ƏHMƏD

Ərəbcə həmid, mahmud sözləri ilə qohumdur. “Tərifəlayiq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏHLİMAN
ƏXA
OBASTAN VİKİ
Həmzə Əhməd
Həmzə Əhmədoğlu (29 may 1939, Bakı – 27 yanvar 2008) — Azərbaycan operatoru, aktyor. == Həyatı == Həmzə Əhmədoğlu 29 may 1939-cu ildə Bakıda anadan olub. Odessa Kinematoqrafiya İnstitutunu bitirib (1960). Əməkdar mədəniyyət işçisi (2007) idi. Həmzə Əhmədoğlu 2008-ci ildə vəfat edib. == Filmoqrafiya == Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Asif, Vasif, Ağasif (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Bağ mövsümü (film, 1985) Bəyin oğurlanması (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Dədə Qorqud (film, 1975) Dəvətnamə (film, 1989) Dörd bazar günü (film, 1975) Əlavə iz (film, 1981) Ərazi (film, 2005) Evlənmək istəyirəm (film, 1983) Fransa qəhrəmanı (film, 1975) Gözlə məni (film, 1980) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qəzəlxan (film, 1991) Qızıl balıqlar (film, 1975) Mahnı qanadlarında (film, 1972) Mənim ağ şəhərim (film, 1993) Möcüzələr adası (film, 1963) Nəsimi (film, 1971) Nəsimi (film, 1973) Ömrün ilk saatı (film, 1973) Pəncərə (film, 1991) Pirverdinin xoruzu (film, 1987) Prokuror (film, 2008) Respublikam haqqında həqiqət (film, 1972) Sevil (film, 1970) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Şir evdən getdi (film, 1977) Tənha narın nağılı (film, 1984) Torpaq. Dəniz. Od.
I Əhməd
I Əhməd (osman. مراد رابع Ahmed-i evvel, Divan ədəbiyyatındakı adı ilə Bahtî ; 18 aprel 1590, Manisa, Osmanlı imperiyası – 22 noyabr 1617[…], İstanbul, Osmanlı imperiyası) — 14. Osmanlı padşahı, 93. İslam xəlifəsidir. == Həyatı == === İlk illəri və taxta çıxışı === Atası III Mehmedin Saruhan sancaqbəyliyi əsnasında 28 aprel 1590-cı ildə Manisada dünyaya gəlmişdir. Anası Handan Sultandır. Ordu və idarəetmə sistemində böyük rəğbət qazanan və taxtın ən güclü namizədi olan böyük qardaşı Şahzadə Mahmud, çevriliş edəcəyi şübhəsi ilə 7 iyun 1603 tarixində sarayda boğularaq edam edilmiş, beləliklə, Şahzadə Əhməd üçün taxt yolu açılmışdı. Cəlali üsyanları səbəbilə sancağa göndərilməmişdir. Atasının 22 dekabr 1603 tarixində vəfatının ardından 14 yaşında taxta çıxdı. Atası Sultan Mehmed o günə qədərki sultanlar içərisində ən gənc yaşda vəfat edən sultan olduğundan, Osmanlı tarixində ən gənc yaşda taxta oturan hökmdar da məhz Sultan Əhməd oldu.
Əhməd
Əhməd — Kişi adı. Əhməd Yəsəvi — Əhməd Hüseynzadə — Əhməd bəy Ağaoğlu — ictimai xadim, jurnalist, pedaqoq Əhməd şah Qacar — Yəzid ibn Əhməd — Şirvanşahlar dövlətinin onuncu hökmdarı Əhməd Ər — Əhməd Əsəd Uras — Əhməd Kənan Tanrıkulu — Əhməd Krımlı — Əhməd Məhəmməd Aq Amani — Əhməd Mithəd Qalabalıq — Əhməd Rasim — Əhməd sultan Avşar — Şah Əhməd Əhməd Əhmədov Əhməd Əhmədov (Ruminski) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Əhmədov (İman oğlu) — Sumqayıt hadisələrinin təşkilatçısı kimi güllələnən azərbaycanlı. Əhməd Əhmədov (general) — Naxçıvanın Daxili İşlər naziri, polis general-leytenantı. Əhməd Əhmədov (geoloq) — azərbaycanlı neftçi-geoloq. Əhməd Əhmədov (dövlət xadimi) — Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Repressiya qurbanı.
III Əhməd
III Əhməd (Osmanlı türkcəsi: أحمدي ساليس بن محمد — Aḥmed-i sālis) (30 dekabr 1673, Dobriç[d], Silistrə əyaləti, Osmanlı imperiyası – 1 iyul 1736, Topqapı sarayı, İstanbul, Rumeli əyaləti, Osmanlı imperiyası) — 23-cü Osmanlı sultanı və 102-ci İslam xəlifəsi. Məşhur Lalə dövrünün sultanıdır. == Həyatı == === İlk illəri === 31 dekabr 1673-cü ildə bazar günü indiki Bolqarıstan sərhəddində yerləşən Hacıoğlubazarı qəsəbəsində dünyaya gəlmişdir. Atası Sultan Mehmed, anası isə Gülnuş Sultandır. Xanımı Gülnuş Sultanı düşkünlüyü səbəbilə özüylə səfərə aparan Sultan Mehmed o qışı yeni doğulan oğluyla birlikdə burada keçirdi. Səfər şərtləri səbəbilə uzun müddət atasıyla birlikdə ordugahları dolaşan Şahzadə Əhməd 1674-cü ilin noyabrında Ədirnə sarayına gətirildi. 26 may 1675-ci ildə başlayan və 14 gün davam edən möhtəşəm mərasimlə Ədirnə sarayında qardaşı Şahzadə Mustafayla birlikdə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. 1678-ci ildə Çehrin səfəri və 1683-cü ildə İkinci Vyana mühasirəsinə yollanan ordunu atasıyla birlikdə müəyyən yerə qədər müşayiət etdi. İlk təhsilinə 9 avqust 1679-cu ildə keçirilən saray mərasimiylə başlayan Şahzadə Əhməd öncə sultan şeyxi Vani Mehmed Əfəndidən, daha sonra Seyid Feyzullah Əfəndidən dərslər aldı.
