ÖTƏRİ₁

sif.zərf
1. Gözucu, tez, ani. Ötəri baxmaq.
– Sərnişin qızın gizləndiyi kabinəyə ötəri nəzər salıb, aşağı endi. Q.İlkin.

2. məc. Səthi, dilucu, sözarası, könülsüz. Ötəri cavab.
[Yusif] Şahpərini Sərvnaz qarıgilin həyət qapısında görüb ötəri salam verdi. B.Bayramov.

3. Müvəqqəti, keçici.
Ələmdar elə bilirdi ki, Zərrintac xanımın gündüzkü qışqırtısı ötəri bir hal, bəy xanımlarına məxsus bir işvənazdır. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÖTƏRİ səthi — üzdən — sözarası — dilucu — yolüstü — ayaqüstü
  • ÖTƏRİ I ÖTƏRİ, KEÇİCİ, MÜVƏQQƏTİ (yağış haqqında) II ötəri bax gözucu

Antonimlər (əks mənalı sözlər)

  • ÖTƏRİ ÖTƏRİ – DİQQƏTLƏ Qonşuluq üzündən, görəndə ötəri bir salam verərdim (Mir Cəlal); Qulam keçib diqqətlə ora baxdı (S
ÖTƏRGİ
ÖTƏRİ₂

Digər lüğətlərdə