ƏLLƏMƏK

f.
1. Əllə yoxlamaq, əl sürtüb baxmaq, əl sürtmək, əl vurmaq, əl toxundurmaq.
Mirzə Rəhim ağa, Hacı xana mütəvəcceh olub gülə-gülə çənəsini əlləyirdi. M.S.Ordubadi.
Bir əli ilə anasının döşündən möhkəm yapışmış körpə o biri əli ilə anasının üzünü, çənəsini əlləyirdi. Ə.Vəliyev.

2. Əllə çağırmaq. O, yoldaşını uzaqdan görüb əllədi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLLƏMƏK toxunmaq — sürtmək — yoxlamaq
ƏLLƏMƏ₂
ƏLLƏNMƏ

Digər lüğətlərdə