ŞİRƏLİ
ŞİRƏLİLİK
OBASTAN VİKİ
Viktor Şirəli
Viktor Heydər oğlu Şirəlizadə (7 may 1945 – 19 fevral 2018) — Azərbaycan əsilli Rusiya şairi. Leninqrad anderqraundunun nümayəndəsi. Viktor Heydər oğlu Şirəlizadə 1945-ci il mayın 9-da Leninqrad şəhərində anadan olub və Böyük Vətən müharibəsindəki qələbənin şərəfinə və Leninqradın blokadası zamanı aclıqdan ölən babasının şərəfinə adlandırılıb. Viktor Şirəlinin özünün dediyinə görə, atası Heydər Həsən oğlu Şirəlizadə, əslən Cənubi Azərbaycandandır. O, 1916-cı ildə anadan olub və əczaçı işləyib. Şairin dediyinə görə atası türkcə (azərbaycanca) şeirlər yazırdı. Anası Mariya Viktorovna Lazareva, 1925-ci ildə Pskov quberniyasından olan kəndli ailəsində anadan olub. Onun dediyinə görə atası ilə anası müharibə zamanı atasının döyüşdüyü Leninqrad yaxınlığında tanış olublar. 1955-ci ildə onlar ayrılıblar. 1963-cü ildə məktəbi bitirdikdən sonra V.Şirəli elektrik, radiomontajçı, təchizat agenti, rəqs pavilyonunun inzibatçısı, kitabxanaçı, qayıq stansiyasında gözətçi kimi işləyib.
İskəndər Şirəli
İskəndər Yaqub oğlu Şirəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin müdiri (2007), 2019-cu ilin May ayından Sənaye Təhlükəsizlik İdarəsinin rəisi, Elmlər doktoru (2014), Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü (2014), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professoru (2015). Azərbaycan Respublikasının Prezidenti yanında ali attestasiya komissiyanın 19.04.2024-cü il tarixli qərarı ilə, İskəndər Yaqub oğlu Şirəliyə, elmi-pedaqoji fəaliyyətə görə texnika elmləri sahəsinin Maşınlar, avadanlıqlar və proseslər ixtisası üzrə Professor elmi adına layiq olmuşdur. İskəndər Yaqub oğlu Şirəli 1960-ci il noyabrın 21-də Neftçala rayonu, Novovasilyevka kəndində anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu “Dağ mühəndisi” ixtisası üzrə fərqlənmə (qırmızı) diplomu ilə bitirib. Ailəlidir, 4 övladı, 4 nəvəsi var. Əmək fəaliyyətinə 1983-cü ildə “Xəzərdənizneft” İstehsalat Birliyi, “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi peşəsindən başlayıb. 1984-cü ildə həmin idarədə buruq ustası, 1990-cı ildə 2 saylı rayon Mühəndis - Texnoloji Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 1991-1992-ci illərdə Sankt-Peterburq, “Zond” istehsalat müəssisəsinin Bakı filialının rəisi vəzifəsində işləyib. 1992-ci ildən “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsində Baş mühəndis, 1993-cü ildən “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin rəisi, 2006-cı ildən Abşeron Qazma İşləri İdarəsinin rəisi, 2007-ci ildən SOCARın “Kompleks qazma işləri” trestinin müdir vəzifələrində çalışıb. 2019-cu ilin may ayından SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyir.
Şirəli (Çaroymaq)
Şirəli (fars. شيرعلي‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şirəli Adilov
Şirəli Axundov
Axundov Şirəli Baxşəli oğlu (10 mart 1886, Girdəni, Lənkəran rayonu – 23 may 1960, Bakı) — Lənkəran Qəza İcraiyyə Komitəsinin sədri. 1886-cı ildə Bakı quberniyasının Lənkəran qəzasının Rəzi Girdəni kəndində anadan olub. İndiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. 1960-cı ildə Lənkərandan vəfat edib.
