ŞƏXSİYYƏ
ŞƏKƏRNAZ
OBASTAN VİKİ
Şəkər
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Qəhvəyi şəkər
Qəhvəyi şəkər,patoka (melassa) olması səbəbiylə fərqli qəhvəyi rəng ilə saxaroza şəkəri məhsuludur.Qəhvəyi şəkər saflaşdırılmamış və ya qismən saflaşdırılmış yumşaq şəkər ki şəkər kristalları və qalıq melassa məzmunundan ibarətdir və ya saflaşdırılmış ağ şəkərə melassa əlavə olunması ilə istehsal olunur. == Xarici keçidlər == New Scientist. I'm Sweet Enough 21 January 2006.
Şəkər (Göyçay)
Şəkər — Azərbaycan Respublikasının Göyçay rayonunun Şəkər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Şəkər. oyk. Keçmiş adı Şəkərarxı olmuşdur. Kənd Göyçay çayından çəkilmiş Şəkərarxın sahilində yerləşdiyinə görə belə adlandırılmışdır. Yaşayış məntəqəsi bu arxı çəkdirən Şəkərbəyin adı ilə Şəkərbəy də adlanır. Xocavənd rayonunun Qırmızı Bazar inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi Şəkər adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1419 nəfər əhali yaşayır.
Şəkər (Xocavənd)
Şexer — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Şexer kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Şəkər adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Şəkər (dəqiqləşdirmə)
Şəkər — qida məhsulu. Şəkər (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Şəkər (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Şəkər Aslan
Şəkər Aslan (10 oktyabr 1937, Lənkəran – 12 iyun 1995, Lənkəran) — şair, dramaturq, jurnalist. 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatının laureatı (1978). == Həyatı == Şəkər Aslan 1937-ci il oktyabr ayının 10-da Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1969-cu ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran mədəniyyət evində başlamışdır. 1964–1968-ci illərdə "Leninçi", Lənkəran rayon qəzetində, ədəbi işçi, 1968–1970-ci illərdə Azərbaycan KP Lənkəran komitəsində təlimatçı, 1970–1992-ci illərdə "Leninçi" (sonralar "Lənkəran") qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 1993-cü ildə "Söz" ədəbi-bədii jurnalını təsis etmişdir. 1994–1995-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olmuşdur. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1981) və "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. 1995-ci il iyunun 12-də vəfat etmişdir.
Şəkər Məmmədova
Məmmədova Şəkər İdayət qızı (10 yanvar 1964, Saral, Hamamlı rayonu) — Coğrafiya elmləri namizədi, dosent, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı == Həyatı == 1964-cü il 10 yanvar Ermənistan Respublikası Hamamlı rayonunun Saral kəndində anadan olub. 1972–1982-ci illərdə orta məktəbdə oxuyub. 1985–1990-cı illərdə Bakı Dövlət Universitetinin Geoloji-Coğrafiya fakültəsində təhsil alıb. 1996-cı ildən BDU-da çalışır. 1996-cı ildən Coğrafi ekologiya kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində işləyir. 2000-ci ildən Coğrafiya fakültəsinin magistratura üzrə dekan müavini. 2017-ci ildən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı vəzifəsinə təyin edilib. == Elmi fəaliyyəti == 1990-cı ildən Azərbaycan Dövlət Hidrometeorologiya komitəsində aparıcı mühəndis, 1996-cı ildən Coğrafi ekologiya kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışır. Biocoğrafiya, Ekologiya və ətraf mühiti mühafizə, Şəhərlərin ekologiyası, Ətraf mühitə nəzarət sistemi, Suların və Xəzərin ekologiyası fənlərini tədris edir. 1998-ci ildə coğrafiya elmləri namizəfi, 2003-cü ildə dosent elmi dərəcəsi alıb.
Şəkər bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şəkər pendir
Şəkər-pendir — şəkər tozu, patka və vanilindən hazırlanan, Azərbaycanda geniş istifadə olunan şirniyyat. == Hazırlanma qaydası == Bİr porsiya üçün 830 qram şəkər tozu, 250 q patka, 0,25 q vanilin istifadə olunur. Bir qazana şəkər tozu və su tökülüb 8–10 dəqiqə ərzində 105–110 °C temperaturda qaynadılır. Patka əlavə edib orta karamel nümunəsinə (nəmliyi 3–3,5% qalanadək) gəlincə bişirilir. Hazır karamel kütləsi mərmər masanın üzərinə (yağlanmış tavaya da tökmək olar) tökülüb 70–80 °C temperatura qədər soyudulur, vanil əlavə edilir. Karamel kütləsi övkələnir və tamamilə ağarınca əldə dartılır. Sonrakı əməliyyat şəkər kirşanı səpilmiş taxta massa üzərində aparılır. Burada karamel kütləsi baton şəklində yayılır və batonun ucu qayçı vasitəsilə əyri yastıq formasında tikəciklərə doğranılır.
