ŞÜA

is. [ ər. ]
1. Günəşdən və başqa bir işıq mənbəyindən çıxan işıq telləri. Günəş şüası. İşıq şüası.
– İlk baharın yeni həyatverici günəşi, özünün ilıq və munis şüasını ətrafa saçmaqla qışın bıqdırıcı və soyuq havasına qələbə çalmaqda idi. S.Hüseyn.
Günəşin şüaları qüvvədən düşmüş və yayda saçdığı hərarəti verməkdən aciz idi. T.Ş.Simurq.

2. xüs. Adətən cəm şəklində. Hər hansı enerjinin yayılma xətti. Rentgen şüaları. İstilik şüaları. Radium şüaları.
◊ Şüa xəstəliyi – radioaktiv maddələrin orqanizmə təsiri nəticəsində törəyən xəstəlik.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞÜA ŞÜA Saatlar ötür, dənizin qoynundan boylanan günəşin şüaları yarpaqlar arasından süzülüb, “Sağlamlıq zolağı”nın yollarına sanki əlvan xalılar sərir (İ
  • ŞÜA şölə — işıq

Etimologiya

  • ŞÜA Ərəb mənşəlidir, bizdə onun yerinə tel və köz işlədilib. Mənbələrdə “gün közü” birləşməsi “günəş şüası” kimi şərh olunub
ŞURUP
ŞÜALANDIRMA

Digər lüğətlərdə