ƏDƏBSİZ

sif.
1. Ədəb və tərbiyədən məhrum, yaxşı tərbiyə görməmiş, cəmiyyətdə özünü apara bilməyən. Ədəbsiz adam. Ədəbsiz oğlan.
– Ey üzü qarə, füzul, ədəbsiz; Heç bilmədiniz nədir ədəbsiz! Xətayi.

// Zərf mənasında. Ədəbsiz danışmaq.
// İs. mənasında.
Arvad dəcəllərə acıqlandı: – Ədəbsizlər, qanacaqsızlar, … yazıqla nə işiniz var? Ə.Abasov.

2. Ədəb qayda-qanunlarına uyğun gəlməyən, nalayiq. Ədəbsiz söz. Ədəbsiz hərəkət.
[Mürtəcelər] …bu vaxta qədər heç bir kağıza sığmayan ədəbsiz küçə söyüşlərinə qədər … yazırdılar. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏDƏBSİZ tərbiyəsiz — əxlaqsız
  • ƏDƏBSİZ qaba — kobud — diliuzun
  • ƏDƏBSİZ ƏDƏBSİZ [Məsum Mürüvvətli:] Xahiş eləyirəm ki, haqsız yerə məni hörmətdən salan ədəbsiz qadını intizama dəvət eləyəsiniz (Ə

Antonimlər (əks mənalı sözlər)

  • ƏDƏBSİZ ƏDƏBSİZ – ABIRLI Xain, alçaq, ədəbsiz, aç qapını (H.Cavid); Mən... təmiz və abırlı böyümək istərkən, nə iş idi başıma gəldi (Mir Cəlal)
ƏDƏBLİLİK
ƏDƏBSİZCƏSİNƏ
OBASTAN VİKİ
Ədəbsizlik
Ədəbsizlik ədəb qanunlarının, normalarının və ya standartlarının pozulmasıdır. Ədəbsizlik adətən insanlara və ya hərəkətlərə, daha geniş mənada qruplara, korporativ orqanlara və sənət əsərlərinə tətbiq edilir. Ədəb düzgün olan şeyləri nəzərdə tutduğundan, ədəbsizlik oğurluq, yalan danışmaq və öldürmək kimi yanlış şeylərə aiddir. Ancaq bu, tamamilə doğru bir fikir deyildir və çaşdırıcıdır, çünki fərdlərin ədəbsizlik haqqında özlərinə məxsus olan fərdi fikirləri mövcuddur. Bir çox insanlar öldürməyi ədəbsizlik nümunəsi olaraq düşünür, lakin bəzi insanlar jarqon kəlmələrdən istifadə kimi şeylərin ədəbsizlik olub-olmaması ilə bağlı razılaşa bilmirlər. Fərqli dinlərin ədəbsizlik haqqında özlərinə məxsus olan fikirləri mövcud olsa da, bu söz həmişə yanlış hərəkətlər və təcavüzlə əlaqələndirilmişdir.

Digər lüğətlərdə