Şirəli Müslümov
Şirəli Müslümov (26 mart 1805, Barzavu, Lerik rayonu – 2 sentyabr 1973, Barzavu, Lerik rayonu) — dünyanın ən uzunömürlü sakinlərindən biri. Şirəli Müslümov 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib. O, 3 dəfə evlənmiş və 23 övlad sahibi olmuşdur. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilmişdir. 136 yaşında qız atası olmuşdur. Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, onun yaşı şübhə doğurur. Şirəli Müslümov haqqında yayımlanan məlumatlar SSRİ dövrünə təsadüf etdiyindən, 1800-cü illərdə əhalinin siyahıya alınması, doğum tarixlərinin düzgün qeyd olunması və digər aidiyyati məsələlərin səhv olmaq ehtimalı da mövcuddur. Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem keçən əsrin 60-cı illərində çap olunmuş özünün "Qafqaz xalqları və onların mədəniyyəti" əsərində Azərbaycana da xüsusi yer ayırmışdır. Həmin əsərdə 1800-ci ildə əhalinin, əsasən də, siyahıya alınması yaş və doğum məsələlərinə aid olan bölməsində, Lerik (Zuvand-1930) camaatının düzgün siyahıya alınmasının həmin dövrdə qeyri-mümkün olmasını, yerləşdiyi çətin dağlıq şəraitinin, cənub mərkəzi ilə əlaqələrin və s.
Şirəli Məmmədov
Şirəli Nəsirzadə Məmmədov (25 dekabr 1904, Dəstə, Ordubad rayonu – 18 fevral 1984, Bakı) — texnika elmləri doktoru (1948), professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1968). Şirəli Məmmədov 1904-cü ildə Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Ali təhsilini 1930-cu ildə Moskva Dağ-Mədən Akademiyasında Dağ-mədən mühəndisi ixtisası üzrə almışdır. Şirəli Məmmədov Maqnitoqorsk filiz mədənində işləmiş, Culfa "Soyuzmərgümüş" kombinatının rəisi olmuşdur. Moskva Dağ-Mədən İnstitutunun filiz yataqlarının işlənilməsi kafedrasına rəhbərlik etmişdir. Böyük Vətən müharibəsi illərində "Naxduzfiliz"in baş mühəndisi vəzifəsində işləmişdir. 1950-1953-cü illərdə Zaqafqaziyada ən iri filiz-mədən kompleksinin Daşkəsən Dağ-Mədən Kombinatının tikintisinə rəhbərlik etmişdir. 1953-1954-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 1956-1959-cu illərdə isə geofizika kafedrasının müdiri olmuşdur. 1959-1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri vəzifəsini icra etmişdir. 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun faydalı qazıntı yataqlarının işlənilməsi kafedrasının müdiri olmuşdur.
Şirəli İskəndər
İskəndər Yaqub oğlu Şirəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin müdiri (2007), 2019-cu ilin May ayından Sənaye Təhlükəsizlik İdarəsinin rəisi, Elmlər doktoru (2014), Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü (2014), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professoru (2015). Azərbaycan Respublikasının Prezidenti yanında ali attestasiya komissiyanın 19.04.2024-cü il tarixli qərarı ilə, İskəndər Yaqub oğlu Şirəliyə, elmi-pedaqoji fəaliyyətə görə texnika elmləri sahəsinin Maşınlar, avadanlıqlar və proseslər ixtisası üzrə Professor elmi adına layiq olmuşdur. İskəndər Yaqub oğlu Şirəli 1960-ci il noyabrın 21-də Neftçala rayonu, Novovasilyevka kəndində anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu “Dağ mühəndisi” ixtisası üzrə fərqlənmə (qırmızı) diplomu ilə bitirib. Ailəlidir, 4 övladı, 4 nəvəsi var. Əmək fəaliyyətinə 1983-cü ildə “Xəzərdənizneft” İstehsalat Birliyi, “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi peşəsindən başlayıb. 1984-cü ildə həmin idarədə buruq ustası, 1990-cı ildə 2 saylı rayon Mühəndis - Texnoloji Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 1991-1992-ci illərdə Sankt-Peterburq, “Zond” istehsalat müəssisəsinin Bakı filialının rəisi vəzifəsində işləyib. 1992-ci ildən “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsində Baş mühəndis, 1993-cü ildən “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin rəisi, 2006-cı ildən Abşeron Qazma İşləri İdarəsinin rəisi, 2007-ci ildən SOCARın “Kompleks qazma işləri” trestinin müdir vəzifələrində çalışıb. 2019-cu ilin may ayından SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyir.
