ÇUXUR

is.
1. Yer səthindən aşağı çökmüş, oyulmuş yer; oyuq, çala.
Məmməd bir böyük və dərin çuxur qazıb, eşşəyin leşini ora saldı, üstünü torpaqladı. E.Sultanov.
Çəpərlərdən çıxan tikan kolları oynaya-oynaya gəlib yol çuxurlarında bənd alır. Mir Cəlal.

// Sif. mənasında.
Dünyada hər iş öz qaydasınca gedir, suyu tökəndə çuxur yerə axır… C.Məmmədquluzadə.
Xanlar cəld geriyə döndü.
Çuxur bir yer tapıb, daldalanmaq istədi. M.Hüseyn.

2. Bədənin bəzi yerlərində (xüsusən üzdə, yanaqda) əmələ gələn xırda çökək yer; batıq.
[Sila] gülərkən yenə ordu batır, sifətində çuxur əmələ gəlirdi. Ə.Vəliyev.
[Gülşənin] hər iki yanağında kiçik çuxurlar əmələ gəldi. Q.İlkin.

3. Dərin nimçə, dərin qab.
[Aftil Hacı Əhmədə:] Budur, sən hər gün xoruzbeçə yeyirsən, mənim uşaqlarım bir çuxur bulama tapa bilmir. C.Cabbarlı.

◊ Gözləri çuxura düşmək – bax gözləri quyuya düşmək (“göz”də).

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇUXUR 1. ÇUXUR [Səid] sonra əli ilə yaxındakı dərə kimi geniş çuxuru göstərərək: – Bu geniş dərəni görürsünüz, keçmişdə bu dərədə bir neçə timsah bəslənirdi
  • ÇUXUR çala — çökək — oyuq — qazıq — batıq — yatıq

Antonimlər (əks mənalı sözlər)

  • ÇUXUR ÇUXUR – DÜZ Mən özümü çuxur bir yerə verib dayandım (M.Talıbov); Dərə əlvan, çəmən əlvan, düz əlvan.
ÇUXALIQ
ÇUXURCUQ

Digər lüğətlərdə