ŞAHMALI

şaha aid olan mal, hökmdar malı; padşah oğlu.
ŞAHLAR
ŞAHMAN
OBASTAN VİKİ
Şahmalı Kürdoğlu
Şahmalı Mirsəqulu oğlu Hacıyev (12 aprel 1930, Ağdam rayonu – 6 noyabr 1992) — azərbaycanlı xanəndə 1930-cu il aprelin 12 də Ağdamın Qiyaslı kəndində dünyaya göz açıb. Atası, əslən Dərələyəz mahalından Mirsəqulu Fətəliyev qaçaq olub. Daha sonra Qarabağa üz tutub. Ağdamın Qiyaslı kəndinə sığınıb Ermənilərin onu tanımaması üçün özünə "kürd" ləqəbi götürüb. Təqiblərə məruz qalmamaqdan ötrü anası oğlunun soyadını "Hacıyev" yazdırıb. Buna baxmayaraq atasının adına uyğun olaraq Şahmalı Kürdoğlu kimi tanınıb. Şahmalı Kürdoğlu Ağdam pedaqoji institutunu (indiki Şuşa Pedaqoji Texnikumu) Aşqabad Universitetinin hüquq fakültəsini, Asəf Zeynallı adına musiqi texnikumunu, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi Kollecində Seyid Şuşinskidən muğam təhsili alıb. İslam Abdullayev, Xan Şuşinski, Seyid Şuşinski kimi xanəndələrin davamçısı hesab olunurdu. Atasına görə Sovet hökuməti onu ixtisası üzrə işləməyə qoymamışdı.
Məhəmməd bəy Şahmalıyev
Şahmalıyev Məhəmməd bəy Nəsrullah bəy oğlu (1870, Səfərəliyev – 1924) — Zaqatala qubernatoru (16.3.1919 −1920). Məhəmməd bəy ilk təhsilini Samuxda öz ailəsində alıb. O, 7 yaşınadək rusca bir söz belə bilməyib, ancaq atası təxminən 1877-də onu Tiflisə oxumağa göndərib və bundan sonra o, ruscanı mənimsəyib. Tiflisdə olarkən Məhəmməd bəyin, Şahmalıyevlər ailəsinin çox yaxın dostu knyaz Orbelianinin himayəsi altında olduğu güman edilir. 1891-ci ildə Tiflis klassik gimnaziyasını bitirən Məhəmməd bəy Novorossiysk Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. O, bu universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından biriydi. 1896-da universiteti də başa vuran Məhəmməd bəy hüquqşünas diplomu alaraq dövlət qulluğuna başlayıb. Rusiya imperatorunun qardaşı, böyük knyaz Nikolay Nikolayeviç Romanov Nəsrullah bəy Şahmalıyevlə dostluq edirdi. Böyük knyaz Samuxda Nəsrullah bəyin qonağı olarkən bəy ona cins atlar, o isə bəyə içində çox bahalı brilyant qaşlı üzük olan qızıl burunotu qabı — tabakerka bağışlamışdı. Onun bütün bolşeviklər tərəfindən əmlakı və var-dövləti müsadirə edildi.
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu (24 may 1965, Sarıhacılı, Ağdam rayonu) — Azərbaycan müğənnisi. Tacir Şahmalıoğlu 24 may 1965-ci ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Ailədə 4 bacı 4 qardaş olublar. 6 yaşında səsi, istedadı atası tərəfindən kəşf edilib. 6 yaşından 12 yaşına qədər pionerlər evində musiqi təhsili almışdır. Uşaq yaşlarından Murad Rzayevin yaradıcısı olduğu "Qarabağ bülbülləri" ansamblındakı çıxışları ilə tanınmışdır. Onillik orta təhsilini Ağdamda aldıqdan sonra Tacir 1983-cü ildə Üzeyir Hacıbəyov adına kollecə daxil olur. Lakin sonra hərbi xidmət yaşı çatdığı üçün əsgərliyə yollanır. 1984–86-cı illərdə Latviyanın Riqa şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra təhsilinə yenidən davam etmişdir.
