ƏLİFİYYƏ
ƏLİL
OBASTAN VİKİ
Araz Əliquliyev
Araz Əliquliyev (2 avqust 1962, Bakı) — tibb elmləri doktoru, professor. == Həyatı == Araz Ramiz oğlu Əliquliyev ziyalı ailəsində anadan olmuşdur. O, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Araz Əliquliyev 1985-ci ildə Respublika Narkoloji Dispanserinin baş həkimi təyin edilmişdir. 2000-ci ildə Baş narkoloq təyin edilmişdir. calışdığı dövurdə Qlobal fondun, BMT-in İnkişaf Proqramı, ÜST-ün layihələrin icracısı olmuşdur. Narkoloji xidmətin təkmilləşdirilməsi üçün qanunvericiliq təşəbüsləri ilə cixiş etmişdir. "narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi haqqında" və "Narkoloji xidmət və nəzarət haqqında" qanunların hazırlanmasında bilavasitə iştirak etmiş, Nazirlər Kabinetinin 30 yaxın qərar layihəsinin müəlifi olmuşdur. Narkotik istifadəciləri üçün yeni müalicə üsulların, zərərin azadılması proqramların Azərbaycanda tədbiq edilməsinin təşəbrıdır. 2007—2012-ci illər ərzində Vitaline özəl narkoloji klinikanın təsiscisi olmuş.
Elxan Əliquluzadə
Feyzulla Əliquluzadə
[mənbə göstərin] Feyzulla Əliquluzadə — Azərbaycan şairi, "Azərbaycan" qəzetinin ilk naşiri və redaktoru. == Həyatı == 1891-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Daha sonra Şuşa Real məktəbi bitirib. Bir müddət müəllimliklə məşğul olub. Rusiya İmperiyası dağıldıqdan sonra, ilk "Azərbaycan" adlı qəzetin naşiri və redaktoru olmuşdur.
Hacı Mirzə Əliqulu Yusifzadə
Hacı Mirzə Əliqulu Yusifzadə - (1808-?), xəttat, həkim, şair, alim. == Həyatı == Əliqulu Kərbəlayı Yusif oğlu 1808-ci ildə Şuşa şəhərində dоğulmuşdu. Ilk təhsilini atasından almışdı. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə "Riyazül-aşiqin" adlı əsərində yazır: "Bu alimü amilü fəqihi-kamil təvəllüd еdibdir Şuşada və əvayili-sinnində tərbiyə tapıb əbəvisi Mirzə Yusif məhrumun və şəhərinin sair ülamalarının hüzurunda, sоnra ikilli təhsil üçün ətəbati-aliyyata müşərrəf оlub. Sеyidi Cəlil və aləmi-Nəbil cənab Hacı Sеyid Kazım Rəşti əl-allah məqamının hüzuri-pürnurlarında təhsilini tamama yеtirəndən sоnra vətəni-əslisi оlan Şuşa şəhərinə müraciət buyurub, əhkami-dini-nübin sеyid əl-Mürsəlin səməlla əlеyhə və məhunun pişrəftandə və çəhərdəh məsumun fəzayil və məqaqibini kəşf еtməkdə хadimi-şəriəti-qurra оlub fəzayili-ali Məhəmməd əlеyüsəlamda nеçə cild kitablar ərəb və fars dilində təsnif buyurub". Mirzə Əliqulu böyük alim və şair idi. Şərq dillərinin əksəriyyətini bilirdi və bu dillərdə sərbəst yazılar ərsəyə gətirirdi. Qasım bəy Zakir Şuşa qazısı Mirzə Əbdülqasım bəy Kəbirliyə bir nеçə həcv yazıb. Özünü böyük alim Hacı Mirzə Əliquludan yüksək tutan qazını qamçılayırdı. Kimdi yanında оnun Əliqulu Əbdürrəhim, Kühi-Əlbürsü yıхar çün tохunan dəm qazı… Hacı Mirzə Əliqulu Yusifzadənin şеirləri ərəb dilində оlduğundan yazımızda vеrməyi gərəkli bilmədik.
Hacı Əliqulu xan Hidayət
Hacı Əliqulu xan Mirzə Rzaqulu xan oğlu Hidayət və ya Müxbirəddövlə (1829, Şiraz – 1897, Tehran) — İranın Poçt və Teleqtaf naziri. == Həyatı == Hacı Əliqulu xan Mirzə Rzaqulu xan oğlu 1829-cu yldə Tehran şəhərində anadan olmuşdu. Təhsilini atasından almışdı. Qacarlar dövlətində Poçt və Teleqtaf naziri olmuşdu.
II Əliqulu xan Şamlı
II Əliqulu xan Şamlı — Səfəvi dövlətinin hərbi-siyasi rəhbəri, Məruçak hökmdarı, şair. == Həyatı == Əliqulu xan Həsən xan Şamlının oğullarından idi. Məhəmməd Tahir Nəsrabadi onu mahir döyüşçü və idarəçi kimi təsvir edir. Meruçakın hökmdarı olan Əliqulu xan özbəkləri itaətdə saxlamış və bu səbəbdən də o, II Şah Abbasla yaxşı münasibətdə olmuşdur. Əliqulu xan şairlərin himayədarı idi və özü də "Əzəm" təxəllüsü ilə yazan şair idi. Tahir Nəsrabadi qeyd edir ki, o, Əliqulu xanın təxminən iki min beytdən ibarət divanını görüb.
I Əliqulu mirzə Qovanlı-Qacar
I Əliqulu mirzə Fətəli şаh оğlu Qovanlı-Qacar (7 dekabr 1822-14 dekabr 1880) — İran şahzadəsi, maarif naziri. == Həyatı == Əliqulu mirzə Fətəli şаh оğlu (аnаsı Gülpirхаn хаnım gürcü) 7 dekabr 1822-ci ildə Tehran şəhərində аnаdаn оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Etizadəssəltənə ləqəbi daşıyırdı.Nasirəddin şahın dövründə İranın maarif naziri olmuşdu. Bir neçə elmi-tədris kitabının müəllifidir. Əliqulu mirzə 14 dekabr 1880-ci ildə vəfat edib. == Ailəsi == Əliqulu mirzə Fəxricahan xanım Avşarla, Tacmah xanım və Mahsultan xanımla ailə qurmuşdu. Abbasqulu mirzə adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Mirzə Əliqulu xan Gərmərudi
Mirzə Əliqulu xan Mirzə Həsən xan oğlu Gərmərudi (10 fevral 1875, Tehran – 1938, Tehran) — diplomat. == Həyatı == Mirzə Əliqulu xan Mirzə Həsən xan oğlu Sərab vilayətinin Gərmərud mahalının İşıqlı kəndində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətinin tanınmış şəxsiyyətlərindəndir. Müşavirülməməlik ləqəbini daşıyırdı. Mirzə Əliqulu xan Gərmərudinin atası Mirzə Həsən xan İranın Xarici İşlər naziriliyində çalışmışdı. Onun soyu Xacə Abdulla Ənsariyə çatır. Mirzə Əbdürrəhim Gərmərudinin nəticəsidir. Mirzə Əliqulu xan Gərmərudi İranın Xarici İşlər Nazirliyində işləməyə başlamışdı. 1896-cı ildə səfir kimi Rusiyaya yollanmışdı.
Molla Əliqulu Vaqif
Molla Əliqulu Vaqif (?-?)—XVI əsr Azərbaycan şairi. == Həyatı == Molla Əliqulu Vaqif Xalxalda doğulmuşdur. Molla Nəsrulla Vaqifin bacısı oğludur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Təbrizə yollanmışdı. Orada müxtəlif alimlərin yanında təhsilini artırmışdı. Molla Əliqulu Vaqifin divanı qalıb.
Münəvvər Əliqızı
Münəvvər Əliqızı Tapdıqova — yazıçı, "Qızıl qələm" mükafatı laureatı == Həyatı == Münəvvər Əliqızı 27 yanvar 2012-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şairə Zərəngiz Dəmirçi Qayalının 50 illik yubiley tədbiri keçirilən zaman vəfat edib. == Yaradıcılığı == Munəvvər xanım 4 kitab müəllifidir: "Baba Yadigarı", "Bayatılar", "Sevginin ölçüsü yoxdur", "Günəş-Ananur". "Sevginin ölçüsü yoxdur" kitabına görə Xan qızı Natəvan mükafatına, "Bayatılar" kitabına görə isə "Qızıl Qələm" Media mükafatına layiq görülüb. == Kitabları == "Baba Yadigarı", "Bayatılar", "Sevginin ölçüsü yoxdur", "Günəş-Ananur" == Həmçinin bax == Münəvvər Əliqızı şair İlyas Tapdıqın həyat yoldaşıdır. Münəvvər Əliqızı Azərbaycanın Əməkdar artisti Şəbnəm Tapdıqın anasıdır.
Rasim Əliquliyev
Rasim Məhəmməd oğlu Əliquliyev (20 yanvar 1958, Bərdə rayonu) — texnika elmləri doktoru, professor, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru. == Həyatı == Rasim Məhəmməd oğlu Əliquliyev 20 yanvar 1958-ci ildə Azərbaycan Respublikası Bərdə rayonunda anadan olmuşdur. 1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Elektron hesablayıcı maşınları” ixtisası üzrə bitirmişdir. 1983–1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) "avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisası üzrə aspiranturada təhsil аlmışdır. 1979–1986-cı illərdə AEA Kibernetika İnstitutunda mühəndis, böyük mühəndis, komsomol katibi vəzifələrində çalışmışdır. 1986-cı ildə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) Şöbəsinə köçürülmüşdür. 1986-1997-ci illərdə AEA AİS Şöbəsində (1997-ci ildə AİS Şöbəsinin bazasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi – İTEM təşkil olunmuşdur) böyük mühəndis, aparıcı mühəndis, “Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi” layihəsinin baş mühəndisi, 1997-ci ildən İTEM-in baş mühəndisi-direktor müavini vəzifələrində işləmişdir. 2002-ci ildən İnformasiya Texnologiyaları İnstitutunun (institut 2002-ci ildə İTEM-in bazasında yaradılmışdır) direktorudur. 2013-2019-cu illərdə AMEA-nın akademik-katibi işləmişdir. 2019-cu ildə AMEA-nın vitse-prezidenti seçilmişdir.
Əliqulu Uşağı
Əliquluuşağı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Əliquluuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Əliquluuşağı kəndi Məlikəhmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əliquluuşağı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Keçmiş adı Qarabaşlı olmuşdur. Kənd əvvəllər bir qədər aralıda yerləşirdi. Sonralar Qarabaşlı kəndindən Aliquluuşağı nəslinə mənsub ailələr indiki ərazidə kəndin bünövrəsini qoymuşlar. Kənd həmin nəslin adını daşıyır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 118 evdə 222 tatar (sonralar azərbaycanlı) yaşayırdı.
Əliqulu mirzə Qovanlı-Qacar
Əliqulu mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (d. 2 may 1854, Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası - ö. 1905, Çita, Zabaykalski vilayəti, Rusiya imperiyası) — Qacar sülaləsinə mənsub olan şahzadə, Abbas Mirzənin nəvəsi, Bəhmən Mirzənin oğlu. Rusiya İmperator Ordusunda hərbi komandan olmuş, polkovnik-leytenant rütbəsində xidmət etmişdir. Bəhməni ailəsinin üzvü olan Əliqulu Mirzə Qacar Rus-Yapon müharibəsi zamanı aldığı yaradan xəstəxanada vəfat etmişdir. == Həyatının erkən dövrü == Əliqulu Mirzə 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Atası Bəhmən Mirzə Qacar, anası isə atasının beşinci arvadı Kiçik Bərdə Xanım olmuşdur. Əliqulu Mirzə ailənin 13-cü oğlan övladıdır. O, Şuşada ailə evində böyümüş, bir müddət keçdikdən sonra isə Tiflis Kadet Korpusuna hərbi təhsil almağa göndərilmişdir. Tiflis Kadet Korpusunu bitirdikdən sonra, 24 mart 1875-ci ildə hərbi xidmətə başlamış və Qafqaz ordusuna daxil olan hərbi birliyə süvari kimi təyinat almışdır.
Əliqulu xan
Əliqulu xan — Kişi adı.
Əliqulu xan (Bican bəy Saakadzenin oğlu)
Əliqulu xan (vəfatı 1667) — Səfəvi məmuru, qulam və ardıcıl üç Səfəvi şahı olan I Şah Səfi (1629-1642), II Şah Abbas (1642-1666) və Şah Süleyman Səfəvinin (1666-1694) dövründə xidmət etmiş gürcü mənşəli yüksək dərəcəli hərbi komandir. Saakadze nəslinin nümayəndəsi olan Bican bəy Saakadzenin oğlu, Rüstəm xan (vəfatı 1644) və İsa xanın (vəfatı 1654) qardaşı idi. Əlli il sürən "əlamətdar karyerası" ilə tanınan Əliqulu bəy gələcəkdə xan, kansler / baş ədliyyə (divanbəyi), baş komandan (sepahsalar) və Təbriz bəylərbəyliyinin bəylərbəyi kimi yüksək vəzifələri tutdu. 1654-cü ildə Əliqulu xan o zamankı şah II Abbasın lehinə dəstək oldu. Babası I Şah Abbasdan (1588-1629) sonra ən bacarıqlı Səfəvi hökmdarı olduğu bilinən II Abbas Səfinin hakimiyyətindən sonra ortaya çıxan bir çox məsələdə, o cümlədən hərbi idarədə təsiri oldu. Əsgərlərin şikayətlərindən sonra Əliqulu xanın davranışı II Abbas tərəfindən araşdırıldı,nəticədə o, vəzifəsindən uzaqlaşdırıldı. Sonralar II Abbasın oğlu və varisi Süleyman I hakimiyyəti dövründə Əliqulu xanın fəaliyyəti bərpa edildi, Süleyman isə onu sepahsalar olaraq təyin etdi. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers.
Əliqulu xan (gürcü)
Əliqulu xan (vəfatı 1667) — Səfəvi məmuru, qulam və ardıcıl üç Səfəvi şahı olan I Şah Səfi (1629-1642), II Şah Abbas (1642-1666) və Şah Süleyman Səfəvinin (1666-1694) dövründə xidmət etmiş gürcü mənşəli yüksək dərəcəli hərbi komandir. Saakadze nəslinin nümayəndəsi olan Bican bəy Saakadzenin oğlu, Rüstəm xan (vəfatı 1644) və İsa xanın (vəfatı 1654) qardaşı idi. Əlli il sürən "əlamətdar karyerası" ilə tanınan Əliqulu bəy gələcəkdə xan, kansler / baş ədliyyə (divanbəyi), baş komandan (sepahsalar) və Təbriz bəylərbəyliyinin bəylərbəyi kimi yüksək vəzifələri tutdu. 1654-cü ildə Əliqulu xan o zamankı şah II Abbasın lehinə dəstək oldu. Babası I Şah Abbasdan (1588-1629) sonra ən bacarıqlı Səfəvi hökmdarı olduğu bilinən II Abbas Səfinin hakimiyyətindən sonra ortaya çıxan bir çox məsələdə, o cümlədən hərbi idarədə təsiri oldu. Əsgərlərin şikayətlərindən sonra Əliqulu xanın davranışı II Abbas tərəfindən araşdırıldı,nəticədə o, vəzifəsindən uzaqlaşdırıldı. Sonralar II Abbasın oğlu və varisi Süleyman I hakimiyyəti dövründə Əliqulu xanın fəaliyyəti bərpa edildi, Süleyman isə onu sepahsalar olaraq təyin etdi. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers.
Əliqulu xan Kəngərli
Əliqulu xan Kəngərli (v. 1773) — Naxçıvan xanı. == Həyatı == 1770-ci ildə Kərim xan Zəndin köməyilə Naxçıvanda hakimiyyətə gəlmiş Əliqulu xan da öz növbəsində üç ildən sonra Vəliqulu xan Kəngərli tərəfindən devrildi. O, Heydərqulu xanın qardaşı idi.
Əliqulu xan Püsyan
Əliqulu xan Püsyan (1890-1916) azadlıq mücahidi, İran ordusunun mayoru. == Həyatı == Əliqulu xan Həmzə xan oğlu 1890-cı ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Əslən Qarabağın Püsyan (indiki Qubadlı rayonundan) mahalındandır. O, təhsilini Təbriz şəhərində almışdı. 1913-cü ildə Tehranda jandarm zabitlik məktəbini bitirdikdən sonra, kapitan dərəcəsilə jandarm qüvvələri sırasına qəbul olmuşdu. 1914-cü ilin ortalarında Fars əyalətinə göndərilmiş Əliqulu xan əvvəlcə Borazcan, Kazerun jandarm, qüvvələrinin komandiri vəzifəsində çalışmış, sonra 1915-ci ilin əvvələrində Şiraza çağırılmış, isveçli zabitlər Şirazdan getdikdən sonra Əliqulu xan mayor dərəcəsilə Şirazdan, sonra da bütün Fars əyalətinin jandarm qüvvələrinin komandiri vəzifəsinə qədər yüksəlmişdi. Mayor Əliqulu xan 1915-ci ilin əvvəlindən İngiltərə təcavüzkarlarına nifrət bəsləmiş və ölkənin istiqlalını qorumaq üçün daim çarə yolları axtarmışdı. Mayor Əliqulu xan Borazcandan Şiraza getdikdən sonra İDP-nin fəal bir üzvü kimi ilk partiya təşkilatlarının güclənməsində var qüvvəsilə çalışmışdı. Mayor Əliqulu xan ölkənin xarici dövlətlər tərəfindən işğal edilməsini, onun müstəmləkəyə çevrilməsinin qarşısını almıq məqsədilə Fars əyalətində mütərəqqi və mübariz qüvvələri birləşdirməkdə, xüsüsilə jandarm zabitlərini, onun sıravi nəfərlərini vətəni müdafiə uğrunda mübarizə sıralarına sövq etdirməkdə fəaliyyət göstərmişdir. 1915-ci il noyabrın 10-da Şirazda başlanmış silahi üsyana, 1916-cı ilin aprelin 10-adək Şirazda yaranmış xalq hakimiyyətinin rəhbər orqanı olan vahid komitəyə mayor Əliqulu xan başçılıq etmişdir.
Əliqulu xan Qacar
Əliqulu xan Qacar — 1796-cı ildə noyabrın 6-da Ağa Məhəmməd xan Qacar İrəvan və Naxçıvan xanlarını hüzuruna çağıraraq Tehranda həbs etdirdi. Ağa Məhəmməd şahın əmrinə əsasən onun qardaşı Əliqulu xan Qacar İrəvanda hakim təyin edildi. Lakin Ağa Məhəmməd şahın 1797-ci ildəki qətlindən sonra İrəvan əhalisi vergilərin çoxluğu səbəbindən Əliqulu xana üsyan edərək onu qovdular. Qacarlar dövlətinə sədaqətini saxlaması şərtilə, Məhəmməd xanı həbsdən azad edib İrəvana göndərdi. == Ədəbiyyat == Səməd Sərdariniya. "İrəvan müsəlman sakinli vilayət olmuşdur". Bakı, "Zərdabi" nəşriyyatı, 2014, 202səh. ISBN 978-9952-8010-1-9 Fuad Əliyev, Urfan Həsənov. "İrəvan xanlığı". Bakı, "Şərq- Qərb", 2007,144 səh.
