ŞİR GÜCƏNDİ SİÇAN DOĞDU

imkanı, gücü çox olan birisinin uzun sükutdan sonra zəif və əhəmiyyətsiz bir şeylə ortaya çıxmasına münasibət bildirən ifadə.

... ŞİNELİNDƏN ÇIXMAQ
ŞİR ÜRƏYİ YEMƏK
OBASTAN VİKİ
Siçan
Ev siçanı (cins)
Şir
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Cırtdan siçan
Cırtdan siçan (lat. Micromys minutus) — gəmiricilər dəstəsindən məməli heyvan növü. Cırtdan siçan az öyrənilmişdir. Arealın kənarlarnda olan nadir növdür. Sayı barədə dəqiq məlumat yoxdur. == Qısa təsviri == Gəmiricilər arasında ən kiçiyidir. Bədəninin uzunluğu 5.5 - 7 sm, quyruğunun uzunluğu 6.5 sm-ə qədərdir, çəkisi 7 - 10qramdır. Quyruğu hərəkətlidir və tutucudur, onun vasitəsilə ot bitkilərinin nazik saplaqlarına sarınmaq qabiliyyətinə malikdir. Arxa pəncələri tutucudur. Rəngi birrəngli qonur və ya kürəndir.
Sarıqarın siçan
Sarıqarın meşə siçanı (lat. Sylvaemus sulvipectus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür.
Siçan (kompüter)
Siçan (ing. mouse) — kompüter cihazı. Siçan plastik qurğu olub kompüterlə istifadəçi arasında əlaqə yaratmaqla proqramların idarə olunmasında, mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə yetirilməsində istifadə olunan giriş qurğusudur. Siçan qurğuları diyircəkli, optik və məsafədən idarə edən formalarda olur. Siçanın sol düyməsi əsas əmrləri, sag düyməsi isə seçilmiş obyekt üzərində əməliyyatlar aparmaq üçün xüsusi menyu açır. Siçanın göstəricisi ekranda standart qaydada “ox” simvolu ilə əks olunur. Hesablamada siçan səthə bağlı olan ikiölçülü hərəkəti müəyyən edən işarələmə qurğusudur. Bu hərəkət adətən qrafik istifadəçi biriminin yaxşı idarəsinə imkan verən, göstəricinin ekranda hərəkəti kimi ötürülür. Fiziki olaraq siçan əldə tutulan, bir və ya daha çox düyməsi olan qurğudan ibarətdir. Siçan həmçinin əlavə idarə və ölçülü girişi aktiv edən səthlər və "təkərlər" kimi başqa elementləri özündə saxlayır Kompüter işarə qurğusu kimi siçan termininin ən qədim bilinən nəşri Bill İngilisin 1965-ci il nəşri "Computer-Aided Display Control"dur.
Siçan (personaj)
Siçan – Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir.
Uzunquyruqlu siçan
Uzunquyruqlu siçan —gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür . Kiçik siçan bədəni 6–7 sm uzunluğunda, uzun nazik quyruğu ilə, uzunluğu 10–11 sm-ə çatır.Rəngi ​​monotondur — qəhvəyi-boz, qarında daha açıq, arxada isə daha tünddür. Coğrafi cəhətdən digər siçan növlərindən təcrid olunmuşdur. Heyvanın iqtisadi əhəmiyyəti öyrənilməmişdir. Əhalidəki fərdlərin sayı yəqin ki, azdır. Uzunquyruqlu siçanlar Primoryedə, Mançuriyanın şimalında və Saxalində yaşayırlar.Uzunquyruqlu siçanın sığınacaqları hələ aşkar edilməyib.Düzdür, bir heyvan gənc ağcaqovaqda ot və yarpaqlardan toxunmuş sferik yuvada tutuldu, amma onu özü tikdi, yoxsa başqasının imkanlarından istifadə etdi, bilinmir. Uzunquyruqlu siçanın qidalanması digər növlərin qidalanmasına çox bənzəyir, lakin onun qidasının tərkibində toxum qidası üstünlük təşkil edir. Gəmirici toxumdan başqa itburnu, limon otu, qırmızı qarağat, tırtıl, milçək, hörümçək, çəyirtkə ilə qidalanır.