İsmayıl bəy Şahmalıyev
Şahmalıyev İsmayıl bəy Nəsrullah bəy oğlu — Xüsusi Zaqafqaziya Komitəsinin komissarı. 1902-ci ildə Tiflis oğlanlar gimnaziyasını, 1908-ci ildə Novorossiyski Universitetinin hüquq fakültəsini bitirmişdir, xidmətə 10 fevral 1909-cu ildə Tiflis Məhkəmə palatası yanında I cinayət departamentində məhkəmə vəzifələrinə kiçik namizəd kimi başlamışdır, 1 fevral 1910-cu il tarixdən Yelizavetpola keçirilmiş` və burada 1910-1911-ci illərdə quberniya katibi, Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə baş namizəd vəzifələrində işləmiş, 4-cü istintaq şöbəsinə, Yelizavetpol qəzasının Ləki istintaq sahəsinə rəhbərlik etmişdir. 1911-ci ilin sentyabrında istefaya çıxmışdır. 1913-cü ilin iyulunda yenidən dövlət xidmətinə qayıtmış, İrəvan Dövlət Palatasının xüsusi tapşırıqlar məmuru təyin edilmişdir. 16 fevral 1914-cü ildən – İrəvan quberniyasının Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin köməkçisi, 1914-cü ilin aprel ayından 1915-ci ilədək Palatanın mühasib köməkçisi, ödəniş şöbəsinin müdiri, Palatanın Katibi, xüsusi tapşırıqlar məmuru, 1916-cı ildə – Palatanın I bölmə rəisi. 1916-cı ilin dekabrında Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin baş köməkçisi, 1917-ci ilin yanvarında – Zaqatala əyalətinin Vergi Müfəttişi təyin edilmişdir. 26 avqust 1918-ci ildə Gəncə Dairə məhkəməsinin üzvü təyin olunub. 31 avqust 1918-ci il tarixində AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmiş, Bakı quberniyasının Şamaxı və Göyçay qəzalarının və Yelizavetpol quberniyalarının talan edilməsi haqqında cinayət işlərini araşdıran istintaq qruplarında işləmişdir. 19 mart 1919-cu il tarixində Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Müstəntiqi təyin edilmişdir. 1 may 1919-cu il tarixində işin azlığı səbəbindən FTK- üzvlüyündən azad edilmişdir.
Şahmalılar
Şahmalılar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şərəfxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Kəhrizli kənd inzibati ərazi vahidinin Şahmalılar kəndi Şərəfxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Yerli əhalinin məlumatına görə Şahmallar nəsli bu kəndi salmışlar. Bu nəsil kəbirli tayfasının bir qoludur. Kənd Qarabağ düzündə yerləşir.
Şahmalılar bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əzim Şahmalıyev
Əzim Namiq oğlu Şahmalıyev (20 dekabr 1990; Əlirzalı, Goranboy — 15 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əzim Şahmalıyev 20 dekabr 1990-cı ildə Goranboyda anadan olub. Məktəbi bitirdikdən sonra 2008-2009-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əzim Şahmalıyev Ağdərə və Madagizin azad edilməsində savaşıb. O, 2020-ci il oktyabrın 15-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Goranboyda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Fariz Bədəlov və Aygün Şahmalıyevanın ölümü
Fariz Bədəlovun və Aygün Şahmalıyevanın ölümü — 2011-ci ildə dörd ay ərzində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı uşaqlar. Əvvəl martın 8-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşən bölmələrindən açılan snayper atəşi nəticəsində 8 yaşlı Fariz Bədəlov Ağdam rayonunun Orta Qərvənd qəsəbəsində yaşadığı evin həyətində öldürülmüşdür. Dörd ay sonra, iyulun 14-də isə Ermənistan silahlı qüvvələrinin Əlibəyli yaşayış məntəqəsinə daxil olan Tovuz çayına içində partlayıcı qurğu olan oyuncağı buraxması nəticəsində həmin oyuncağı tataparaq evinə aparan və onunla oynayan zaman baş verən partlayış nəticəsində 12 yaşlı Aygün Şahmalıyeva həyatını itirmişdir. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. 1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2011-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşıda hücumlar olsa da, uşaqlar arasında ölüm halları baş verməmişdir. 2011-ci ilin martında 8 yaşlı Fariz Bədəlovun ölümü birinci belə hal idi. Növbəti dövrlərdə — 2011-ci ilin iyulunda 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində, 2017-ci ilin iyulunda isə 2 yaşlı Zəhra Quliyeva Alxanlı hücumu nəticəsində öldürülmüşdür.

Digər lüğətlərdə