ƏLLƏŞDİRMƏK

f.
1. bax əlləmək 1-ci mənada.
Qara Hüseyn, Nurəddinin qıçını əlləşdirib dedi… S.S.Axundov.

2. Əllə qarışdırmaq, yoxlamaq, axtarmaq, tərpətmək.
Bu kağızları kim əlləşdirib birbirinə qarışdırdı? – Müfəttiş kisənin qabağında oturub işləri əlləşdirdi. S.Rəhimov.
Katibin qarşısındakı kağızları əlləşdirən Dövlət … Veysin üzünə baxdı. Ə.Əbülhəsən.

3. icb. Dalaşdırmaq, vuruşdurmaq, qapışdırmaq. Uşaqları bir-biri ilə əlləşdirmək.
ƏLLƏŞDİRMƏ
ƏLLƏŞMƏ

Digər lüğətlərdə