Şəkər portağalı
Şirin portağal ağacım və ya Şəkər portağalı (Portuqalca orijinal adı: Meu Pé de Laranja Lima) — Braziliyalı yazıçı Joze Mauru di Vaskonselosun 1968-ci ildə yazdığı dram və uşaq romanıdır. Roman Braziliyanın Minas-Jerays bölgəsində yaşayan yoxsul bir ailənin beş yaşlı oğlu olan Zezenin yaşadıqlarından bəhs edir. Orijinal dili portuqalca olan əsər 16 dilə tərcümə olunub. Müəllif öz uşaqlığının izlərini daşıyan bu kitabı düz 12 günə yazdığını demişdir. Roman 2012-ci ildə braziliyalı rejissor Markos Bernşteyn tərəfindən kinoya uyğunlaşdırılıb. == Azərbaycan dilinə tərcüməsi == Əsərin Azərbaycan dilində tərcüməsi ilk dəfə 2018-ci ildə "Parlaq İmzalar" tərəfindən portuqalca əslindən birbaşa tərcümə edilərək nəşr edilmişdir. 2021-ci ildə "Qanun" nəşriyyatı əsəri türk dilindən Azərbaycan dilinə tərcümə etdirərək nəşr etmişdir.
Şəkər qamışı
Dərman şəkərqamışı (lat. Saccharum officinarum) - şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Arundo saccharifera Garsault Saccharifera officinalis Stokes [Illegitimate] Saccharum atrorubens Cuzent & Pancher ex Drake Saccharum fragile Cuzent & Pancher ex Drake Saccharum glabrum Cuzent & Pancher ex Drake Saccharum hybridum R.M.Grey [Invalid] Saccharum infirmum Steud. [Invalid] Saccharum luzonicum Cuzent & Pancher ex Drake Saccharum monandrum Rottb. Saccharum obscurum Cuzent & Pancher ex Drake Saccharum occidentale Sw. Saccharum officinale Salisb. [Spelling variant] Saccharum officinarum var. atrorubens Cuzent & Pancher ex Drake Saccharum officinarum var. brevipedicellatum Hack. Saccharum officinarum var.
Şəkər xəstəliyi
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkər diabeti – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Şəkər çuğunduru
Şəkər çuğunduru (lat. Beta vulgaris) – Tərəçiçəkkimilər fəsiləsindən bitki yarımnövü. Şəkərli bitki olan şəkər çuğundurunun vətəni Aralıq dənizi ölkələri (Yunanıstan) olmaqla sonradan toxumlarını Qafqaza da gətirmişlər. 1747-ci ildə bu bitkidə insan orqanizmi üçün faydalı olan saxaroza maddəsi tapılmışdır. Çuğundurun tərkibində 6-25 % şəkər olmaqla, kökümsov bitkinin yarpaqlarından heyvandarlıqda, kökündən isə şəkər sənayesində istifadə edirlər. Naxçıvan MR-da Şərur, Babək, və Kəngərli rayonlarındakı suvarılan torpaqlarda şəkər çuğunduru plantasiyaları əkilib becərilir. Hələlik Naxçıvanda emal zavodları olmadığından yığılmış məhsullar qonşu İran və Türkiyə dövlətlərinə göndərilir. Xalq təbabətində çuğundurun közdə bişirilmiş formasından daxili xəstəliklərin və tənəffüs yolları iltihabına qarşı istifadə olunur. Xalçaçılıq məmulatlarının boyadılmasında çuğundurun qırmızı aşxana növündən təbii boyaq kimi istifadə olunur == Bioloji xüsusiyyətləri == Müаsir şəkər çuğunduru sоrtlаrının kökümеyvələri kоnusvаri, uzunsоv – kоnusvаri fоrmаdа, lət hissəsi və qаbığı аğ rəngdədir. Аdətən kökümеyvələri bütövlükdə tоrpаğа bаtır.