Şirəli bəy Əmircanov
Şirəli bəy Əmircanov (1843, Şəki, Kaspi vilayəti – 1922) — Nuxa Şəhər Dumasının sədri, Cavanşir qəzasının rəisi. Azərbaycan Cümhuriyyəti dövründə Nuxa Sülh Bölməsinin sülh hakimi olub. Şirəli bəy Əmircanov 1843-cü ildə Şəkidə anadan olub. Şəki qəza məktəbinin tam kursunu bitirib. Bakı Valilik İdarəsinin 1864-cü il martın 10-da verdiyi qərarla kiçik dəftərxana işçisi kimi Şəki Qəza İdarəsində işləməyə başlayıb. 1868-ci sentyabrın 29-dan etibarən isə burada tərcüməçi vəzifəsinə təyinat alıb. 1875-ci il iyulun 13-də Şəki şəhər 2-ci hissəsinin pristavı, 1877-ci il oktyabrın 14-dən isə Şəki qəzasının polis pristavı təyin edilib. 1879-cu il fevralın 6-dan Gəncə valisinin tərcüməçisi, 1880-ci il noyabrın 7-dən Şəki qəzasının polis pristavı, 1881-ci il sentyabrın 28-dən Cavanşir qəzasının rəis müavini əvəzi, 1883-cü il aprelin 13-dən Cavanşir qəzası rəisinin əvəzi təyin edilib. 1884-cü il mayın 29-da Cavanşir qəzasının rəisi təyin olunub. Yürüş və döyüşlərdə olmayıb.
Şirəli dağdan endi
Film-reportaj planetimizin ən qocaman sakini - 165 yaşlı Şirəli Müslümov barəsindədir. Ö, ömründə ikinci dəfə Qafqaz dağlarından enib Bakıya gəlmişdir.
Şirəli Yaqub oğlu İskəndər
İskəndər Yaqub oğlu Şirəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin müdiri (2007), 2019-cu ilin May ayından Sənaye Təhlükəsizlik İdarəsinin rəisi, Elmlər doktoru (2014), Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü (2014), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professoru (2015). Azərbaycan Respublikasının Prezidenti yanında ali attestasiya komissiyanın 19.04.2024-cü il tarixli qərarı ilə, İskəndər Yaqub oğlu Şirəliyə, elmi-pedaqoji fəaliyyətə görə texnika elmləri sahəsinin Maşınlar, avadanlıqlar və proseslər ixtisası üzrə Professor elmi adına layiq olmuşdur. İskəndər Yaqub oğlu Şirəli 1960-ci il noyabrın 21-də Neftçala rayonu, Novovasilyevka kəndində anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu “Dağ mühəndisi” ixtisası üzrə fərqlənmə (qırmızı) diplomu ilə bitirib. Ailəlidir, 4 övladı, 4 nəvəsi var. Əmək fəaliyyətinə 1983-cü ildə “Xəzərdənizneft” İstehsalat Birliyi, “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi peşəsindən başlayıb. 1984-cü ildə həmin idarədə buruq ustası, 1990-cı ildə 2 saylı rayon Mühəndis - Texnoloji Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 1991-1992-ci illərdə Sankt-Peterburq, “Zond” istehsalat müəssisəsinin Bakı filialının rəisi vəzifəsində işləyib. 1992-ci ildən “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsində Baş mühəndis, 1993-cü ildən “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin rəisi, 2006-cı ildən Abşeron Qazma İşləri İdarəsinin rəisi, 2007-ci ildən SOCARın “Kompleks qazma işləri” trestinin müdir vəzifələrində çalışıb. 2019-cu ilin may ayından SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyir.