II Əhməd
II Əhməd (Osmanlı türkçəsi: أحمد الثاني Ahmed-i sani; 25 fevral 1643, Konstantinopol – 6 fevral 1695, Ədirnə) — 21-ci Osmanlı padşahı və 100-cü İslam xəlifəsidir. == Şahzadəlik dönəmi == I İbrahimin üçüncü oğludur. Anası Xədicə Müəzzəz Sultandır. 1643 tarixində İstanbulda dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca təhsil aldı. Qardaşı Sultan Süleymanın 4 illik dönəmində sarayda qəfəs həyatı yaşadı. 21 iyun 1691 tarixində taxta çıxanda 48 yaşındaydı. Sultan Əhmədin cülus mərasimi zamanı Osmanlı dövləti İkinci Vyana mühasirəsini davam etdirirdi. == Hakimiyyət illəri == Sultan Əhməd taxta çıxdıqdan dərhal sonra Avstriya səfərinə göndərilən Sədrəzəm Fazil Mustafa Paşaya bir fərman göndərərək sədarətdə qaldığını və səfəri davam etdirəcəyi barədə xəbər verdi. Fazil Paşa 20 iyul tarixində divan qərarı olmadan Petervaradin ətrafındakı Avstriya qoşunlarına hücum çəkdi.
Ləzgi Əhməd
Ləzgi Əhməd — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Quruş kəndində anadan olub. == Yaradıcılığı == Ləzgi Əhmədin poeziyası çoxşaxəlidir. Onun "Nəmümkündür" şeiri aşıq poeziyasına aiddir. Orada lirik qəhrəman sevgilinin onun yanına getməməsindən və onunla uzun müddət danışmaq mümkün olmadığından şikayətlənir. Ancaq nə sevgilinin yoxluğu, nə də soyuqluğu onu ümidsizliyə, kədərə sövq etmir. Əsər lirik qəhrəmanın ona qarşı ironik, oynaq münasibətindən ibarətdir: Bir tərlana tor qurmuşam, Tora gəlmir, nəmümkündür. Bərəsində mən durmuşam, Bura gəlmir, nəmümkündür. Köksünü bənzətdim qara, Məmələri xırda nara, Bir sözüm var nazlı yara, Demək olmur, nəmümkündür. Əhməd deyər: zalım qızı, Gah ağ geyir gah qırmızı.
Mail Əhməd
Mikayıl Əhməd
Molla Əhməd
Kəndlər
Muxtar Əhməd
Muxtar Əhməd (Tam adı: Muxtar İsmayıl oğlu Əhmədov; d. 1 noyabr 1948, Puşkin rayonu, Azərbaycan SSR) — şair, publisist, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1948-ci ilin noyabrın 1-də Azərbaycanın Biləsuvar rayonunda anadan olub. Burada 1 saylı şəhər orta məktəbini bitirdikdən sonra 1966-cı ildə rayon Partiya Komitəsində texniki katib vəzifəsində işləyir. 1967-69-cu illər hərbi xidmətdə olan Muxtar Əhməd 1970-75-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində qiyabi təhsil almış, eyni zamanda rayon mədəniyyət evində "Qırmızı Çadır"a müdir təyin olunur. 1970-73-cü illər mədəniyyət evinin metodisti olan şair 1973-83-ci illər ərazində həm də Biləsuvarın Zəhmətabad kənd orta məktəbində və 2 saylı şəhər orta məktəbində müəllim, 1983-1994-cü illər isə 4 saylı şəhər orta məktəbində tədris işləri üzrə direktor müavini olmuşdur. Həmçinin Muxtar bəy 1995-2003-cü illər Biləsuvar rayon təhsil şöbəsində Filmoteka üzrə müdir, inspektor işləmişdir. == Fəaliyyəti == Muxtar Əhməd 2003-2005-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin orqanı - "Məhsul" qəzetinin baş redaktorunun müavini 2005-ci ildən "Region-press" qəzetinin baş redaktoru, 1999-2009-cu illər arasında isə "Biləsuvar töhfələri" ədəbi ictimai birliyinin sədri olmuşdur. Hazırda "Məhsul" qəzetinin baç redaktoru olan şair Azərbaycan Yazıçılar Birliyinin Aran şöbəsi üzrə əlaqələndiricisidir. Respublika Kitabsevərlər Cəmiyyətinin medalına layiq görülmüş Muxtar bəy ədəbi fəaliyyətə tələbəlikn illərində başlamışdır.
Məhəmməd Əhməd
Sudanlı Mehdi, əsl adı Məhəmməd Əhməd İbnüs Seyyid Abdullah (12 avqust 1844[…] – 22 iyun 1885[…], Xartum) — Qırmızı dənizdən Orta Afrikaya qədər uzanan böyük bir İslam dövlətinin və bir əsr boyunca Sudanda təsirini qoruyan Mehdilik hərəkətinin qurucusu. 1881-ci ildə mehdiliyini elan edərək Misir və İngilis müstəmləkə qüvvələrinə qarşı üsyan etmişdir. Günümüzdə hələ də izləyiciləri vardır. == Həyatı == === Gəncliyi === Atası, Nubiyanın Donqola bölgəsində gəmi yapımı işində çalışırdı; Məhəmməd doğulduqdan sonra Xartum yaxınlarındakı Kərari kəndinə daşındılar. Kiçik yaşda dinlə ilgilənən Məhəmməd əgəmən İslami görüşü mənimsəmədi. Qahirədəki Əl-Əzhər Universiteti kimi qurumlarda təhsil alıb, rəsmi hiyərarşi içində görəv almaq yerinə Sudanda qalarak təsəvvüfə yönəldi. Səmmaniyə təriqətinə qatıldı və hakim sinifdən bilinçli olaraq uzaq durdu. Bütün Sudanlı bir dinsəl çevrədə yetişərək gənc yaşda ətrafında çox sayda mürid topladı. 1870-ci ildə müridləriylə, Xartumun 280 km günəyində Ağ Nildəki Əbba adasında bir təkkəyə çəkildi. Dinsəl inanclarına çoşqulu bağlılığı və uzlaşmaz tövrü dünyəvi olmaqla tənqid etdiyi şeyxi ilə çatışmasına yol açdı.
