ƏRƏN

Ər sözündəndir, igid, cəsur, mərd deməkdir. (“Koroğlu” dastanının lüğəti)

Dastanda “müqəddəslər”, “ulular” mənasında da işlənir. Ermək (çatmaq) sözü ilə də bağlayanlar da vardır (haqqa ermişlər mənasında).

Koroğlu çağırır genə Səfəri,

Yox imiş dünyanın sonu, səməri,

Qıraram dəstəni, vurram nəfəri,

Ərənlərin piri yanımda gərək!

                          (“Koroğlunun Qars səfəri”)

                      *

Başına dönüm sövdayar,

Aparırlar pirə məni.

Ərənlərə qurban deyə,

Aparırlar pirə məni.

                     (“Koroğlu ilə Bolu bəy”) (“Koroğlu-Nəzər”)

                    *

Hər yana getsən yolundu,

Ərənlər saği-solundu,

Koroğlu qoca qulundu,

Mənim hərcayi Eyvazım.

                   (Paris nüsxəsi,10-cu məclis)

ƏRƏN
ƏRƏNLƏR

Digər lüğətlərdə