Şəkər əsası dağları
Şəkər əsası dağları (ing. Candy Cane Mountains) — Xızı və Siyəzən rayonlarında şist dağlar. Dağlar adı ilk dəfə Britaniya səyahət yazarı Mark Elliottun "Azərbaycandan Gürcüstana ekskursiyalar" kitabçasında qeyd olunmuşdur. Dağların rənglərini yerdəki dəmir birləşmələrinin oksidləşmə vəziyyətini dəyişdirmiş qrunt sularının nəticəsində almışdır. Şəkər əsası dağlarının tərkibində Təbaşir dövründən qalma belemnitlər mövcuddur.
Muzaffər Şəkər
Muzaffər Şəkər (1961, İzmir) — türk akademik. Türkiyə Elmlər Akademiyasının prezidenti. == Həyatı == 1961-ci ildə İzmirdə anadan olub. Konyada qeydiyyatda olan Muzaffər Şəkər 1986-cı ildə Bursa Uludağ Universitetində baytarlıq fakültəsini bitirib.1995-ci ildə İngiltərənin Leicester Tibb Universitetində İnsan Anatomiyası üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Səlcuq Universiteti Məram Tibb Fakültəsinin Anatomiya kafedrasının müdiri idi. Eksperimental Təbabət Tədqiqat və Tətbiq Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. 2000-ci il Səlcuq Universitetində dosent oldu. Həmin universitetdə 2006-cı ildə professor elmi adını almışdır. Türkiyə Anatomiya və Klinik Anatomiya Dərnəyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Şəkər podrası
Şəkər podrası, şəkərin ovxalanaraq müəyyən bir miqdarda qarğıdalı nişastası ilə toz halına salınmış formasıdır. Azərbaycan həmçinin də türk mətbəxində desert və xəmir xörəklərində geniş bir formada istifadə olunan qida əlavəsidir.
Şəkər tozu
Şəkər tozu (həmçinin kristalik şəkər, təmizlənmiş saxaroza ağ şəkər adlanır) nəzərdə tutulan ölçüləri 0,2-2,5 mm olan kristal şəklində şəkər olan geniş istifadə olunan qida məhsuludur. Şəkər tozunun istehsalı üçün xammal əsasən şəkər çuğunduru və şəkər qamışıdır. == Şəkər tozunun əsas xüsusiyyətləri == Kristal ölçüsü - 0,2-2,5 mm Kristal rəngi: ağ, sarımtıl rəngli ağ Saxaroza kütlə payı - 99,55-99,75% (quru maddə baxımından) Nəmin kütlə payı - 0,14-0,15% Əhali tərəfindən birbaşa qida kimi istifadə olunmaqla yanaşı, şəkər tozu qida sənayesində süd konservlərinin, uşaq qidalarının istehsalı, biofarmaseftika sənayesində və s. istifadə olunur. == Tarixi == Təxminən eramızdan əvvəl 320-ci ildə Hindistanda beş müxtəlif şəkər növü rəsmi qeydiyyata alınmışdır ki, bunlar arasında bizim üçün vacib olan üç ad var: quda, kanda (müasir ingiliscə konfet sözü ing. candy buradan gəlir) və sarkara. e.ə. 200-cü ilə qədər şəkər qamışı Çində yaxşı tanınırdı, lakin bu bitki yalnız olduğu şəkildə çeynənib istifadə olunurdu. Müasir elmi məlumatlara görə, şəkər tozunu hazırlamaq üçün qamışın vətəni Yeni Qvineyadır. Sonradan tədricən Hindistan və Çinə doğru adalar boyunca şəkər qamışı yayılmağa başlayıb.
