ƏLLİ

sif.
1. Əli olan. İri əlli adam.
2. məc. Qolu güclü, qüvvətli.
Həm ağanın özünə, həm də Zərrintac xanıma yad bir əl toxunmaması üçün möhkəm əlli bir mühafiz lazımdı. S.Rəhimov.

3. məc. Cəld, əliiti, bacarıqlı. Əlli adam.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLLİ cəld — bacarıqlı
  • ƏLLİ güclü — qüvvətli

Omonimlər

  • ƏLLİ ƏLLİ I say 49 sayından sonra gələn rəqəm. Tükəzbanın olub həm əlli yaşı; Onu sən al əlimdən, ya ilahi! (M

Antonimlər (əks mənalı sözlər)

  • ƏLLİ ƏLLİ – YAVAŞ Dedik: Öyrən hər şeyi; Əlli tərpən, əlli, qız (M.Rahim); Yaman yavaş işləyirsən (“Ulduz”)
ƏLLİ
ƏLLİ-AYAQLI
OBASTAN VİKİ
Əlli
Əlli — say sistemində ədədlərdən biridir. Qırx doqquzdan sonra, əlli birdən əvvəl gəlir. Əlli ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 5, 10, 25 və 50 ədədlərinə qalıqsız bölünür. Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.
Əlli altı
Əlli altı — say sistemində ədədlərdən biridir. Əlli beşdən sonra, əlli yeddidən əvvəl gəlir. Əlli altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 7, 8, 16, 28 və 56 ədədlərinə qalıqsız bölünür.
Əlli beş
Əlli beş — say sistemində ədədlərdən biridir. Əlli dörddən sonra, əlli altıdan əvvəl gəlir. Əlli beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Əlli bir
Əlli bir — say sistemində ədədlərdən biridir. Əllidən sonra, əlli ikidən əvvəl gəlir. Əlli bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Əlli doqquz
Əlli doqquz — say sistemində ədədlərdən biridir. Əlli səkkizdən sonra, altmışdan əvvəl gəlir. Əlli doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Əlli dörd
Əlli dörd — say sistemində ədədlərdən biridir. Əlli üçdən sonra, əlli beşdən əvvəl gəlir. Əlli dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 6, 9, 18, 27 və 54 ədədlərinə qalıqsız bölünür.
Əlli iki
Əlli iki — say sistemində ədədlərdən biridir. Əlli birdən sonra, əlli üçdən əvvəl gəlir. Əlli iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 13, 26 və 52 ədədlərinə qalıqsız bölünür.
Əlli səkkiz
Əlli səkkiz — say sistemində ədədlərdən biridir. Əlli yeddidən sonra, əlli doqquzdan əvvəl gəlir. Əlli səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 29 və 58 ədədlərinə qalıqsız bölünür.
Əlli yeddi
Əlli yeddi — say sistemində ədədlərdən biridir. Əlli altıdan sonra, əlli səkkizdən əvvəl gəlir. Əlli yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Əlli üç
Əlli üç — say sistemində ədədlərdən biridir. Əlli ikidən sonra, əlli dörddən əvvəl gəlir. Əlli üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Bozun əlli çaları
Bozun Əlli Çaları (ing. Fifty Shades of Grey) — Britaniyalı yazıçı E. L. Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır. Son illərin ən oxunan erotik romanı. Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar. == Qısa məzmunu == Erotik məzmunlu "Bozun Əlli Çaları" 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.
Bozun əlli çaları (film)
Bozun əlli çaları (ing. Fifty Shades of Grey) — 2015-ci ildə Kelli Marselin Britaniya yazıçısı E.L.Ceymsin 2011-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazdığı ssenariyə uyğun olaraq rejissor Sem Teylor-Conson tərəfindən erotik-romantik dram janrında çəkilmiş Britaniya-Amerika filmidir. Filmdə Ceymi Dornan gənc biznesmen Kristian Qrey, Dakota Conson isə onunla sadomazoxist münasibət quran gənc kollec tələbəsi Anasteyşa Stil obrazlarını canlandırırlar. İlk dəfə 11 fevral 2015-ci ildə 65-ci Berlin Beynəlxalq Film Festivalında təqdim edilən filmin kinoteatr çıxışı “Universal Pictures” təqdimatında 13 fevral 2015-ci ildə baş tutmuşdur. Tənqidçilərin qarışıq rəylərinə baxmayaraq böyük