ŞƏMKİR

Azərbaycanın eyni adlı çay, rayon və şəhərinin adındandır.
ŞƏMİSTAN
ŞƏMMAD
OBASTAN VİKİ
Düyərli (Şəmkir)
Düyərli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Zəyəm çayının (Kurun qolu) sahilində, Gəncə-Qazax düzənliyindədir. Oykonim oğuzların düyər tayfasının adını əks etdirir. Səlcuq oğuzlarının yürüşlərində fəal iştirak etmiş düyərlərin adı Türkiyə və Türkmənistan toponimiyasında da əks olunmuşdur. == Əhalisi == Kənd əhalisi 7920 nəfərdir ki, onunda 3956 nəfəri kişi, 4964 nəfəri isə qadınlar təşkil edir. === Etimologiyası === Düyərli adının mənşəyi Ağqoyunlu kondefederasiyasına aid olan Döger/Döyer tayfalarından gəlir. Azərbaycan türkçəsində g-y səsləri arasında keçid çox yayılıb, igirmi-iyirmi sözündə olduğu kimi. Düyərli sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan birinə görə "dü" iki, "ər" isə mərd, igid mənalarında işlənir.
Düzqışlaq (Şəmkir)
Düzqışlaq – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının Milli Məclisi 26 dekabr 2006-cı il tarixli 217-IIIQ saylı qərarı ilə Təzəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndinin bir hissəsi Düzqışlaq kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. == Əhalisi == Kənd əhalisi 2093 nəfərdir ki, onunda 1016 nəfəri kişi, 1077 nəfəri isə qadınlar təşkil edir.
Dəllər (Şəmkir)
Dəllər — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Şəmkir rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində Şəhər tipli qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Tərs Dəllər (Tərsçayın sahilində yerləşdiyinə görə) olmuşdur. 15 mart 1973-cü ildə Dəllərə şəhər tipli qəsəbə statusu verilmişdi. == Toponimikası == Oykonim özündə qədim türk tayfalarından olan telelərin adını əks etdirir. Telelər VII-VII əsrlərdə tokuz-oğuz adı ilə də adlanmışlar. Qıpçaqların və xəzərlərin tərkibində Azərbaycana gəlmiş telelər dəlilər/dəllər variantında bir çox coğrafi adlarda öz izlərini saxlamışlar. == Əhalisi == Qəsəbənin əhalisi 4.859 nəfər təşkil edir.[mənbə göstərin] == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Füzuli (Şəmkir)
Füzuli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Şəmkir rayonunun Təzəkənd inzibati ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Əzizbəyov adına sovxozun 2 nömrəli malikanəsi olmuşdur. Yerli əhali arasında İkinci Şöbə də adlanırdı. Yaşayış məntəqəsini 1925-ci ildə həmin rayonun Qaracəmirli kəndindən və Cənubi Azərbaycandan gəlmiş ailələr salmışlar. 1965-ci ildə M.Füzülinin adı ilə adlandırılmışdır. Memorial toponimdir.
Günəşli (Şəmkir)
Günəşli (keçmiş adları: Novotroitskoye, Qolistıno, Martuni (1990-dək)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şəmkir rayonunun Saler inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrin ortalarında Rusiyadan köçürülmüş kəndlilər Novotroitskoye adı ilə salmışlar. Kənd salındığı ərazinin adı ilə bir müddət Günəşli kimi tanınmışdır. Sonralar knyaz Qolitsının adı ilə Qolitsıno adlandırılmışdır. Siyasi hadisələrlə əlaqədar 1918-ci ildə kəndin sakinləri şimali Qafqaza köçmüşlər. Sonralar Ermənistanın Noyemberyan rayonundan Gədəbəyin mis mədənlərinə işləməyə gəlmiş erməni ailələri burada məskunlaşmışdı. 1929-cu ildə Qolitsınoda Martuni adına kolxoz yaradılmış və kəndə də Martuni (Aleksandr Myasnikyanın təxəllüsü) adı verilmişdır. 1990-cı ildə yaşayış məntəqəsinin adı dəyişdirilərək yenidən Günəşli adlandırılmışdır.