Kinq (şir)
Kinq (azərb. Kral‎; d. 1967, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 25 iyul 1973, Moskva, Rusiya SFSR, SSRİ) – Azərbaycan SSR-də Bərbərovlar ailəsi tərəfindən saxlanılan erkək şir. Kinq müxtəlif filmlərdə də çəkilmişdir: "İtalyanların Rusiyada ağlasığmaz macəraları", "Qız, oğlan və şir", "Şir evdən getdi". Sakit təbiəti və itaətkarlığı ilə seçilən Kinq 1974-cü ildə Moskvada yaratdığı panika zamanı öldürülmüşdü. == İlk illəri == Bakıdakı mənzillərində vəhşi heyvanlar, şir və puma saxlayan Bərbərovlar ailəsi bu qeyri-adi hobbilərinə görə o zamanlar bütün SSRİ-də məşhur idi. Bərbərovlar ailəsində ilk şir təsadüf nəticəsində peyda olmuşdu. Nina Bərbərova qızı Yeva ilə Bakı zooparkında gəzərkən təsadüfən xəstə və anası tərəfindən atılmış şir balasını görür. Qızı Yevanın istəyi ilə Nona Bərbərova ailənin başçısı, ixtisasca memar olan Lev Lvoviç Bərbərovdan həmin şir balasını evə götürməyi xahiş edir.
Qızıl Şir
Qızıl Şir (it. Leone d'Oro) — Venesiya Film Festivalında 1949-cu ildən etibarən ən yaxşı filmlərə verilən mükafat. Hazırda film sənayesində təqdim edilən ən nüfuzlu mükafatlardan biridir.
Şir (astrologiya)
Şir (♌︎) (yun. Λέων) — Zodiakın beşinci bürcü. Şir bürcünə aiddir və Xərçəngdən sonra və Qızdan əvvəl gəlir. Ənənəvi Qərb bürcü, Şiri 23 iyul — 23 avqust arasındakı dövrlə əlaqələndirir. Fəza koordinat sisteminin 120 ilə 150 dərəcəsini əhatə edir. Şir atəşlə əlaqələndirilir və modalı sabitdir. Tropik bürc altında Günəş bu bölgəni hər il orta hesabla 23 iyul — 22 avqust tarixləri arasında keçir. Sidereal bürc altında isə təxminən 16 avqust — 15 sentyabr arasında keçir. Şir bürcü mifoloji Nemey şiri ilə əlaqələndirilir. Şirin əks işarəsi Dolçadır.
Şir (bürc)
Şir (lat. Leo) — zodiakal bürc.
Şir (dəqiqləşdirmə)
Şir — pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Şir (bürc) (lat. Leo) — zodiakal bürc. Şir (astrologiya) — Zodiakın beşinci bürcü.
Şir Ürəklilər
Şir Ürəklilər (ing. Sherdils) — Pakistan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1972-ci 17 avqust tarixində qurulmuşdur. 2010-cu ilə qədər Cessna T-37 Tweet təyyarələri istifadə olunub. Hal-hazırda Hongdu JL-8 təyyarələri istifadə olunur.
Kiçik kisəli siçan
Kiçik kisəli siçan (Antechinus minimus ) yırtıcıların kisəli siçanlar ailəsinin bir növüdür. Avstraliyaya xasdır == Yayılması == Alt növü A. m. maritimus cənub-şərqi Avstraliya əyalətlərinin sahil bölgələrində , Cənubi Avstraliya Viktoriya , o cümlədən adanın qərbində Peninsula Vilson Promontoridə daha çox yayılmışdır. Alt növü A. m. Minimusa Tasmaniya və Bass Boğazı ərazisində təsadüf edilir . Təbii yaşayış sahəsi - yüksək rütubət və sıx məskunlaşma olan ərazilərdir. Onlar meşəliklərdə, çəmənliklər və kollarda yaşayırlar . == Görünüş == Yetkin fərdlərin orta çəkisi təxminən 42 q-dır. Bədənin uzunluğu - 90-140 mm, quyruq - 60-100 mm çatır. Xəzi yumşaq, incədir.