Məlahət Əhməd
Məlahət Əhmədova (13 aprel 1972) — Azərbaycan aktrisası. == Həyatı == Məlahət Əhmədova 13 aprel 1972-ci ildə anadan olmuşdur. 1989-cu ildə Sumqayıt şəhər 4 saylı orta məktəbi bitirmişdir. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinə qəbul olunub , ustad Nəsir Sadıqzadənin yaradıcılıq emalatxanasında "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil alıb.1997-ci ildə universiteti bitirib elə həmin ildən dövlət təyinatı üzrə Şuşa Dövlət Musiqili Dram Teatrına aktrisa kimi işə qəbul olub.Paralel olaraq bir müddət Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin rəhbərliyi altında tamaşalarda rollar ifa edib.Teatrda çalışdığı illərdə bu kimi rollar oynayıb: 1. B.Appayev "Gözəllri necə qaçırırlar" -- Sveta 2. S.Bekket "Addım səsləri" -- Mey 3. F.Mustafa "Ağıllı adam" -- Həkim 4. M.F.Axundov "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah caduküni-məşhur" -- Şərəfnisə 5. N.Hikmət "Bayramın birinci günü" -- Aytən 6. C.Cabbarlı "Aydın" --Böyükxanım 7.
Nazim Əhməd
Nazim Əhmədov (d.27 may, 1958) — aranjimançı, sintezator ifaçısı. Nazim Əhmədov 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Tanınmış aranjimançılarındandır. Müxtəlif illərdə Azərbaycan Konsert Birliyində "Bakının işıqları" və başqa musiqi kollektivlərində çalışmışdır. Sonuncu çalışdığı kollektiv məşhur "Aşıqlar" qrupu olmuşdur. Nazim qrupun aranjimançısı və sintezator ifaçısı olmuşdur. 2005-ci ildə bəstəkar Eldar Mansurovun "Bəhramnamə" proyektində qrupun musiqi rəhbəri olmuşdur.
Qədiməli Əhməd
Ramil Əhməd
Sadiq Əhməd
Sadiq Əhməd (türk. Sadık Ahmet, 7 yanvar 1947, Komotini – 24 iyul 1995, Komotini) — türk əsilli professor, həkim, siyasətçi, Dostluq, Bərabərlik və Sülh Partiyasının qurucusu. == Həyatı == Sadiq Əhməd 1947-ci ildə Komotinin Sikəli kəndində anadan olmuşdur. İbtidai məktəbi burada bitirdikdən sonra orta təhsilini Cəlal Bayar Liseyində tamamlamışdır. Daha sonra Ankara Universitetinin Tip fakültəsinə daxil olan Sadiq Əhməd 1966–1967-ci illərdə burada oxuduqdan sonra Saloniki Univeristetinin Tip fakültəsinə qəbul olmuşdur. Sadiq Əhməd 1974-cü ildə universiteti bitirərək hərbi xidmətə yollanmışdır. O, 1978-ci ildə Qərbi Frakiyaya qayıdaraq cərrah ixtisasına yiyələnmək üçün çalışmış və nəticədə 1984-cü ildə cərrah adını qazanmağa nail olmuşdur. == Fəaliyyəti == Sadiq Əhməd 1984-cü ildə mənsubu olduğu Qərbi Frakiya türklərinin problemləri ilə maraqlanmağa başladı. 1985-ci ildə Qərbi Frakiya türklərinin problemlərini beynəlxalq ictimaiyyətə çatdırılması üçün imza toplamağa başlamış və bu fəaliyyətinə görə 8 avqust 1986-cı ildə həbs edilmişdir. Buna baxmayaraq o artıq 15 mindən çox imza toplamağa nail ola bilmişdi.
Sultan Əhməd
Sultan Əhməd (Salmas) —
Sıravi Əhməd
Sıravi Əhməd — Xədicə Abbasovanın albomundan olan mahnı. Mahnının musiqisi Emin Sabitoğluna, sözləri isə Rüfət Əhmədzadəyə aiddir. Mahnı Vəfa Quluzadənin sifarişi ilə yazılmışdır.
Səhər Əhməd
Əhmədova Səhər İsmayıl qızı (14 may 1972, Şilyan, Kürdəmir rayonu) — şair, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Səhər Əhməd 1972-ci il mayın 14-də Kürdəmir rayonunun Şilyan kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1992-1997). 1998-1999 "Xəzər" jurnalı redaksiyasına rəhbərlik etmişdir. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışmışdır. Hazırda fərdi yaradıcılıqla məşğuldur. Şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, qəzetlərdə və internet dərgilərdə yayımlanmışdır. Kulis.az saytının köşə yazarıdır.
Tacuddin Əhməd
Tacuddin Əhməd (benq. তাজউদ্দীন আহমদ; 23 iyul 1925 – 3 noyabr 1975, Dəkkə) — Banqladeş dövlət xadimi və azadlıq döyüşçüsü idi. Banqladeşin ilk Baş naziri vəzifəsini icra etdi və 1971-ci ildə Banqladeş Qurtuluş Döyüşü zamanı müvəqqəti hökumətinə rəhbərlik etdi. Əhməd, benqal millətçiliyinin müxtəlif siyasi, hərbi və mədəni qüvvələrini birləşdirdiyi müvəqqəti hökumətin rəhbərliyi sayəsində, Banqladeşin azadlığınınən nüfuzlu və vəsilə simalarından biri hesab olunur. Mucibur Rəhmanın yaxın bir işçisi olan Əhməd 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində Avami Liqasının baş katibi idi. O, Liqanın bir hökumət qurmaq üçün tarixi parlament çoxluğunu qazandığı 1970 Pakistan ümumi seçki üçün Liqanın seçki kampaniyasını əlaqələndirdi. Əhməd, Mücib və Doktor Kamal Hüseyn ilə birlikdə prezident Yəhya Xan və Zülfiqar Əli Bhutto ilə hakimiyyətin seçilmiş Milli Məclisə təhvil verilməsi üçün danışıqlara rəhbərlik etdi. == Erkən həyat == Əhməd 23 iyul 1925-ci ildə Qazipurda Kapasiada Maulavi Məhəmməd Yasin Xan və Meherunnesa Xanamda anadan olub Müqəddəs Qriqori Liseyinə getdi. 1944-cü ildə matrisasiya imtahanında 12-ci yerdə idi. 1948-ci ildə Ali Orta Sertifikat İmtahanında 4-cü yerə çıxdı.
