ŞAHMAN

mənim şahım; şah adamı.
ŞAHMALI
ŞAHMAR
OBASTAN VİKİ
Şahmansurlu
Şahmansurlu (əvvəlki adı: Şahmasur) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Şahmasur kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Şahmasur kəndi Şahmansurlu kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şahmansurlu kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərinə qədər qışlaq kimi istifadə olunmuşdur. 1917-ci ildə Şaqmasur, 1937-ci ildə Şaxnasur variantı qeydə alınmışdır. Oykonim türk dilinlərindəki şaxma\şaxna (dairə\halqa), ərəb dilindəki sur (əhatə olunmuş, çəpər, hasar) sözlərindən düzəlib, dairəyə alınmış mənasını verir. /Oykonimi qurumuş meşənin ətrafı kimi də izah etmək olar.