Opto-mexaniki siçan
Opto-mexaniki siçan (optomechanical mouse) – optik və mexaniki qurğuların kombinasiyasının köməyilə hərəkətinin istiqamət siqnallarına çevrildiyi siçan konstruksiyası. Optik hissədə işıq-diod və verici cütlükləri olur; mexaniki hissə cərəyan kəsici dəlikləri olan fırlanan təkərciklərdən ibarət olur. Siçan hərəkət etdikdə təkərcik dönür və işıq-diodlardan gələn işıq ya dəlikdən keçərək işıq vericisinə düşür, ya da təkərciyin şəffaf olmayan hissələri tərəfindən bloklanır (qarşısı alınır). İşığın bu dəyişiklikləri verici cütlüklər tərəfindən aşkarlanır və nisbi hərəkət siqnalları kimi interpretasiya olunur. Vericilər fazaca bir-birinə nəzərən azacıq yerini dəyişdiyindən hərəkətin istiqaməti hansı vericinin ilk olaraq indikatorla kontaktı bərpa etməsinə görə müəyyənləşir. Opto-mexaniki siçanda mexaniki hissələrin əvəzinə optik qurğular istifadə edildiyindən, o, çox az-az təmir olunur, ancaq onun işləməsi üçün xüsusi səth (örtük) tələb olunur. 1964-cü ildə ixtiraçı Duqlas Engelbart (Douglas Engelbart) tərəfindən ilk siçan qurğusu (mouse) yaradılmışdır. Bu qurğunun korpusu taxtadan düzəldilmişdi, daxili hissəsi isə bir-birinə perpendikulyar yerləşən, bir ox üzərində fırlanan iki dişli çarxdan ibarət idi. Opto-mexaniki siçanın iş mexanizmi: Siçan hərəkət etdikdə top dönür. Top X və Y silindirlərinə toxunaraq hərəkəti ötürür.
Siçan tələsi (İnformatika)
Siçan tələsi (ing.mousetrap, ru. мышеловка) - JavaScript, yaxud başqa skriptli dildə proqramlaşdırılmış, ancaq brauzerin “geri” (“back”) düyməsinin nəzərdə tutulduğu kimi işləmədiyi veb-səhifə. Yəni belə veb-səhifəyə daxil olduqdan sonra oradan geri qayıtmaq olmur. 2001-ci ildə ABŞ-nin Federal Ticarət Komissiyası (Federal Trade Commission) izləyiciləri reklamlara baxmağa məcbur etmək üçün minlərlə veb-saytda “siçan tələsi”indən istifadə edən reklamverənlərə qarşı cəza tədbirləri nəzərdə tutub. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aşokanın şir kapitalı
Aşokanın şir kapitalı (hind. अशोकस्य चतुर्मुखसिंहस्तम्भः )müxtəlif heyvan təsvirləri ilə bəzədilmiş təmələ malik, bir-birinə arxalarını söykəmiş dörd Asiya şiri heykəlidir. 1950-ci ildə heykəlin qrafik təsviri Hindistan gerbi kimi rəsmi təsdiqlənmişdir. Heykəl, mühüm buddist ziyarətgahı olan Sarnatda e.ə. 250-ci ildə imperator Aşokanın sifarişi ilə Aşoka dirəyi kimi tanınan abidənin zirvəsində ucaldılmışdır. Bəzən Aşoka sütunu da adlandırılan dirək hazırda ucaldıldığı yerdə olsa da, vaxtilə onun zirvəsində yerləşən heykəl Hindistanın Uttar Pradeş ştatındakı Sarnat muzeyində saxlanılır. Təməllə birlikdə 2.15 metr hündürlüyə malik olan əsər, dövrümüzə çatmış digər kapitallarla müqayisədə daha mürəkkəb quruluşa malikdir. Aşokanın sifarişi ilə hazırlanmış və üzərində Aşoka qanunları həkk edilmiş bu sütunlar bütün Hindistan ərazisinə səpələnmişdir. Onların bəzilərinin üzərində tək heyvan fiqurları, Sançi məbədindəki sütunun üzərində isə zədələnmiş dörd şir heykəli vardır. Kapital yaxşı yonulmuş qumdaşından hazırlanmış və həmişə sütundan ayrı detal olmuşdur.
Aşşurbanipalın şir ovu
Aşşurbanipalın şir ovu (ing. Lion Hunt of Ashurbanipal) - Nineva şəhərinin Şimal sarayından aşkarlanmış məşhur saray relyeflərinə verilmiş ümumi addır. Relyeflər hazırda Britaniya muzeyinin 10a zalında sərgilənir. Bu relyeflər mütəxəssislər tərəfindən “Assur incəsənətinin yüksək şah əsərləri” kimi qiymətləndirilmişdir. Relyeflərdə Aşşurbanipalın (çarlıq dövrü e.ə. 668 – 631/627) ritual xarakterli formal “şir ovları” təsvir edilib. Ritual zamanı əvvəlcədən tutulmuş Asiya şirləri xüsusi arenalarda qəfəsdən buraxılırdı ki, çar onları qovaraq qılıncla, oxla və xəncərlə öldürsün. E.ə. 645-635-ci illərdə hazırlanmış relyeflər sarayın müxtəlif hissələrində yerləşdirilmişdi. Böyük ehtimal ki, orijinalda müxtəlif boyalarla rənglənmiş relyeflər, sarayın parlaq dekorasiyasının tərkib hissəsi olmuşdur.