kassa uğuru əldə edən film, gəlir göstəricilərinə görə bir neçə rekord qırmış və ümumilikdə $569 milyon gəlir gətirmişdir. Hazırda film, 2015-ci ilin dördüncü ən çox gəlirli filmidir. Filmin davamı olacaq “Zülmətin Əlli Çaları” və “Azadlığın Əlli Çaları” filmlərinin müvafiq olaraq 10 fevral 2017-ci il və 9 fevral 2018-ci ildə təqdim ediləcəyi gözlənilir. == Məzmun == 21 yaşlı Anasteyşa “Ana” Stil Vaşinqton Ştat Universitetinin Vankuver, Vaşinqton yaxınlığında yerləşən kampusunda ədəbiyyat üzrə təhsil alır. Otaq yoldaşı Keyt Kavana xəstələndiyi üçün 27 yaşlı biznesmen Kristian Qreylə müsahibəyə Ana getməli olur. Bu müsahibədə Kristian Ana ilə maraqlanır və bir müddət sonra onun dərsdən sonra çalışdığı tikinti materialları dükanına gəlir.
Bozun əlli çaları (film, 2015)
Bozun əlli çaları (ing. Fifty Shades of Grey) — 2015-ci ildə Kelli Marselin Britaniya yazıçısı E.L.Ceymsin 2011-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazdığı ssenariyə uyğun olaraq rejissor Sem Teylor-Conson tərəfindən erotik-romantik dram janrında çəkilmiş Britaniya-Amerika filmidir. Filmdə Ceymi Dornan gənc biznesmen Kristian Qrey, Dakota Conson isə onunla sadomazoxist münasibət quran gənc kollec tələbəsi Anasteyşa Stil obrazlarını canlandırırlar. İlk dəfə 11 fevral 2015-ci ildə 65-ci Berlin Beynəlxalq Film Festivalında təqdim edilən filmin kinoteatr çıxışı “Universal Pictures” təqdimatında 13 fevral 2015-ci ildə baş tutmuşdur. Tənqidçilərin qarışıq rəylərinə baxmayaraq böyük kassa uğuru əldə edən film, gəlir göstəricilərinə görə bir neçə rekord qırmış və ümumilikdə $569 milyon gəlir gətirmişdir. Hazırda film, 2015-ci ilin dördüncü ən çox gəlirli filmidir. Filmin davamı olacaq “Zülmətin Əlli Çaları” və “Azadlığın Əlli Çaları” filmlərinin müvafiq olaraq 10 fevral 2017-ci il və 9 fevral 2018-ci ildə təqdim ediləcəyi gözlənilir. == Məzmun == 21 yaşlı Anasteyşa “Ana” Stil Vaşinqton Ştat Universitetinin Vankuver, Vaşinqton yaxınlığında yerləşən kampusunda ədəbiyyat üzrə təhsil alır. Otaq yoldaşı Keyt Kavana xəstələndiyi üçün 27 yaşlı biznesmen Kristian Qreylə müsahibəyə Ana getməli olur. Bu müsahibədə Kristian Ana ilə maraqlanır və bir müddət sonra onun dərsdən sonra çalışdığı tikinti materialları dükanına gəlir.
Bozun əlli çaları (film musiqisi)
“Fifty Shades of Grey: Original Motion Picture Soundtrack” — E.L. Ceymsin eyni adlı romanı əsasında 2015-ci ildə istehsal edilmiş “Bozun 50 çaları” filminin “Republic Records” tərəfindən 10 fevral 2015-ci ildə çıxarılmış film musiqisi albomudur. == Hazırlanması == Albom haqqında danışıqlara çıxış tarixindən iki il əvvəl, filmin çəkiləcəyi elan edildiyi vaxtdan başlanmışdı. Universal studiyasının film musiqisi və yayımı üzrə prezidenti Mayk Knoblox deyir: “Biz həqiqətən də, musiqinin filmin özəyi olmasını istəyirdik. Planlaşdırırdıq ki, mümkün qədər original material yaradaq, film musiqiləri həm sözləri həm də musiqiləri ilə kitabın məzmununu ifadə etsin.” Beyonse filmlə maraqlanan ilk musiqiçilərdən biri olmuşdur. Knoblox deyir: “O, fikirləşirdi ki, karyerasında nəsə gözəl bir addım ata bilər və ya öz brendi üçün irəliləyiş edə bilər.” Sia Knoblox və musiqi rəhbəri Dano Dano tərəfindən filmdə işə cəlb edilmişdi: “İki əsas qəhrəman arasında ilk dəfə intim yaxınlaşmanın baş verdiyi səhnə filmin ən mühüm anlarından biridir. Sia bizim üçün mahnını ifa etdi və biz dedik ki: “Bu çox yaxşıdı, lakin, bundan daha yaxşısı və ya daha güclü nəsə etmək mümkündürmü?” Sonda biz işi onun öhdəsinə buraxaraq film üçün yaxşı mahnı yazmasını xahiş etdik.” “The Weeknd” layihənin lap əvvəlindən ona qoşulmuş musiqiçilərdən biridir. “Republic Records”un meneceri Tom Makkey qeyd edir ki, “O, müxtəlif səhnələr üçün bir neçə mahnı üzərində işləyirdi. Bəziləri üzərində iş davam etdirildi, bəziləri üzərində isə yox. Lakin o işə davam etdi və sonda “Earned It” mahnısını yazdı ki, bu da onun yaradıcılığında həmin vaxta kimi yazılmış ən böyük mahnı idi. Bu, filmdə iki dəfə istifadə olunmuş yeganə mahnıdır.” 12 yanvar 2015-ci ildə E.L.Ceyms film musiqisi albomunun 10 fevral 2015-ci ildə çıxarılacağını elan etmişdi.
