ƏRƏBİ

sif. [ ər. ] Ərəbcə; ərəb dilinə və xalqına mənsub; ərəb üslubunda, ərəb qaydasında.
Ərəbi bir uzun don əynində. A.Səhhət.
İki nəfər 10-12 yaşında uşağı geyindirib başına ağ əmmamə, əyinlərinə də ərəbi köynək taxardılar. H.Sarabski.
[Əhməd:] Qara saçları, eşqlə dolu uzun kirpikli gözləri, ərəbi burnu, hamısından artıq gözəl balaca ağzı, qırmızı dodaqları mənim xoşuma gəldi. T.Ş.Simurq.

ƏRƏBDOŞANI
ƏRƏBİST

Digər lüğətlərdə