Tural Əhməd
Tural Əhməd (9 may 1983, Bakı) — Azərbaycan aktyoru, film səsləndirən, mətn oxuyan, bədii qiraətçi. == Həyatı == Tural Əhməd 1983-cü il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. İlk orta təhsilini 181 saylı məktəbdə almış, daha sonra 151 saylı orta məktəbi bitirmişdir. Aktyorluğa böyük həvəsi olmağına baxmayaq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinə sənədlərini verə bilmir. Jurnalistikanı bitirsə də bir gün belə olsun jurnalist kimi heç yerdə fəaliyyət göstərmir. 2005-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanır və 2006-cı ildə tərxis olunur. 2001-ci ildə Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuş və oranı 2005-ci ildə bitirmişdir. 2008-ci ildə Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin kinoaktyorluq fakültəsinə daxil olmuşdur. Orada Şəfiqə Məmmədova, Ayaz Salayev və digər yerli, xarici mütəxəssislərdən ustad dərsləri alıb. "Həyat varsa", "Sirr", "Son hədd" seriallarında çəkilmişdir və bir neçə filmi səsləndirmişdir.
Vüqar Əhməd
Vüqar Əhməd (tam adı: Vüqar Mikayıl oğlu Əhməd; 17 aprel 1963, Bakı) — şair, ədəbiyyatşünas, alim. == Həyatı == Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olmuşdur. Soykökü Sultan Əhməd xanədanına mənsubdur. Ulu babası doktor Kərbəlayi Mahmud bəy Pirşağıda, babası həm həkim, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar. 1984–1987-ci illərdə Qobustan rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə "Novruz" qəzeti və "Azərbaycan dünyası" nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar Komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2006-cı ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışmışdır. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Mətbuat tarixi və publisitika şöbəsinin müdiridir. 2005–2011-ci illərdə AMİ-nin professoru kimi pedaqoji fəaliyyət göstərmişdir. Rəhbərliyi altında gənc alimlər yetişməkdədir. 1980-ci ildə Bakıdakı M. Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu fərqlənmə diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib.
Yacuddin Əhməd
Yacuddin Əhməd (benq. ইয়াজউদ্দিন আহম্মেদ; 1 fevral 1931 – 10 dekabr 2012, Banqkok) — 5 sentyabr 2002-ci ildən 2009-cu il fevralın 12-dək Banqladeş Prezidenti. == Bioqrafiyası == Dəkkə Universitetinin Torpaqşünaslıq fakültəsini bitirib, ABŞ-də müdafiə edib, Viskonsin ştatının Madison Universitetində. 1973-cü ildən Dəkkə Universitetində dərs deyib, professor və torpaqşünaslıq kafedrasının müdiri, biologiya fakültəsinin dekanı olub; Kornell və Göttingendə qonaq professor kimi dərs demişdir. 1991-ci ildən hökumət müşaviri, müxtəlif komissiyaların sədri. 2002-ci ildə prezident seçkilərində qalib gəldi (yeganə namizəd), Cəmirəddin Sirkarı əvəz etdi . 26 oktyabr 2006-cı ildən 2007-ci il yanvarın 11-dək baş nazirin namizədliyi ilə bağlı parlamentdə fikir ayrılığına görə müvəqqəti hökumətin sədri. 2007-ci il sentyabrın 5-də yeni prezident seçkiləri keçirilməli idi, lakin hərbi idarəetmənin qurulması ilə əlaqədar Əhmədin səlahiyyətlərinin 2008-ci ilin sonunda yeni parlament çağırılana qədər uzadılması qərara alındı. Seçkilər 2009-cu il fevralın 11-də keçirilib. Zillur Rəhman prezident seçilib və növbəti gün and içib.
Şah Əhməd
Şahzadə Əhməd
Şahzadə Əhməd (1466, Amasya ili – 24 aprel 1513, Bursa vilayəti) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == === Uşaqlıq illəri === Şahzadə Əhməd 1466-cı ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Bülbül Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Əhməd 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Çorum sancaqbəyi təyin edildi və anası Bülbül Xatunla, bacılarıyla birlikdə Çoruma yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. === Atasının səltənət illərində === Atasının səltənətinin ilk illərində Amasya sancaqbəyi təyin edildi və ölümünədək bu vəzifədə qaldı. Başda sədrəzəm Xədim Əli Paşa olmaqla, bir çox dövlət adamının dəstəyini qazanmışdı və atasının qeyri-rəsmi varisi olaraq görülürdü.
Hacı Mir Əhməd Mürtəzəvi
Hacı Mir Əhməd Hacı Seyid Mürtəza oğlu Mürtəzəvi (?-?) — İran Məşrutə hərəkatının üzvü. == Həyatı == Hacı Mir Əhməd Hacı Seyid Mürtəza oğlu Mürtəzəvi Təbriz şəhərində anadan olmuşdu. Atası sərraf idi. Hacı Mir Mənaf sərrafın qohumlarındandır. Müzəffərəddin şahın hakimiyyəti dönəmində Tehrana köçdü və dədə-baba sənətləri sərraflıqla məşğul olmağa başladı. Hacı Mir Əhməd Mürtəzəvi birinci İran Milli məclisinə tacirlər tərəfindən vəkil seçildi. Hacı Mir Əhməd Mürtəzəvi Məşrutə hərəkatının fəallarından idi. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Hacı Qaraman Çələbi Əhmədli
Hacı Qaraman çələbi (XVI yüzilin sonu—XVII əsrin əvvəli) — övliya, XVI əsrin sonu, XVII əsrin əvvəli. == Həyatı == Hacı Qaraman Çələbi Türkiyənin Diyarbəkir əyalətində anadan olmuşdur. Əsl adı Əhməd Çələbidir. Mükəmməl mədrəsə təhsili almışdı. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman (Əhməd) Çələbi kəramət sahibi bir şeyx olmuşdur. Onun başqa bir tərıqət şeyxi Üryan Xıdırla söhbət və məqallarının olduğu məlumdur. Əhməd Çələbinin (Hacı Qaraman) Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur. Qəbri Hacı Qaraman ocağı ziyarətgahıdır.
