HADİSƏ

is. [ ər. ]
1. İctimai və ya şəxsi həyatda vaqe olan, baş verən hal; əhvalat, vaqiə, vəqə.
Bütün bu hadisələr yanaşı oturan adamların təsəvvürlərində canlanır… S.Rəhimov.
Kənddə olmuş hər bir hadisənin, salınan hər bağın, əkilən hər ağacın, tikilən hər evin tarixçəsini [Xoşqədəm nənədən] soruşardılar. S.M.Qədirzadə.

2. Həyatın adi qaydasını, normal gedişini pozan iş, qəziyyə. Beynəlxalq hadisə.
– Bu altı ilin içərisində bir çox hadisələr baş vermişdi. S.Hüseyn.
[İdris] dərhal polk komandiri qarşısında hərbi salama durub, hadisə haqqında qısa raport verdi. Ə.Məmmədxanlı.

3. Əhvalat, vaqiə, macəra. Başıma belə bir hadisə gəlib.
– Danabaşlar kəndinin xarakter hadisə və tipləri seçilmiş, ümumiləşdirilmişdir. M.İbrahimov.
Mehman … maraqlı hadisələr söylər, gülməli nağıllar danışar, ötübkeçənlərdən söhbət salar, kənddəki bəzi arvadların qoçaqlığından ürəkdolusu deyərdi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HADİSƏ 1. HADİSƏ [Şah:] Aya sizin rəyinizə görə mən nə qism tədbir ilə bu hadisəni öz vücudumdan dəf edə bilərəm? (M
  • HADİSƏ toqquşma — münaqişə
  • HADİSƏ əhvalat — qəza — macəra — vaqiə — qəziyyə
HAÇASAQQALLI
HAF

Digər lüğətlərdə