ƏŞİ

nida. “A kişi” sözünün canlı dildə işlənən ixtisar şəkli olub, yerinə görə etinasızlıq, narazılıq, yaxud təkid və s. hissləri ifadə edir. Əşi, tez ol da! Əşi, mən nə bilim.
Əşi, o da yoldaşdır! Əşi, qoy getsin! – [Sultan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığım yağa batar… Ü.Hacıbəyov.
[Hüseyn:] Mən nə bilim, əşi, onun qolu necə olub?… S.Rəhman.
[Qulu:] Əşi, o açarları bir bəri gətir. İ.Əfəndiyev.
[Camal:] Əşi, ay Nəbi dayı, indidən niyə toyuq təkin hinə girmisiniz? Günün qulağı təzə batıb ki. Ə.Abasov.

ƏŞXAS
ƏŞİRƏT
OBASTAN VİKİ
Əhmədcan Əşiri
Əhmədcan Aksupiyeviç Əşiri ((Qazaxca: Ахметжан Ақсупиұлы Аширов;1938 – Malıbay aulu, Almatı vilayəti, Şelek rayonu (indiki Yenbekşikazax),Qazaxıstan) — uyğur yazıçısı və dramaturqu, Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı Əhmədcan Aksupiyeviç Əşiri 1938-ci ildə Qazaxıstanın Almatı vilayətinin Şelek rayonunun (indiki Yenbekşikazax) Malıbay aulunda doğulmuşdur. 1956-cı ildə Panfilov adına Pedaqoji məktəbi bitirmişdir, 1961-ci ildə isə Qazaxıstan Dövlət Universitetinin filologiya fakultəsindən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra bir sıra işlərdə işləmiş, o cümlədən Qazaxıstan radiosunda redaktor vəzifəsində çalışmışdır. İbray Altınsarina adına Elmi-Tədqiqat Pedaoji İnstitutunun aspiranturana daxil olmuşdur. Bir müddət Talqar rayonunda müəllim işləmişdir. Daha sonra “Kommunizm tuği” (hazırda “Uyğur avazı”) qəzetində ədəbiyyat və incəsənət şöbəsinin müdiri, məsul katib vəzifələrində çalışmışdır. 1982-ci ildən Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı vəzifəsində çalışır. 1986-cı ildə Qazaxıstan Yazıçılar Birliyinin IX qurultayında yaradıcılıq qurumunun sədr müavini vəzifəsinə seçilmişdir. O, SSRİ Yazıçılar Birliyi Ədəbiyyat fondunun İdarə Heyətinin üzvü, Almatıda rusca yayınlanan “Prostor” dərgisinin redaksiya heyətinin üzvü seçilmişdir. 1991-1995-ci illərdə “Arzu” dərgisinin baş redaktoru vəzifəsində çalışmışdır.
Əşiya
Əşiya və ya Yeşaya (ivr. ‏יְשַׁעְיָהוּ‏‎, Yəšaʿyāhū; mənası – «Rəbb xilas edir»), həmçinin İsaiya — e.ə. VIII əsrdə yaşamış yəhudi peyğəmbər. «Əşiya peyğambərin kitabı» adını ondan götürmüşdür. «Əşiya peyğambərin kitabı» əsərində Əşiya peyğambər deyə xitab edilir, fəqət «Əşiya peyğambərin kitabı» ilə hər hansı bir tarixi Əşiya arasında dəqiq əlaqə qarışıqdır. Ənənəvi nöqteyi-nəzərə görə, «Əşiya peyğambərin kitabı»nın bütün 66 fəsli bir insan – Əşiya tərəfindən yazılmışdır. Ehtimal olunur ki, kitab iki dövrdə yazılıb – e.ə. 749-cı il və ya e.ə. 686-cı il. Kitabda Böyük Kirdən bəhs olunur və İsrail millətini Babiloniya əsarətindən xilas etmək üçün nəzərdə tutulmuşdur.

Digər lüğətlərdə