Hacıalılar (Şəmkir)
Hacıalılar – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Hacıalılar kəndi Qasımalılar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacıalılar kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsidir. == Əhalisi == Kənd əhalisi 489 nəfərdir ki, onunda 246 nəfəri kişi, 243 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Kamandar (Şəmkir)
Kamandar – Azərbaycan Respublikasının Şəmkir rayonunun Badakənd inzibati ərazi vahidində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrdə Kamandar meşəsi adlanan ərazidə salınmışdır. Yerli əha-linin məlumatına görə, Kamandar həmin meşənin sahibinin adıdır. == Əhalisi == Kəndin əhalisi 57 nəfər təşkil edir ki, onun da 29 nəfəri kişi, 28 nəfəri isə qadındır. == Şəkilləri == == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Keçili (Şəmkir)
Keçili (əvvəlki adı: Plankənd) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Plankənd kəndi Keçili kəndi, Plankənd inzibati ərazi vahidi Keçili kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Yerli məlumata görə, yaşayış məntəqəsini XVII əsrdə Naxçıvan mahalının Keçili kəndindən gəlmiş ailələr salmışlar. Sovet dövründə, 1954-cu ildə kənd planlaşdırılaraq köhnə ərazidən bir qədər aralıda indiki yerində salındığı üçün "Plankənd" adlanmışdır. 1994-cu ildə kəndə öz köhnə adı qaytarıldı. Toponim dəqiq araşdırılmasa da, qədim "keçili" türk tayfalarının adından əmələ gəldiyi güman edilir. Eyni adlı kəndlər Şahbuz rayonunda və Türkiyənin bir neçə vilayətində, habelə digər bölgələrdə də var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Kənd əhalisi 3336 nəfərdir ki, onun da 1687 nəfəri kişi, 1649 nəfəri isə qadınlar təşkil edir. === Tanınmış şəxsləri === Aşıq Məsim == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
Könüllü (Şəmkir)
Könüllü — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, 1920-ci illərdə yeni yaşayış məntəqəsi salmaq üçün dövlət Qarayir adlı ərazidə torpaq sahəsi ayırsa da, ora heç kim köçmürdü. 30-cu illərin əvvəllərində şair Əhməd Cavad burada ilk dəfə özünə ev tikdirmiş, bir qədər sonra isə onun təşəbbüsünə könüllü qoşulan Seyfəli camaatının Abbaslı kəndinin Kələntərli məhəlləsi buraya köçmüş və kənd Körpüqıran adlandırılmışdır. Könüllü eyni zamanda bir tayfanın adıdır. == Tarixi == 1890-cı illərdə Seyfəli və İrmaşlı kəndlərindən gəlmə əhali tərəfindən salınıb. Əvvəllər insanlar burada köçəri həyat yaşayıblar, buradan qışlaq olaraq istifadə ediblər. Sonradan buraya bir çox ailələr köçərək böyük bir kənd salınıb. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Kənd əhalisi 5073 nəfərdir ki, onunda 51% kişi, 49% isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Kənddə 1093 təsərrüfat var.
Kür (Şəmkir)
Kür – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Kür Şəmkir rayonunda Şəhər tipli qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi 1975-ci ildə Şamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalıŞan mühəndis-fəhlə iŞçiləri üçün salınmış, 1978-ci ildən isə rəsmi olaraq Kur qəsəbəsi adlandırılmışdır. Qəsəbənin adı Kür çayının adından götürülmüşdür. Qəsəbə XX əsrin 70-ci illərində Şəmkir SES-in tikintisi ilə əlaqədar salınıb. Şəmkir su anbarı və Yenikənd su anbarı var. Əhalisi 10 min nəfərə yaxındır. Burada yerli Şəmkir camaatı ilə yanaşı ətraf rayonlardan köçüb gələnlər də məskunlaşıblar. Qəsəbədə iki 11 illik orta məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, mədəniyyət evi, idman məktəbi, gündəlik bazar,2 supermarket,2 futbol meydançası,polis bölməsi var.
Ləzgilər (Şəmkir)
Ləzgilər — Azərbaycan Respublikasının Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Keçili kənd inzibati ərazi vahidinin tərkibindəki Ləzgilər kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Mahmudlu (Şəmkir)
Mahmudlu (əvvəlki adı: Koltəhnəli) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. == Tarixi == Mahmudlu kəndi Şəmkir rayonunda, rayon mərkəzindən 21 km. şimal-şərqdə, Mahmudlu inzibati ərazi dairəsində, Şəmkir çayının sağ sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisinin sayı 3259 (1 yanvar 2005-ci il tarixli məlumata görə) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, üzümçülük və bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, qədim qəbiristanlıq, körpü, şəhidlərin xatirəsinə ucaldılmış abidə, bir neçə artezian, müxtəlif ticarət-məişət obyektləri və s. var. Kənd tarixən bir-birinə yaxın olan doqquz xırda oymaqdan - mahmudlular, məşədiqurbanlılar, kəlbalılar, allahqulular, qazaxlılar, yekənamazlılar, püstəlilər, yarəhmədlilər, hacıməmmədlilərdən ibarət olub. XX əsrin kollektivləşmə illərində bu oymaqlar bir yerə köçürülmüş və yaşayış məntəqəsi də Mahmudlu oymağının adı ilə əlaqədar olaraq adlanmışdır.
Mehrili (Şəmkir)
Mehirli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. == Əhalisi == Kənd əhalisi 1117 nəfərdir ki, onunda 538 nəfəri kişi, 579 nəfəri isə qadınlar təşkil edir.