Kiçik Şir (bürc)
Kiçik Şir (lat. Leo Minor) — göyün şimal yarımkürəsində bürc.
Qızardılmış şir kəllələri
Qızardılmış şir kəllələri — Kələm yarpaqlarının yanında olan qızardılmış ət parçaları şir kəlləsinə bənzədiyinə görə yemək belə adlanır. Rəvayətə görə, yeməyin müəllifi Yançjoudakı bir qadınmış. mal əti - 500 qram iri çiy krevetkalar - 7-8 ədəd qurudulmuş "şiitake" göbələkləri - 10 ədəd balaca kələm - 1 ədəd toyuq bulyonu - 150-200 ml göy soğan - 3-4 ədəd zəncəfil kökü - 3 sm şəkər tozu -1 xörək qaşığı ağ şərab - 1 xörək qaşığı küncüt yağı - 2 çay qaşığı nişasta duz istiot Şiitake göbələklərini qaynar suda 30-60 dəqiqə saxlayın, sonra xırda doğrayın. Krevetkalarıt iri tikələrlə doğrayın. Soğanı da bu formada doğrayın. Zəncəfili təmizləyin və xırda doğrayın. Mal ətini kiçik tikələrə kəsib blenderdə farş vəziyyəti alana qədər doğrayın. Ora krevetka, göbələk, göy soğan, şəkər tozu, zəncəfil, ağ şərab, soya sousu və bir qədər nişasta əlavə edin. Duzlayın və zövqünüzdən asılı olaraq, istiot əlavə edin. Farşı yaxşıca qarışdırıb yarım saatlığa soyuducuya qoyun.
Şir və Günəş
Aslan və Günəş (həmçinin Şir və Günəş, Şiri-Xurşid; fars. شیر و خورشید‎, Şir-o xorşid, pronounced [ˌʃiːɾo xoɾˈʃiːd]) — qədim Şərq simvollarından biri. Əsasən oğuz türklərinin (xüsusən də Azərbaycan türklərinin) və İranın gerblərindən biri kimi tanınır. Bu, 1979-cu il İran inqilabına qədər İranın milli bayrağının elementi olmuş, hələ də İran İslam Respublikası hökumətinə müxalif qruplar tərəfindən istifadə olunur. Qədim və müasir İran adət-ənənələrini əks etdirən motiv XII əsrdə İranda məşhur simvola çevrilmişdir. "Aslan və Günəş" simvolu əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanır. Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir, mənşəyi Babil astrologiyasına və Yaxın Şərq ənənələrinə gedib çıxır. Motivin bir çox tarixi mənası var. Bu, ilk növbədə, elmi və sekulyar bir motiv olaraq, yalnız astroloji və zodiakal simvol idi. "Aslan və Günəş" Səfəvilər və erkən Qacar ​​padşahlarının hakimiyyətləri dövründə daha çox şiə islam ilə əlaqələndirilmişdir.
Şir və Təkbuynuzlu
Şir və Təkbuynuzlu - folklorda, ədəbiyyatda istifadə edilən folklor obrazıdır. Bu obrazlar mədniyyətinə görə bir-birindən fərqlənir. Şir və Təkbuynuzlu obrazı Böyük Britaniyanın rəzmlərindən biri sayılır.
Şir şah Suri
Şir şah Suri və ya Şir xan (1486 və ya 1472 – 22 may 1545)— Dehli sultanlığında son xanədan olan Surilərin qurucusu və ilk hökmdarı (1540-1545). Redyard Kiplinqin "Cəngəllik kitabı" əsərində baş antaqonist pələng Şirxanın prototipidir.