Hacı Əhməd Paşa
Hacı Əhməd Paşa (ö. yanvar 1715) — III Əhməd səltənətində 2 ay 26 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Danışmend, İsmail Hami, (1971) Osmanlı Devlet Erkâni, İstanbul: Türkiye Yayınevi, say.51 Buz, Ayhan (2009) " Osmanlı Sadrazamları", İstanbul: Neden Kitap, ISBN 978-975-254-278-5 Avcı, Casim "Ahmed Paşa (Kalaylıkoz)", (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.1 s.148-149 ISBN 975-08-0072-9 Mehmed Süreyya (haz.
Hacı Əhməd kəndi (Çaypara)
Hacı Əhməd kəndi (fars. حاجي احمدكندي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 345 nəfər yaşayır (75 ailə).
Hacı Əhmədov
Hacı Əhmədov (d. 23.11.1993, Bakı, Azərbaycan) — azərbaycanlı futbolçu, Qarabağ futbol klubunun və Azərbaycan millisinin yarımmüdafiəçisidir.
Hafiz Əhməd Paşa
Müəzzinzadə Hafiz Əhməd Paşa (1564, Plovdiv – 10 fevral 1632, Konstantinopol) — IV Muradın Kösəm Sultan tərəfindən idarə olunduğu dönəmlərdə 2 dəfə — ümumilikdə 2 il 1 ay 20 gün müddətinə Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. İkinci sədarət dönəmində ayaqlanan qapıqulu əsgərləri tərəfindən sultanın gözləri önündə linç edilmiş, bu hadisə IV Muradın real hakimiyyəti ələ almasında böyük rol oynamışdır. == İlk illəri == Türk əsilli olub, plovdivli bir müəzzinin oğludur. Əndərunda təhsil almışdır. Bir müddət hasodada (sultanın yaşadığı otaqda) xidmət göstərdikdən sonra I Əhməd dönəmində mühasib oldu. Daha sonra şahinçi olan Hafiz Əhməd 1608-ci ilin əvvəllərində kaptan-ı dərya olaraq saraydan ayrıldı. Ancaq həmin il Anadoluda baş verən Cəlali üsyanını yatıran sədrəzəm Quyucu Murad Paşa səfərdən geri döndü və öz adamı olan Kürəkən Xəlil Paşanı kaptan-ı dərya təyin etdi. Hafiz Paşa isə Şam bəylərbəyi olaraq 7 illik sürgünə yollandı. Daha sonra Van, Ərzurum, Bağdad və Anadolu bəylərbəyliklərinə təyin edildi. 1622-ci ildə II Osmanın qətlindən bir müddət öncə Diyarbəkir bəylərbəyi seçildi.
Herseqli Əhməd Paşa
Herseqli Əhməd Paşa (23 dekabr 1455, Herseq Novi, Bosniya Krallığı – 21 iyul 1517, Qəhrəmanmaraş, Zülqədəroğulları bəyliyi) — II Bəyazid və Yavuz Sultan Səlim səltənətlərində sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == 1455-ci ildə Herseq Novidə dünyaya gəldi. Əsl adı Stjepa olub, sonuncu Bosniya kralı Stefan Tomasoviçin ən kiçik oğludur. Fateh Sultan Mehmedin Bosniyanı fəth etməsinin ardından atası Osmanlı təbəəliyini qəbul etmiş, o əsnada 8 yaşında olan Stjepa əsir olaraq Osmanlı sarayına göndərilmişdi. Ancaq 3 il sonra atası vəfat etmiş, qardaşları Vladislav və Vlatko arasındakı taxt mübarizəsinin ardından Herseqovina bölgəsi tamamilə Osmanlıların əlinə keçmişdir. Bu səbəblə, artıq siyasi mövqeyini itirən Stjepan saray xidmətinə alındı. Adı Əhməd olaraq dəyişdirildi və ailəsinin məmləkəti Herseqovinaya nisbətlə Herseqli olaraq anılmağa başlandı. Onunla eyni dönəmdə yaşayan tarixçi Kamalpaşazadə isə Herseqlinin saray alınmasını başqa formada təsvir edir. Onun yazdığına görə, Fateh Sultan Mehmed Herseqovinanı ələ keçirdiyi əsnada kral Stefan və böyük oğlu qaçmış, Dubrovnikdə qalan kiçik oğlu Stjepan isə Osmanlılar tərəfindən ələ keçirilərək saraya göndərilmişdir. Fateh Sultan Mehmedin etibarını qazanan Herseqli Əhməd sarayda müxtəlif vəzifələrdə xidmət edərək miraləmliyə qədər yüksəldi.
Hezarfən Əhməd Çələbi
Hezarfən Əhməd Çələbi (osman. هزارفنّ أحمد چلبی; 1609, Konstantinopol – 1640, Əlcəzair) — XVII əsrdə Osmanlı imperiyasında yaşadığı güman edilən müsəlman türk alimi. == Ümumi məlumat == Hezarfən Əhməd Çələbinin düzəltdiyi qanadlarla Abbas ibn Firnasdan sonra uçmağı bacaran ilk insan olduğu deyilsə də, onun haqqında yeganə məlumat Səyahətnamədə var. 1623–1640-cı illər arasında IV Sultan Muradın hakimiyyəti dövründə uçma konstruksiyasını reallaşdırdığı üçün, həmçinin dərin elminə görə xalq arasında Hezarfən olaraq adlandırıldığı deyilir. Hezar fars mənşəli söz olub, 1000 deməkdir. Hezarfən isə "elmli", yəni "çox şeyi bilən adam" mənasını verir. Hezarfən Əhməd Çələbinin uçmaqla bağlı çalışmalarında Leonardo Da Vinçidən çox əvvəl bu mövzuda sınaqlar aparan, 10-cu əsrdə yaşamış müsəlman türk alimlərindən biri olan İsmayıl Cövhəridən ilhamlandığı deyilir. Cövhərinin əldə etdiyi nəticələri araşdıran və öyrənən Çələbi quşların uçuşunu tədqiq edərək tarixi uçuşundan əvvəl hazırladığı qanatların möhkəmliliyini ölçmək üçün Ox meydanında sınaqlar apardığı güman olunur.1632-ci il küləkli havada Qalata qülləsindən quş qanadlarına bənzəyən bir vasitə ilə özünü boşluğa buraxan və uçaraq Bosforu keçib 3358 metr kənarda Üsküdarda Doğancılara eniş etdiyi güman edilən Hezarfən Əhməd Çələbi türk aviasiya tarixinin ən diqqət çəkən adamlarından biridir. Bu uçuş haqqında sənədlər indiyə qədər sadəcə Övliya Çələbinin Səyahətnaməsində yer alır.