Miskinli (Şəmkir)
Miskinli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi 352 nəfərdir ki, onunda 197 nəfəri kişi, 155 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Məşədihüseynli (Şəmkir)
Məşədihüseynli – Azərbaycan Respublikasının Şəmkir rayonunun Çaparlı inzibati ərazi vahidində kənd. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Nərimanlı (Şəmkir)
Nərimanlı (1991-ci ilədək Nüzgər) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi 348 nəfərdir ki, onunda 169 nəfəri kişi, 179 nəfəri isə qadınlar təşkil edir. Bundan əlavə hazırda ərazidə 101 nəfər məcbuki köçkün yaşayır. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Qapanlı (Şəmkir)
Qapanlı (əvvəlki adı: Məmmədalılar) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Qaracəmirli kənd inzibati ərazi vahidinin tərkibindəki Məmmədalılar kəndi Qapanlı kəndi adlandırılmışdır. Kənd əhalisi 3285 nəfərdir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
Qarabağlar (Şəmkir)
Qarabağlar – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Təzəkənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qarabağlar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Qaralar (Şəmkir)
Qaralar (əvvəlki adı: Komsomol) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Qasım İsmayılov kənd inzibati-ərazi vahidi tərkibindəki Komsomol kəndi Qaralar kəndi adlandırılmışdır. Kəndin əhalisi 583 nəfər təşkil edir ki, onun da 301 nəfəri kişi, 282 nəfəri isə qadındır. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Qaraqocalı (Şəmkir)
Qaraqocalı – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi 625 nəfərdir ki, onunda 314 nəfəri kişi, 311 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Qaraqoyunlu (Şəmkir)
Qaraqoyunlu (1991-ci ilədək Spitakşen) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Şəmkir r-nunda kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Ağkənd olmuşdur. Yerli əhali arasında daha çox bu adla tanınır. Kəndi həmin r-ndakı Dağ Cəyir kəndindən gəlmiş ailələr onlara məxsus binə yerində salmışlar. Yaşayış məntəqəsinə salındığı ərazidə torpağın üst qatının ağ rəngdə olduğuna görə Ağkənd adı verilmişdir. Köçüb gəlmə erməni ailələri burada yerləşdirildikdən sonra kənd Spitakşen adlandırılmışdı. Bu da Ağkənd adının erməni dilinə hərfi tərcüməsidir. 1990-cı ildə kəndin adı yenidən dəyişdirilərək Qaraqoyunlu adlandırılmışdır.
Qarasuçay (Şəmkir)
Qarasuçay — Şəmkir rayonu ərazisində çay. Kür çayının qoludur.
Şəmkir
Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır. Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamxur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi.
Qədimqala (Şəmkir)
Qədimqala (əvvəlki adı: Muxtariyyat) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Şəmkir rayonunun Muxtariyyat kənd inzibati ərazi dairəsi tərkibindəki Muxtariyyat kəndi Qədimqala kəndi adlandırılmış, Muxtariyyat kənd inzibati ərazi dairəsi Qədimqala kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Kənd əhalisi 2918 nəfərdir ki, onunda 1483 nəfəri kişi, 1432 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Sabirkənd (Şəmkir)
Sabirkənd – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi 4937 nəfərdir ki, onunda 2523 nəfəri kişi, 2414 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Koroğlu qalası (Şəmkir)
Koroğlu qalası — Şəmkir rayonu ərazisində yerləşən XVI-XVII əsrlərə aid tarix-memarlıq abidəsidir. Abidənin dövrümüzə çatmış hissəsi möhkəm əhəngdaşından ibarət təpənin ən yüksək yerini tutur. Koroğlu qalasının divarlarının hörgüsündə yerli süngər daşından istifadə edilmişdir. Xaricdən hörgü səliqəli horizontal xəttlər üzrə aparılmışdır. Daxildən isə hörgünün səliqəli olmasına bir o qədər də fikir verilməmiş və əhəng məhlulu ilə üzlənmişdir. Hörgü zamanı da möhkəm əhəng məhlulundan istifadə edilmişdir. Çılpaq qaya üzərində ucalaq qala təmələ malik olmamaqla, üzvi şəkildə yerləşdiyi sıldırım qayanın bətninə toxunmuşdur. == Tarixi == Kiçik Qafqaz dağlarının şimal ətəkləri, diblərindən kür çayı və onun qolları polan dağ çayları keçən gözəl düzənliklərlə zəngindir. Kür vadisindən yaylağa giriş çoxlu sayda müdafiə tikililəri, qəsrlər və gözətçi qüllələri ilə zəngindir. Yaylaq ərazisində yerləşdirilmiş bu cür tikililərin inşası üçün elə yüksək ərazilər seçilmişdir ki, onların hər birindən baxarkən geniş ölçülü ətraf ərazilər, həmçinin ən yaxın ərazidə olan digər müdafiə tikililərini görmək mümkün olsun.
Nərimanlı bələdiyyəsi (Şəmkir)
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qapanlı bələdiyyəsi (Şəmkir)
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə