ƏRƏN

Ər sözündən olub, “müqəddəslər” mənasında da işlənir.

Ermək sözü ilə də bağlayanlar vardır (haqqa ermişlər mənasında).

Övliyalar, ənbiyalar, ərənlər,

Hanı məndən doğru yola varanlar?

Qərq oldu dəryaya neçə min canlar,

Kərəm eylə, qoyma məni dəryada.

                                                   (“Novruz”)

                           *

Canım qurban ərənlərin pirinə,

Çatdırar aşiqi bir-birinə;

Atam bağışlasın taci-sərinə,

Ana, halal eylə, mən gedər oldum.

                                                   (“Novruz”)

                           *

Oyandım qəflətdən, açdım gözümü,

Ərənlər payinə sürtdüm üzümü,

Dindirdilər, haq söylədim sözümü,

Doxsan min kəlməmə bəyan dedilər.

                                                     (“Qurbani”)

Qeyd: Sonuncu misrada Qurandakı sözlərin miqdarına işarə edilir.

                           *

Özüm gördüm ərənləri,

Mənə badə verənləri.

                         (“Qurbani”)

                           *

Mahmud dedi:

– Paşam sağ olsun, sənin qızını ərənlər mənə buta veriblər. (“Mahmudla Nigar”)

ƏRƏBƏ
ƏRƏN

Digər lüğətlərdə