Hümeyir Əhmədov
Hümeyir Əhmədov (tam adı: Əhmədov Hümeyir Hüseyn oğlu; 14 avqust 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqogika üzrə elmlər doktoru, professor, RF Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasnın Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi-pedaqoji kadr hazlığı şöbəsinin müdiri. == Həyatı == Hümeyir Əhmədov 14 avqust 1958-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli orta məktəbin I sinfinə getmiş və 1975-ci ildə 246 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdur. İnstitutda ali təhsil almaqla yanaşı 1976-cı ildə Zaqafqaziya komsomol məktəbini «əla» qiymətlə bitirmiş, 1976-1977-ci illərdə institutda fəaliyyət göstərən ictimai peşələr fakültəsinin jurnalistika şöbəsinin dinləyicisi olmuş, 1979-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, təyinatla Xaçmaz stansiyası 45 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. == Fəaliyyəti == 1979-1981-ci illərdə hərbi xidmətini yerinə yetirmiş, tərxis edildikdən sonra əmək fəaliyyətini Saatlı stansiyasında 33 nömrəli dəmir yolu orta məktəbində riyaziy­yat, fizika və əmək müəllimi kimi davam etdirmişdir. 1983-cü ildə C.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbdə tərbiyəçi-müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. 1984-cü ildən A.S.Makarenko adına 12 nömrəli rus dili təmayüllü internat məktəbində riyaziyyat müəllimi işləyən Hümeyir Əhmədovun elmə olan marağı onu 1984-cü ilin payızında Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna gətirmişdir. Ə.A.Ağayevin rəhbərliyi ilə pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində əyani aspirant kimi təhsilini müvəffəqiyyətlə başa vuraraq, 1988-ci ilin yayında “Azərbaycan SSR-də hamılıqla ümumi orta təhsilə keçilməsinə hazırlıq və onun həyata keçirilməsi” (1961-1977-ci illər) mövzusunda 13.00.01- pedaqogika nəzəriy­yəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ilin noyabrında institutun pedaqogika nəzəriyyəsi və tarixi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunmuş, 1989-cu ilin aprelindən isə böyük elmi işçi vəzifəsinə seçilmişdir. 1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən böyük elmi işçi attestatı almışdır.
Hüseyn Əhmədov
Hüseyn Əhmədov (alim) — Azərbaycan pedaqoq alimi, pedaqoji elmləri doktoru (1972), professor, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, "SSRİ Maarif əlaçısı", "Azərbaycan Respublikasının əməkdar ali məktəb işçisi", "Azərbaycan SSR qabaqcıl maarif xadimi", Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, əmək və müharibə veteranı. Hüseyn Əhmədov (heykəltaraş) — Azərbaycan heykəltaraşı. Hüseyn Əhmədov (dövlət katibi) — Çeçenistanın İçkeriya Respublikasının dövlət katibi.
Hüseyn Əhmədov (alim)
Hüseyn Əhmədov (tam adı: Hüseyn Mustafa oğlu Əhmədov; 17 iyul 1926, Toxluca, Yeni Bəyazid qəzası – 4 aprel 2020, Bakı) — Azərbaycan pedaqoq alimi, pedaqoji elmləri doktoru (1972), professor, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, "SSRİ Maarif əlaçısı", "Azərbaycan Respublikasının əməkdar ali məktəb işçisi", "Azərbaycan SSR qabaqcıl maarif xadimi", Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, əmək və müharibə veteranı. == Həyatı == Hüseyn Əhmədov 17 iyul 1926-cı ildə Ermənistan SSR-in Dilican qəzasının Toxluca kəndində rəncbər ailəsində anadan olmuşdur. Uşaq yaşlarından müharibənin törətdiyi aclıq və səfalət illəridə öz üzərində əzmkarlıqla çalışan və müəllimliyə böyük həvəs göstərən Hüseynə IX sinfi bitirdikdən sonra oxuduğu məktəbin ibtidai siniflərində dərs demək tapşırılır. Bu İkinci dünya müharibəsinin ən qızğın vaxtları idi. Atası Mustafa kişi müharibənin ilk vaxtlarında dünyasını dəyişmişdi. Üç il ərzində praktik yolla ilkin müəllimlik təcrübəsi toplamış Hüseyn Kirovabad (indiki Gəncə) şəhərindəki K.Setkin adına Pedaqoji Texnikumun III kursuna daxil olur. 1947-ci ildə texnikumu "əla" qiymətlərlə bitirərək H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) daxil olur və 1951-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırır. Hüseynin bacarığına bələd olan rektorluq onu institutda saxlayır. Gənc Hüseyn bununla da kifayətlənmir, onda alim olmaq meyili yaranır. 1952-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) aspiranturasına daxil olan Hüseyn Əhmədov Zaqafqaziyada pedaqogika üzrə ilk alimlik dərəcəsi almış Əhməd Seyidov, yaradıcı pedaqoq Mehdi Mehdizadə, Mərdan Muradxanov və başqa görkəmli alimlərin fəaliyyət göstərdikləri kafedrada – əlverişli elm aləmində az vaxt içərisində çox şey öyrənir.