Şirəli dağdan endi (film, 1966)
Film-reportaj planetimizin ən qocaman sakini - 165 yaşlı Şirəli Müslümov barəsindədir. Ö, ömründə ikinci dəfə Qafqaz dağlarından enib Bakıya gəlmişdir.
Şirəli Şirəliyev
Şirəli Qulam oğlu Şirəliyev — sovet futbolçusu və məşqçisi. Azərbaycan SSR-nin əməkdar məşqçisi və "Əməkdar bədən tərbiyəçisi və idman xadimi". "Neftyanik" komandasının məşqçisi (1949), baş məşqçisi (1951-1952, 1958) və rəisi (1952, 1957-1958). Azərbaycanın ilk futbol məşqçisi. Şirəli Qulam oğlu Şirəliyev 1912-ci ildə Salyanda anadan olub. 12 yaşında ikən iş tapmaq məqsədi ilə Bakıya gəlmiş və Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində işə düzəlmişdir. Şirəli futbolu çox sevdiyi üçün fabrikdə işləməklə bərabər futbol komandası da yaratmışdı. O, fabrikdə əvvəlcə özü kimi gəncləri toplayıb, məşqlərə başlamışdır. Sonra onun komandası Bakı yarışlarında qüvvəsini sınamışdır. Onun oyunu futbol mütəxəssislərinin gözündən yayınmamışdı.
Elşən Şirəliyev
Elşən Şirəliyev (tam adı: Elşən Şıxəli oğlu Şirəliyev; 2 oktyabr 1962, Bakı – 20 dekabr 2021, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == 2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Həmin ildən təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında əsas rolları: Əkizlər — ("Dörd əkiz", P. Panşev) Manqurt — ("Əsrə bərabər gün", Ç. Aytmatov) Dursun — ("Oqtay Eloğlu", C. Cabbarlı) Göyçək kababçı — ("Dəyirman", M. Süleymanlı) Saşka — ("Saşka", V. Kondratyev) 1989-cu ildə Saşka roluna görə Mədəniyyət Nazirliyinin I dərəcəli Diplomuna və pul mükafatına layiq görülüb. Gənc Tamaşaçılar Teatrında əsas rolları: Neron — ("Neron oynayır", M. Xubai) Potso — ("Aydın", C. Cabbarlı) Məcnun — ("Leyli və Məcnun", M. Füzuli) Dimetçi — ("Yay gecəsində yuxu", Vilyam Şekspir) Qildestern — ("Hamlet", Vilyam Şekspir) Kleon — ("Herostatı unudun", Q. Qorin) Naçalnik — ("Qurbanəli bəy", C. Məmmədquluzadə) Məşədi Oruc — ("Ölülər", C. Məmmədquluzadə) Dəli Tiriq — ("Mamoy kişinin yuxuları", V. Səmədoğlu) Passifist – ("Generalın son əmri", V. Səmədoğlu) Fərrux şah – ("Qadın ilan", K. Qotsi) Məmmədəli – ("Dələduz", N. B. Vəzirov) Məlikməmməd – ("Məlikməmməd", Xalq nağılı) Novruz bəy – ("Aydın", C. Cabbarlı) Səyyad – ("Onun iki qabırğası", Ə. Əmirli) Səfir – ("İyirmi ildən sonra", Ə. Əmirli) Əvəz – ("Kişi və qadın", Ə. Əmirli) Dilənçi – ("Varlı qadın", Ə. Əmirli) Rüstəm – ("Atamın kitabı", B. Vahabzadə) Vəzir – ("Yaxşı padşahın nağılı", Anar) Kişi – ("İmperator", E. Hüseynbəyli) Əzrayıl – ("Dünyanın axırı", R. Əlizadə) Effer bəy – ("Bir az gəlirmisiz", Ə. Nesin) Şair İsmayıl – ("Hamı səni sevənlər buradadır", K. Abdulla) Zabit – ("Kim dedi ki, Simurq quşu var imiş", K. Abdulla) Bəstəçi – ("Sevirəm səni Türkiyə", K. Abdulla) Əbülüla – ("Şeyx Sənan", H. Cavid) Kral – ("Yatmış gözəl" B. Marvin) Mister Bambl – ("Oliver Tvistin macəraları" — Ç. Dikkens) Molla Feliks – ("Əcəl atı" V. Əlixanlı) Nəcəf – ("Mən səni sevirəm –M. S. S" Ə. Əmirli) Tip – ("Məhv olmuş gündəliklər" İ. Əfəndiyev) Əmirqulu — ("Buzovna kəndinin əhvalatları" Elçin) Hatəmxan ağa – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə) Ohan yüzbaşı – ("Hacı Qara" M. F. Axundzadə) Əmir Teymur – ("Əlincə qalası" Dilsuz) Hüseynqulu bəy – ("Qaraca qız" S. S. Axundov, A. Şaiq) Karabas Barabas – ("Buratinonun macəraları" A. Tolstoy) Canavar — ("Qoğalın nağılı" Xalq nağılı) == Mükafatları == 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Kamran Şirəliyev
Kənan Şirəliyev
Məmmədağa Şirəliyev