Əlli ilk öpüş (film, 2004)
50 ilk öpüş (ing. 50 First Dates) — 2004-cü ildə çəkilmiş romantik komediya janrında ABŞ filmidir. Baş rollarda Adam Sandler və Drü Berrimorun yer aldığı filmin rejissoru Piter Siqaldır. Barrymore ilə Sandler öncəki işi Evlilik öpüşü filmindən sonra ikinci dəfə bir araya gəlmişdir. Filmin böyük bir qismi Kaneohe, Kaaawa, Wahiawa, Kualoa, Makapu'u, Waimanalo, O'ahu və Kaneohe Bay kimi yerlərdə çəkildi. Tank səhnəsi Vallejo, Californianın Six Flags Discovery Kingdom; golf səhnəsi isə Los-Ancelesdə çəkildi. Adam Sandler …. Henri Rot Drü Berrimor … Lusi Vaytmore Rob Schneider …. Ula Sean Astin …. Doq Vaytmore Lusia Strus ….
Əllincilər
Əllincilər (ing. Pentecostalism) — Protestant xristian məzhəbi. XIX əsrin sonu, XX əsrin əvvəllərində ABŞ-də protestant icmaları arasında erkən xristianlığa qayıdış, onun mənəvi cəhətdən dirçəldilməsi kimi ideyaların geniş yayılması əllincilərin meydana gəlməsinə səbəb olmuşdur. Xristianlığın protestant qolu sayılan əllincilər cərəyanının əsası metodist kilsəsinin keçmiş pastoru Çarlz Parem tərəfindən qoyulmuşdur. 1901-ci ildə Yeni il ərəfəsində Parem və onun tələbələri protestant aləmində din və imanın zəifləməsinin səbəblərini müzakirə edərkən, belə nəticəyə gəlmişlər ki, bu sualın cavabı Əhdi-Cədidin Həvvarilərin işləri bölümündə gizlənmişdir. Burada Əllinci gün bayramı zamanı (İudaizmdə Musaya Toranın verilməsi ilə bağlı keçirilən şənlik) Məsihin şagirdlərinə Allah tərəfindən bilmədikləri dillərdə danışma qabiliyyətinin verilməsindən, həvarilərin yad xalqların yanlarına gedərək onlara İsa Məsih təlimini təbliğ etmələrindən danışılır. İncilə görə, həmin hadisə İsanın göyə yüksəlməsinin onuncu günündə baş vermişdir. Parem və tələbələrinin fikrincə, həvarilərin "bilmədikləri dillərdə danışma" vergisi sadə xristianlar tərəfindən itirildiyi üçün xristian dünyası ateist, inkarcı düşüncələrin, sekulyar ideyaların təsiri altına düşmüşdür. Onlara görə, saf imana qayıtmağın yalnız bir yolu var: itirilmiş vergini dua vasitəsi ilə geri qaytarmaq. Odur ki, Parem dua mərasimində vəcd halındakı qızın başına əlini qoymuş və bundan sonra guya qız bilmədiyi dildə danışmağa başlamışdır.
Əlliüçüncü ilin soyuq yayı (film, 1987)
« Əlliüçüncü ilin soyuq yayı» (rus. Холодное лето пятьдесят третьего...) — rejissor Aleksandr Proşkinin 1987-ci ildə çəkdiyi film. Filmdəki hadisələr 1953-cü ildə, Lavrenti Beriyanın tezliklə həbs olunmasından sonra baş verir. Filmin baş qəhrəmanları «Luzqa» adlandırılan Sergey Basargin (Valeri Priyomıxov) və «Kopalıç» adlandırılan Nikolay Straboqatovdur (Anatoli Papanov). Luzqa müharibə illərində kəşfiyyat polkunun kapitanı olmuş, alman mühasirəsinə düşmüş, lakin oradan qaçdıqdan sonra ona "vətən xaini" adı verilmişdir. Keçmiş baş mühəndis Kopalıça isə "ingilis casusu" damğası vurulmuşdur. Bir gün 6 nəfər həbsxanadan qaçmış quldur onların kəndinə soxulur. Onların yaşadığı kəndin Mankov adlı bir polisin PPŞ avtomatı olsa da, o, quldurlar tərəfindən öldürülür. Həmin quldurların öhdəsindən isə "vətən xaini" Luzqa gəlir... Film aktyor Anatoli Papanovun kinoda son işidir.

Digər lüğətlərdə