Hüseyn Əhmədov (dövlət katibi)
Əhmədov Hüseyn Səidəliyeviç (1950) — Çeçenistan siyasətçisi. Çeçen-İnquş SSR Müvəqqəti Ali Şurasının sədri (1991), tanınmamış Çeçenistan İçkeriya Respublikası Parlamentinin sədri (1991–1993), İçkeriya Çeçen Respublikasının dövlət katibi (1999—?) vəzifələrində çalışmışdır. == Bioqrafiya == 1950-ci ildə Qazaxıstan SSR -də anadan olub. Çeçen-İnquş Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Çeçen-İnquş Tədqiqat Tarix, İqtisadiyyat, Sosiologiya və Filologiya İnstitutunda elmi işçi kimi çalışmışdır. 19-cu əsrin sonlarında Çeçen-İnquşetiya tarixini öyrənmişdir. "Çeçen-İnquşetiyanın Rusiyaya könüllü daxil olması" rəsmi konsepsiyasını tənqid etdiyi üçün 1985-ci ilin əvvəlində institutdan ayrılmalı və Calka kəndində müəllim işləməli idi. 1990-cı ilin martında Çeçen-İnquş ASSR Ali Sovetinə seçildi. Qida və Mallar üzrə Fövqəladə Komissiyanın üzvü təyin edildi. "Könüllü giriş" anlayışını nəzərdən keçirən komissiyanın üzvü idi.
Hüseyn Əhmədov (heykəltəraş)
Hüsniyyə Əhmədova
Mürvətova Hüsniyyə Vaqif qızı (1 iyun 1971, Siyəzən) — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Hüsniyyə Mürvətova Sumqayıt şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlamışdır. 1990-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1994–1997-ci illərdə "İlham" miniatür teatrında çalışmışdır. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Dram Teatrı Dərs (Rafiq Səməndərov) — Sevda Şah İsmayıl Ölülər Dünyaxanım ev axtarır Bakı Bələdiyyə Teatrı O. Altunbayın "Tomris (O. Altunbay) — Tomris Nadir şah (Nəriman Nərimanov) — Gülcahan Vətənə igidlər gərəkdir (R. İçərişəhərli) — Əsmər Dəli Domrul (A. Məmmədov) — Banı Ağ və qara (H. Fətullayev) — qız İnsan və iblis (Ə. Pəhləvan) — Şükriyyə Elektra (Sofokl) — Elektra Xəyanətin müsibəti (İ. Kərimov) — Ümmi İshaq Dönüş (C. Cabbarlı) — Gülsabah Türk sancağı (A. Qurbani) — Yasəmən İblis (H. Cavid) — İblis Şanl Vətən. Jurnalist Nəsimi -Fatma Sən Qayıdacaqsan. Qadın Çingiz Aytmatov,, Ana tarla,, Tolqonay Elcin Əfəndiyev,, Şekspir,, Sara Bernar == Filmoqrafiya == Ünvansız qız (teleserial, 1992) Mənim ağ şəhərim (film, 1993) Anamın kitabı (film, 1994) Muğam (film, 1995) Mənim taleyim (teleserial, 1996) Qırmızı qar (film, 1998) Yanmış körpülər (film, 2007) Qızlar (teleserial, 2007) Daş atan (film, 2009) Susmuş vicdan (film, 2010) Aramızda qalsın (teleserial, 2011) Salamat qal ağca yol (film, 2012) Boyunbağı (teleserial, 2014) İkinci güllə (film, 2017) Qaragōz (film, 2018) Qorxaq (film, 2018) Qara yazı (teleserial, 2019) Məhəbbətə məğlub (teleserial, 2019) Məhkumlar (film, 2007) — Leyla (obrazı səsləndirən) (aktrisa Sevinc Əliyeva) Zəhər Tuluqu 2022 Flora 2020 Qütb ulduzu.2023 ƏRİK ACISI. Serial(Məleykə) Rusiya istehsalı.
Hüsniyyə Əhmədova (aktrisa)
Hüsniyyə Əhmədova (tam adı: Hüsniyyə Abid qızı Əhmədova; 26 oktyabr 1971) — Azərbaycan aktrisası. == Həyatı == Hüsniyyə Əhmədova 1971-ci il oktyabr ayının 26-da Azərbaycan Respublikası Astara rayonunda doğulub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 2002-ci il martın 1-dən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Çəkildiyi filmlər == 1. Nigar - («Yeddi məhbusə», Ə.Əmirli) 2. Keti - («Tədbirə qarşı tədbir», V.Şekspir) 3. Ellada - («İntihar», V.Səmədoğlu) 4. Ana - («Vicdanın hökmü», H.Mirələmov) 5.
Həmzə Əhmədoğlu
Həmzə Əhmədoğlu (29 may 1939, Bakı – 27 yanvar 2008) — Azərbaycan operatoru, aktyor. == Həyatı == Həmzə Əhmədoğlu 29 may 1939-cu ildə Bakıda anadan olub. Odessa Kinematoqrafiya İnstitutunu bitirib (1960). Əməkdar mədəniyyət işçisi (2007) idi. Həmzə Əhmədoğlu 2008-ci ildə vəfat edib. == Filmoqrafiya == Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Asif, Vasif, Ağasif (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Bağ mövsümü (film, 1985) Bəyin oğurlanması (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Dədə Qorqud (film, 1975) Dəvətnamə (film, 1989) Dörd bazar günü (film, 1975) Əlavə iz (film, 1981) Ərazi (film, 2005) Evlənmək istəyirəm (film, 1983) Fransa qəhrəmanı (film, 1975) Gözlə məni (film, 1980) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qəzəlxan (film, 1991) Qızıl balıqlar (film, 1975) Mahnı qanadlarında (film, 1972) Mənim ağ şəhərim (film, 1993) Möcüzələr adası (film, 1963) Nəsimi (film, 1971) Nəsimi (film, 1973) Ömrün ilk saatı (film, 1973) Pəncərə (film, 1991) Pirverdinin xoruzu (film, 1987) Prokuror (film, 2008) Respublikam haqqında həqiqət (film, 1972) Sevil (film, 1970) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Şir evdən getdi (film, 1977) Tənha narın nağılı (film, 1984) Torpaq. Dəniz. Od.