Əliqulu xan Ustaclı
Əliqulu xan Fəthoğlu-Ustaclı (?-?) — Ustaclı elinin Fəthoğlu oymağından qızılbaş sərkərdəsi, Cənubi Azərbaycanın, Təbriz bəylərbəyliyinin bəylərbəyi. == Həyatı == 1885-ci ilin yazında şahzadənin həmpiyaləsi Əliqulu bəy Fəthoğlu Əmir xanın dövlət üçün təhlükəli olduğu fikrini irəli sürdü. Şamlı əmirləri də onu dəstəklədilər. Şahzadə Əmir xanın tutulub, Qaradağa, Qəhqəhə qalasına salınmasına əmr verdi. Əliqulu bəy xan ünvanı ilə Azərbaycan bəylərbəyi təyin edildi. Ustaclı və Şamlı elinin nümayəndələri şahzadənin köməyi ilə Türkman, Təkəli ellərinin əmirlərini vəzifədən uzaqlaşdıraraq, özləri yiyələndilər. Əmir xan Türkman zindanda öldürüldü. Şahzadə Həmzə mirzə həmpiyaləsi Əliqulu xanı özündən aralamadığından bəylərbəyilikdən çıxarıb, saraya gətirdi. Hüseynqulu sultan Fəthoğlunu Güney Azərbaycana bəylərbəyi təyin etdi. Təbriz şəhərinin müdafiəsini möhkəmləndirmək işini Pir Qeyb xan Ustaclıya tapşırdı.
Əliqulu xan Valeh Dağıstani
Əliqulu xan Valeh Dağıstani (1712–1756) — şair. == Həyatı == Əliqulu xan Fətəli xan oğlu 1712-ci ildə İsfahan şəhərində anadan olmuşdu. Əslən Qumuqdur. Mədrəsə təhsili almışdı. 1734-cü ildə Hindistana getmişdi. Əliqulu xan Valeh Dağıstani 1756-cı ildə vəfat edib. == Yaradıcılığı == Əliqulu xan Valeh Dağıstani "Riyazüş-şüəra" adlı təzkirəsində Təqi Əvhədinin (973–1039 / 1565–1620) "Ərəfatül-aşiqin" adlı təzkirəsinə istinad edərək Məğribinin doğulduğu yeri Nain, qəbrinin isə İstihbanati-farsda olduğunu qeyd edir. O, eyni zamanda Əmir Kəmaləddin Hüseynin "Məjalisül-üşşaq" əsərinə əsasən şairin məzarının Təbrizin Surxab məhəlləsində Baba Məzidin məzarının baş səmtində olmasını, vəfat tarixini isə 807 / 1404, "Nəfəhatül-üns"ə görə isə 809 / 1406-cı il göstərəndən sonra şeirlərindən nümunələr gətirir. Onu da qeyd etmək gərəkdir ki, bir çox müəlliflərin səhvlərini təkrar edən Valeh Dağistani "Məjalisül-üşşaq" əsərinin müəllifini Sultan Hüseyn Bayqara kimi göstərir. Başqa bir tərəfdən belə güman etmək olar ki, Rzaqulu xan Hidayət də irəlidə göstərilən kimi Məğribinin Naində doğulmasını və İstihbanati-farsda dəfn olunması faktını Təqi Əvhədinin "Ərəfatül-aşiqin" əsərindən götürmüşdür.