İmişli Şəkər Zavodu
İmişli Şəkər Zavodu — Regionda ən böyük şəkər tozu, heyvan yemi, kəllə qənd və etanol istehsalı edən müəssisə. == Tarixi == İmişli Şəkər Zavodunun inşaat işlərinə 2003-cü ildə, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlanılmışdır. Dünya standartlarına cavab verən texnologiyalarla təchiz edilmiş İmişli Şəkər Zavodunun layihə və montaj işləri Almaniya, Polşa, Türkiyə və Ukrayna mütəxəssislərinin nəzarəti altında azərbaycanlı mühəndis və montaj heyəti tərəfindən həyata keçirilmişdir. 23 mart 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə İmişli Şəkər Zavodunun rəsmi açılış mərasimi keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında qabaqcıl rol oynayan İmişli Şəkər Zavodu hazırda şəkər tozu, heyvan yemi, kəllə qənd və etanol istehsalı sahələrində fəaliyyət göstərir. Imişli şəkər zavodunun illik istehsl gücü 60000 tondur. Azərbaycan Şəkər İstehsalat Birliyinin fəqaliyyətə başlamsı nəticəsində 10000 lərlə insanın məşğulluğu təmin olunub. Bu gün İmişli şəhəri sənaye şəhərinə çevrilərək, əsasən şəkər zavodunun fəaliyyəti nəticəsində özünü maliyyələşdirən rayonlardan birinə çevrilmişdir. Bu gün İmişli Şəkər Zavodu bölgənin inkişafında və sənayeləşməsində mühüm yer tutur. == Marketinq Konsepsiyası == Ölkəmizin keyfiyyətli kəllə qəndə olan tələbatının qarşılanması məqsədilə 2011-ci ildən yüksək texniki və texnoloji standartlara cavab verən, müasir infrastruktur və avadanlıqlarla təchiz edilmiş İmişli Kəllə Qənd Fabrikində istehsal olunan Azərşəkər məhsulları öz keyfiyyəti və dadı ilə həqiqətən də rəqiblərindən seçilir.
Azərbaycan Şəkər İstehsalat Birliyi
Konya Şəkərspor
Anadolu Səlcuqspor FK (türk. Anadolu Selçukspor) — Türkiyənin 3-cü liqasında mübarizə aparan Konya futbol klubu. == Tarixi == 1955-ci ildə Konya şəhər fabriki işçiləri tərəfindən "Konya Şəkərspor" adı ilə qurulmuşdur. 2005-ci ilə qədər ancaq həvəskar liqalarda mübarizə aparmışdır. 2004–05 mövsümündə Türkiyənin 4-cü divizyonuna yüksəlməyi bacarmışdır. 2005–06 mövsümündə liqanın 3-cü qrupunu 15-ci yerdə bitirərək yenidən həvəskar liqaya düşən klub 2007–08 mövsümündə yenidən 4-cü divizyona qayıtmışdır. Həmin mövsüm Levent Numanoğlunun baş məşqçi olduğu "Konya Şəkərspor" 3-cü yeri tutaraq 3-cü divizyona yüksəlmişdir. İlk mövsümündəcə pley-offa qatılan komanda yarımfinalda "Tarsus İY" klubuna 1:3 uduzaraq finala çıxa bilməmişdir. 2010–11 mövsümündə yenidən pley-offun yarımfinalına çıxmış, amma "Sakaryaspor"a 1:3 məğlub olmuşdur. 2012–13 mövsümündə "Konyaspor" tərəfindən satın alınıb 2-ci komanda olduğundan adı "Anadolu Səlcuqluspor" olaraq dəyişdirilmişdir.
Qara şəkərqamışı
Qaraqaya-i Şəkərli (Hurand)
Qaraqaya-i Şəkərli (fars. قره قيه شكرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 602 nəfər yaşayır (103 ailə).
Qozlu-şəkərli piroq
Saday Şəkərli
Şəkərov Saday Əsəd oğlu (Şəkərli) — şair, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi bitirmişdir. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil almışdır (1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirmişdir (1980-1985). Bədii yaradıcılığa tələbəlik illərində başlamışdır. "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc edilmişdir. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olmuşdur. Əmək fəaliyyətinə 1988-ci ildən Cəlilabad rayonunun suvarma idarəsində başlamışdır. Sonra burada kiçik müəssisə təşkil etmişdir.
Tükcüklü şəkərqamışı
Xəyal Şəkərov
Yuxarı Şəkərbulağı (Çaypara)
Yuxarı Şəkərbulağı (fars. شكربلاغي عليا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (10 ailə).
İlqar Şəkərov
Şəkərab (Germi)
Şəkərab (fars. شكراب‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 394 nəfər yaşayır (74 ailə).
Şəkərabad
Şəkərabad — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndi Yarımca kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Hacıvar kəndi mərkəz olmaqla, Hacıvar kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndi Hacıvar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şəkərabad kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == === Tanınmış şəxsləri === İslam Səfərli — şair-dramaturq, tərcüməçi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi. Ülviyyə Həmzəyeva — Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı. Abbas Quliyev – Sovet İttifaqı Qəhrəmanı. == İqtisadiyyatı == 2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Şəkərabad kənd tam orta məktəbi fəaliyyət göstərir.

Digər lüğətlərdə