Kuyinda görmək əğyari; Əlhəq, mənə cəfadır bu. Q.Zakir. Əlhəq, əlhəq, gözəl binasən! M.Ə.Sabir.