Məmmədağa Şirəli oğlu Şirəliyev (19 sentyabr 1909, Şamaxı – 19 aprel 1991) — filologiya elmləri doktoru (1943), Əməkdar elm xadimi (1962), professor, AMEA-nın dilçilik üzrə həqiqi üzvü (1962), türkoloq, dilçi. Məmmədağa Şirəliyev 19 sentyabr 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. O, 1927-ci ildə Bakıda orta məktəbi bitirib və Bakı Dövlət Universitetinin Şərq fakültəsinin Dilçilik şöbəsinə qəbul olunub və 1931-ci ildə ali təhsilini başa vurub. Məmmədağa Şirəliyev 1931-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda, 1943-cü ildə Bakı Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsini icra etmişdir. Azərbaycan dialektologiya məktəbinin yaradıcısıdır. O, bir müddət Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini, elmi hissə üzrə prorektoru olmuşdur. 1949-cu ildə Azərbaycan SSR EA Dil İnstitutunun direktoru, Azərbaycan SSR EA Ədəbiyyat və Dil İnstitutunun direktoru olan Şirəliyev Azərbaycan SSR EA İctimai elmlər bölməsinin akademik katibi vəzifəsində işləmişdir. Məmmədağa Şirəliyev 1941-ci ildə "Bakı dialekti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, lakin əsərin elmi dəyərini nəzərə alaraq, 1943-ci ildə ona filologiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. M.Ə.Şirəliyev 1949-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü (akademik) seçilmişdir. M.Ş.Şirəliyev 100-dən çox elmi əsərin, o cümlədən monoqrafik "Azərbaycan dialektologiyasının əsasları", "Bakı dialekti", habelə M.H.Hüseynzadə ilə birlikdə orta məktəblər üçün yazdığı "Azərbaycan dilinin qrammatikası" dərsliyinin müəllifidir.
Niyət Şirəliyev
Nüsrət Şirəliyev
Nərgiz Şirəliyeva
Nərgiz Oktay qızı Şirəliyeva (9 noyabr 1974, Bakı) — tarix üzrə fəlsəfə doktoru, Vahid Rusiya Partiyasının üzvü, "Qızıl lira" mükafatı laureatı, Moskva vilayəti İctimai Palatasının üzvü, Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri Nərgiz Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. Hələ orta məktəbdə təhsil alarkən valideynlərinin məsləhətilə əvvəlcə o, balet kursuna, daha sonra musiqi məktəbinə və bal rəqsinə getmişdir. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olmuşdur. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərgiz Şirəliyeva ingilis və fransız dillərində sərbəst danışır. 1995-ci ildə İTAR-TASS agentliyində müxbir kimi praktika keçən N. Şirəliyeva, 1996-cı ildə MDBMİ-ni bitirmiş və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlamışdır. "Kultura" qəzeti ilə yanaşı, o, Moskvada nəşr olunan bir sıra qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirmişdir. N. Şirəliyeva 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan "Kultura"da informasiya xidmətinin müxbiri vəzifəsində jurnalistlik peşəsinə davam etdirmişdir. Q, 2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olmuş, 2004-cü ildə "Rusiya və Fransanın mədəni əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix üzrə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 2003-cü ilin fevralından "Kultura" telekanalında "Mədəniyyət yenilikləri" proqramının "Xudsovet" adlı xüsusi rubrikasının aparıcısı təyin olunan N. Şirəliyeva 2008-ci ildən "Mədəniyyət yenilikləri" verilişinin axşam buraxılışının da daimi aparıcısı olmuşdur. Nərgiz Şirəliyeva hazırda "Kultura" telekanalında şef-redaktor, icmalçı, "Mədəniyyət yenilikləri" proqramının aparıcısı, Rusiya Dövlət Filarmoniyasında təşkil olunan konsertlərin aparıcısı vəzifələrində çalışır, Moskvanın aparıcı KİV-lərində köşə yazarı kimi çıxış edir.
