ƏSLA

zərf [ ər. ] Heç, heç bir vaxt, qətiyyən. Bu işdən onun əsla xəbəri olmamışdır.
[Rüstəm bəy:] Sizin şimalda kişilər həlimdirlər ki, arvadları və ya qızları özgələri ilə gəzib danışdıqda qanları əsla coşmayır. Çəmənzəminli.
[Xəyyam:] Alın, əsla ələ keçməz bu kitab. H.Cavid.
…Şagirdlərin savadı müxtəlif idi.
Aramızda əsla savadı olmayanlar da var idi. T.Ş.Simurq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏSLA heç — qətiyyən — heç vaxt
  • ƏSLA ƏSLA, QƏTİYYƏN Ondan ötrü ki, Xudayar bəyin evinə gələndən, Zeynəbin üzü əsla, qətiyyən gülmədi (C.Məmmədquluzadə); DIRNAQ QƏDƏR (fr
ƏSKİMİŞ
ƏSLƏHƏ

Digər lüğətlərdə