Əliqulu xan Şahsevən
Əliqulu xan Şahsevən (əvvəl Əliqulu bəy Şahsevən) — Şahsevən elinin, Muğan mahalının başçısı. == Həyatı == Tarixdə ziddiyətli, lakin sərt, bacarıqlı bir şəxsiyyət kimi tanınmış Əliqulu xan Şahsevən elinin "Sarıxanbəyli oymağı"ndandır. 1727-ci ildə ruslar Astaranı, bir qədər sonra Lənkəranı da ilhaq etdilər. 1724-cü il müqaviləsinə görə, Azərbaycanın Kür çayından cənubda rus işğal zonasına daxil olmuş Xəzəryanı əyalətlərin hakimlərinin əksəriyyəti rus ordusunun üstün qüvvələrinə müqavimətin qeyri-mümkünlüyünü başa düşürdülər. Bu səbəbdən, öz hakimiyyətlərini saxlamaq üçün Muğanın mahal, nahiyə və el başçıları Dolqorukinin yanına gəldilər və rus təbəəliyini qəbul etməyə razı olduqlarını elan etdilər. Muğanlı Ramazan sultan, onun naibi Əliqulu bəy, Salyanlı Naib Əli bəy, eyni zamanda ətraf oba və kəndlərin kədxudaları, yüzbaşıları və digər nümayəndələri Rusiya dövlətinə sədaqət andı içdilər. General-feldmarşal V. Dolqoruki Ucarud mahalına Şahsevən Məhəmmədcəfər sultanı, Məzariq nahiyəsinə Ramazan sultanı başçı təyin etmişdi. Ramazan sultanın Əliqulu bəy adlı naibi vardı. Ramazan sultan osmanlılara meyl edəndən sonra ruslar Əliqulu bəyi xan ünvanı ilə Muğana və Şahsevən elinə başçı təyin etdilər. Əliqulu bəy ruslara məruzə etmişdi ki, Ramazan sultan draqunlara vəd etdiyi 200 atı vermək istəmir.
Əliqulu xan Şamlı
Əliqulu xan Şamlı (?-1581) — Sultan Hüseyn bəyin oğlu, Durmuş xanın nəvəsi, II Şah İsmayıl Səfəvinin zamanında Heratın hakimi, Abbas mirzənin (I Şah Abbas Səfəvinin) lələsi, I Şah Təhmasib Səfəvinin kürəkəni. == Həyatı == II Şah İsmayıl Səfəvi tərəfindən paytaxtda ustaclı tayfasının məruz qaldığı cəza tədbirləri genişləndi. Bu xəbər əyalətlərdə ustaclı nümayəndələrinin devrilməsi üçün sanki bir işarə idi. Belə ki, mühüm vəzifələrin bu tayfa əyanlarının əlində olduğu Xorasanda (Heratda) Avşar eliin digər tayfalarla birlikdə qiyamı baş verdi. Bunun nəticəsində Xorasan hakimi Şahqulu sultan Yegan öldürüldü. Tayfa darmadağın edildi və pərakəndə salındı. Şah, xan rütbəsi verməklə Əliqulu xan Şamlını Heratın hakimi və Xorasanın əmir əl-ümərası təyin etdi. II Şah İsmayıl şamlı tayfasının əmiri Əliqulu xanı Heratı hakimi təyin etmişdi. Şah Məhəmməd Xudabəndə onu bu vəzifədə təsdiq edərək öz oğlu Abbas mirzənin (gələcək I Şah Abbasın) lələsi etmişdi. Abbas mirzə Xorasanın nominal canişini sayılırdı, lakin bütün işləri Əliqulu xan Şamlı idarə edirdi.
Əliqulukənd
Əliquluşen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şərqdə, Gorus - Cəlaloğlu (Stepanavan) avtomobil yolunun sağ tərəfində yerləşir. Kəndin başqa adı Əliqulukənd, Aşağı Əliqulu, Əliqulu uşağı olmuşdur. Kənd Əliqulu adlı şəxs tərəfindən salandığı üçün Əliquluşen// Əliqulukənd adlanmışdır. Toponimin birinci komponenti Əliqulu şəxs adından, ikinci komponenti türk dilində «tikinti, Əliqulu şəxs adından, ikinci komponenti türk dilində «tikinti, kənd, oba, yurd» mənasında işlənən şen sözündən ibarətdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Azadaşen qoyulmuşdur. == Əhalisi == Qara Murtuza bəy - Tatev mahalının naibi.
Əliqulular
Əliqulular — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 3201 nəfərdir.[mənbə göstərin] === Şəxsiyyətləri === Qəşəm Nəcəfzadə - şair. Kəramət Böyükçöl - yazıçı Valeh Bahaduroğlu - şair, yazıçı Simarə İmanova - xanəndə, Azərbaycan Respublikasının xalq artisti Sərvaz Hüseynoğlu - şair, yazıçı, ədəbiyyat müəllimi. Əsəd Cahangir - şair yazıçı, tənqidçi, ədəbiyyatçı.