Şir evdən getdi
Şir evdən getdi — 1977-ci ildə çəkilmiş rejissor Rasim İsmayılovun eyniadlı filmi. Musiqili film uşaq aləminin gözəlliyindən, onların xarakterlərindən, uşaqlarla heyvanların dostluğundan bəhs edir. Filmdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının balet artistləri və Bakı şəhəri Nərimanov rayonu 83 saylı uşaq bağçasının uşaqları çəkilmişlər. Filmdə Kinq II adlı şir və Rada adlı fil çəkilmişdir. Film quruluşçu rejissor Rasim İsmayılovun rejissor kimi kinoda ilk müstəqil işidir. Film yazıçı Yuri Yakovlev (II)in eyniadlı nağıl-povestinin ekran variantıdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi: Yuri Yakovlev (II) Quruluşçu rejissor: Rasim İsmayılov Quruluşçu operator: Rasim İsmayılov, Şərif Şərifov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Akif Nuriyev Baletmeyster: Nailə Nəzirova Geyim rəssamı: S. Haqverdiyeva Qrim rəssamı: V. Bereznyakov Butafor ustası: A. Volçuk Rejissor: Akif Rüstəmov, Ramiz Əliyev Rejissor assistenti: T. Atakişiyev, Ziya Şıxlinski, Süleyman Əhmədov (S. Əhmədov kimi) Operator assistenti: Yuri Varnovski, V. Romanov Rəssam assistenti: Asif Məmmədov, E. Muradova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Heyvan təlimçiləri: Lev Bərbərov, Nina Bərbərova, T. Filatova, A. Qorin Montaj edən: Rəfiqə İbrahimova (R. İbrahimova kimi) Mahnıların mətninin müəllifi: Yuri Yakovlev (II), Alla Axundova Redaktor: D. Tahirova Çalır: "Melodiya" Firmasının İnstrumental Ansamblı və SSRİ Dövlət Kinematoqrafiyasının Simfonik Orkestri Filmin direktoru: İnessa Safronova İşıqçı: A. Məmmədzadə (titrlərdə yoxdur) Mahnı ifa edən: Flora Kərimova və Mirzə Babayev (titrlərdə yoxdur) Yuri Senkeviç — şir Sergey Yurski — ovçu; ekskurisya bələdçisi; qarovulçu Elxan Cəfərov — Rüstəm Vsevolod Abdulov — nəzarətçi İ. Məmmədov — begemot Şükufə Yusupova — zürafə İnarə Quliyeva — kenquru Lidiya Povetkina — meymun Almaz Əhmədova — meymun Səfurə İbrahimova — tülkü Yaşar Nuri — ata Süsən Məcidova — nənə İbrahim Ləmbəranski — Muradik Cəmilə Muradasilova — Fatma Fazil Salayev — yanğınsöndürən Nadir Əsgərov — yanğınsöndürən Ələsgər Məmmədoğlu — yanğınsöndürən Kamil Məhərrəmov — kababçı Əli Haqverdiyev — heyvan təlimçisi Tanilə Əhmərova — Şəfiqə müəllimə R. Rüstəmov A. Məmmədzadə Gümrah Rəhimov — pələng Elxan Ağahüseynoğlu — aeroportdakı heyvan İ. Kazımov Suğra Bağırzadə — aeroport işçisi D. Əhmədov Rəna Səlimova — zebr Sevil Rəsulova İ. Zeynalova L. Zolotova O. Baratova İ. Vladimirova Aqşin Rəsulov — milisioner Mübariz Əlixanoğlu — heyvan Ramiz Əzizbəyli — sürücü Fikrət Məmmədov — şagird Hüseynov Sədaqət Zülfüqarova — şəhər sakini Bahadur Əliyev — şəhər sakini Zemfira Sadıqova — şəhər sakini Mayak Kərimov — şəhər sakini Larisa Xələfova — televiziya diktoru Osman Həqqi — aeroportdakı adam Xanlar Muradov — milis işçisi (titrlərdə yoxdur) Elşən Şirəliyev — milis nəfəri Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Şir (inzibati vahid)
Şir və ya şayr (ing. shire) — Britaniya adalarında ənənəvi inzibati vahid. Anqlosaks fəthindən bəri mövcud idi və X əsrdə bütün İngiltərəyə yayılmışdır. Birləşmiş Krallıq ilə yanaşı, Avstraliyada da istifadə olunur. == Etimologiyası == "Şir" sözü "rayon" mənasında işlənən protogerman dilində olan "skira" (Scira) sözündən törəmişdir. Norman fəthindən sonra rayon sözü şir ilə bir səviyyədə təqdim edilmişdi. Ərazi mənasında şir və qraflıq sinonimdir. Eyni ərazini həm şir, həm də qraflıq adlandırmaq olar, lakin onlar inzibati cəhətdən bir qədər fərqlənir, çünki şir ərazi vahidinin başçısı kimi qrafa ehtiyac duyulmur və özünü idarə etmək iqtidarındadır. == Yayılması == Böyük Britaniyanın norman təsirinin ən az olduğu hissələrində (ölkənin şimalında) şir XIX əsrə qədər qraflıq üzərində üstünlüyə malik idi. İngilislərin Şimali Amerikanı kolonizasiya etməsinin ilkin mərhələsində bir neçə il sonra qraflığa çevrilən şirlər də var idi.