I ŞAM (keçmişdə çıraq yerinə yandırılan yumşaq maye) Dedim: çoxdan könül sorağındadır; Dedi: pərvanə şam fərağındadır (M.Rahim); MUM [Sitarə:] Artıq axşam olmuş, mumlar yanmış, bəxtim kimi hər yeri həzin bir qaranlıq istila etmişdi (A.Şaiq); ŞƏM Şəm qürbilə təfaxür qılma ey pərvanə, kim; Xirməni-ömrün göyər bərqi-fənadən ənqərib (Füzuli).
II ŞAM (axşam yeyilən xörək, yemək) Anam qızarmış gözlərini silərək, şam hazırlayırdı (M.İbrahimov); AXŞAM YEMƏYİ Nina axşam yeməyi hazırlamışdı (M.S.Ordubadi).
III ŞAM, ŞAM AĞACI Alma, palıd, şam ağacı hal ilə; Eylədilər bəhsi bu minval ilə (M.Ə.Sabir).