Nərmin Şirəliyeva
Nərmin Şirəliyeva (rus. Нармин Ширалиева; d. 9 noyabr 1974, Bakı, Azərbaycan SSR, SSRİ) — Moskva vilayətinin mədəniyyət naziri. Nərmin Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində doğulub. Hələ orta məktəbdə təhsil alarkən valideynlərinin məsləhətilə əvvəlcə balet kursuna, daha sonra musiqi məktəbinə, ardınca bal rəqsinə gedib. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 16 yaşında Moskvaya gedib. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olub. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərmin ingilis və fransız dillərində sərbəst danışır. 1995-ci ildə İTAR-TASS agentliyində müxbir qismində praktika keçən N.Şirəliyeva, 1996-cı ildə MDBMİ-ni bitirib və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb. "Kultura" ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib.
Oqtay Şirəliyev
Şirəliyev Oqtay Kazım oğlu (2 avqust 1950, Bakı) — Professor, tibb elmləri doktoru, keçmiş Azərbaycan Respublikası Səhiyyə naziri. Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1967–1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirmişdir. 1974-cü ildə Bakı şəhəri AR Daxili İşlər Nazirliyinin Hospitalında cərrah, 1977-ci ildə Moskva həkimləri Təkmilləşdirmə İnstitunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə 1 Moskva Tibb İnstitutunun aspiranturasına daxil olmuşdur. 1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 2003-cü ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı almışdır. Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə naziri təyin edilmişdir. 1981-ci ildən Rentgenologiya, radiologiya və onkologiya ETİ-də böyük elmi işçi 1982-ci ildə Respublika endoskopiya Mərkəzinin rəhbəri 1983–1988-ci illərdə AR Səhiyyə Nazirliyinin Elmi şöbəsinin rəisi olmuşdur 1988-ci ildə Respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 13 ixtira və səmərələşdirici təkliflərin müəllifidir. Eyni zamanda 1991–2005-ci illər ərzində Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır.
Sahib Şirəliyev
Süleyman Şirəlizadə
İntiqam Şirəliyev
Asif Şirəliyev (hakim)
Asif Yusif oğlu Şirəliyev, 13 may 1981-ci ildə Bakı şəhərində anadan olub. İngilis, rus, türk dillərində sərbəst danışır. Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == 1992-ci ildən Yunan-Roma güləşilə məşğul olmağa başlayıb. İdman ustasıdır. 1995-ci ildən etibarən orta təhsilini Respublika Olimpiya idman liseyində davam etdirib. 1998-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tək mübarizə (TA) fakültəsinə daxil olub, 2005-ci ildə isə bitirib. 1999–2001-ci illərdə həqiqi hərbi xidmətdə olub. 8 iyul 2007-ci ildən Dünya Güləş Birliyində (UWW) beynəlxalq dərəcəli hakim olaraq fəaliyyət göstərməyə başlayıb. Asif Şirəliyev hazırda Super (I-S) kateqoriyalı hakim statusuna malikdir.

Digər lüğətlərdə