I Sultan Əhməd xan
I Sultan Əhməd xan (qazaxca Alaca xan, Oyratca Olaca xan "Qatil xan"; 1465, Moğolustan – 1504, Aksu) — Şərqi və Mərkəzi Moğolustanın hakimi, Yunus xanın oğlu. == Həyatı == Sultan Əhməd xan Yunus xan oğlu 1465-ci ildə anadan olmuşdu. 1485-ci ildə Moğolustan çöllərinə gedərək 10 il Kalmak-oyratlarla, özbək-qazaxlarla döyüşə-döyüşə Şərqi və Mərkəzi Moğolustanı və Turfan dairəsini özünə tabe etdi. I Sultan Əhməd xan 1502-1503-cü illərdə qardaşı I Sultan Mahmud xanla bərabər Məhəmməd Şeybani xana qarşı döyüşə yollandı. Öz yurdunu böyük oğlu Mənsur xana verdi. Son döyüşdə Çuçi nəslindən olan Özbək xanına əsir düşdü, lakin tezliklə azad edildi. I Sultan Əhməd xan 1504-cü ildə iflicdən vəfat etdi. == Ailəsi == Qızları:Məhim xanım — ikinci qızı, Adık sultan Qazaxın oğlu Buydaş sultanın arvadı. Sultan Məhəmməd Baburun dayısıdır. == Ədəbiyyat == Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология.
I Əhməd xan
Əhməd bin Əli xan Qaraxani — Qaraxanilər dövlətinin xaqanı. 999. ildə qardaşı Nəsr bin Əli xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Abbasi xəlifəsi tərəfindən hakimiyyəti tanınan ilk Qaraxani xaqanıdır.
I Əhməd xan (Qaraxani)
Əhməd bin Əli xan Qaraxani — Qaraxanilər dövlətinin xaqanı. 999. ildə qardaşı Nəsr bin Əli xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Abbasi xəlifəsi tərəfindən hakimiyyəti tanınan ilk Qaraxani xaqanıdır.
Kamal Əhmədov
Kamal Əhmədov (bəstəkar)
Kamal Əhmədov (bəstəkar)
Kamal Əhmədov (5 avqust 1948, Naxçıvan) — bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013), Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin bəstəkarlıq kafedrasının müdiri. == Həyatı == Kamal Əhmədov 1948-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Tar ixtisası üzrə ibtidai musiqi təhsilini Naxçıvan şəhər uşaq musiqi məktəbində, orta musiqi təhsilini isə Bakı şəhərində A. Zeynallı adına Musiqi Texnikumunda almışdır. Texnikumda oxuduğu illərdə polifoniya, harmoniya, analiz və s. musiqi elmlərinə yiyələnmiş, dünya musiqisi ilə tanış olmuşdur. Muğam sənətinin sirlərini muğam bilicisi, ustad Əhməd Bakıxanovdan öyrənmişdir. Bu illərdə Kamal Rüstəm oğlunda bəstəkarlıq sənətinə maraq yaranmışdır. Piano üçün yazdığı kiçik pyes və prelüdlər onun ilk yaradıcılıq məhsuludur 1973-cü ildə A. Zeynallı adına musiqi texnikumunun xalq çalğı şöbəsinin tar sinfini bitirmiş, işləmək üçün təyinatını Ordubad musiqi məktəbinə almışdır. K. Rüstəm oğlu musiqi məktəbində Xalq Çalğı Alətləri Orkestri təşkil etmişdir. Ordubadda ilk Xalq Çalğı Alətləri Orkestri sayılan bu kollektivin konsertləri dəfələrlə Naxçıvan televiziyası ile göstərilmiş, bir çox konsert salonlarında nümunəvi çıxışları olmuşdur.
Kamal Əhmədov (rəssam)
Kamal Əhməd oğlu Əhmədov (28 fevral 1940, Bakı – 29 noyabr 1994, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992). == Həyatı == Kamal Əhmədov 1940-cı ildə fevralın 28-də Bakıda, İçərişəhərdə anadan olmuşdur. İnşaatçı-mühəndis olan atasının işi ilə əlaqədar Qarabağa – Ağdama köçürlər. Atası Kamalı Əhmədovu ona yaxşı təhsil verəcək, istedadını inkişaf etdirə biləcək peşəkar pedaqoqların çalışdığı uşaq evinə verilməsini təkidlə xahiş edir. Uşaq evi kollektivinin Səməd Vurğunla görüşündə Ə. Kamalın onun şeirlərini ifadəli, şövqlə söyləməsi şairin diqqətini cəlb etmişdir. O, məktəbli ikən rəsm dərnəyinə gedir, 1964-cü ildə isə akademik təhsil sistemini inkar edən ifrat fərdiyyətçi, üsyankar xasiyyəti ilə ad çıxarmış bu gənc Ə. Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirir. Onun müəllimlərindən biri Moskvada rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəngkar Vəcihə Səmədova idi. Rəngkarlıqda realist ənənələrinin, akademik normaların prinsipial tərəfdarı olmasına baxmayaraq, Vəcihə xanım Kamalın işlərini çox bəyənir və ona kömək etməyə çalışır. Sovet rəhbərlərinin portretlərini çəkmək istəmədiyi üçün gənc rəssam təhsilini böyük çətinliklə başa vurur. === Ailəsi === Bir müddət sonra rəssamın anası yatalaq xəstəliyindən vəfat edir, bundan yarım il sonra isə atası da dünyadan köçür.
Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi
Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi (15 may 1469, Ədirnə – 16 aprel 1534, İstanbul) — Osmanlı tarixçisi, alimi və şeyxülislamı. == Həyatı == 15 may 1469 tarixində Ədirnədə dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəmsəddindir. Şahzadə Bəyazidin (gələcəyin II Bəyazidi) lələsi olan böyük babası Kamal Paşa səbəbilə bir çox qaynaqlarda Kamalpaşazadə vəya İbn-i Kamal olaraq qeyd olunur. İstanbulun fəthində iştirak edən atası Süleyman Çələbi 1474-cü ildə Amasiya, 1478-ci ildə isə Tokat hakimi təyin olundu. Anası isə II Mehmed dönəminin qazılarından Muhiddin Mehmed Əfəndinin qızı idi. Quran-i Kərimi əzbərlədikdən sonra Amasiya üləmasından ərəb dili və ədəbiyyatı, fars dili və məntiq öyrənən Kamalpaşazadə əvvəlcə hərbi təhsil almağa başladı. Sipahi əsgəri olaraq II Bəyazidin səfərlərinə qatılmışdır. Ancaq daha sonra üləma olmağa qərar verən Kamalpaşazadə əvvəlcə Ədirnədə Molla Lütfidən dərslər almağa başladı. Ardından dövrün önəmli alimlərinin hamiliyini qəbul edən Kamalpaşazadə qısa müddət sonra təhsilini başa vurdu.

Значение слова в других словарях