KUB₂

[yunancadan] Maye qaynatmaq və ya distillə etmək üçün şar, ya silindr şəkilli qab.
KUB
KUBAOXŞAR
OBASTAN VİKİ
Kub
Kub — Tərifi:Ölçüləri bərabər olan düzbucaqlı paralelepipedə Kub deyilir. Üzlərin sayı 6, forması kvadrat, tillərin sayı 12, təpə nöqtələrin sayı 8, bir nöqtədən çıxan tillərin sayı 3,dioqnallarının sayı 4 dür .
Kub(cəbr)
Kub — ədədi 3 dəfə özünə vurduqda alınan hasilə deyilir. n3 = n × n × n. Ədədin kubu cədvəli: 0³=0. 1³=1. 2³=8. 3³=27. 4³=64. 5³=125. 6³=216. 7³=343.
Kub metr
Kub metr (simvolu: m3) — SI-dən törənən həcm vahididir. Bir kub metr kənar uzunluğu bir metrə bərabər olan kubun həcmidir. Digər adı, az istifadə edilən kilolitrdir. == Çevirmələr == 1 kubmetr bərabərdir: 1000 litr (tam olaraq); ~35,3 kub-funt (təxmini) 1 cu ft kf = 0,028316846592 m3 ~1.31 kubyard (təxmini) 1 cu yd = 0,764554857984 m3 ~6,29 barrel (bbl) (təxmini) 1 oil bbl = 0,158987294928 m3 Maksimum (3,98 °C) və standart atmosfer təzyiqindəki (101,325 kPa) istilikdə bir kub metr saf su, 1000 kq-lıq kütləyə malikdir və ya bir tondur. Suyun donma nöqtəsi olan 0 °C-də daha həsasdır və 999,972 kiloqram olur.
Kub metr saniyə
Kub metr saniyə, (simvolu m³/san) — adətən mayelərin və qazların həcmlərinin ölçmək üçün istifadə edilən Sİ-in törəmə vahidi. Maddələrin həcmlərinin, çayların axması və başqa ölçmələrdə təyin olunur.
1930 FİFA Dünya Kuboku
I Dünya Çempionatı == Uruqvay – 1930 == Uruqvaylılar bir neçə məqsəd güdürdülər. Əsası o idi ki, çempionat ölkənin İspaniya müstəmləkəsindən azad olmasının 100 illik yubileyinə həsr edilmiş bayramın tərkib hissəsi olacaqdı. Başqa bir vacib cəhət isə futbolun La-Plata sahillərində böyük şöhrət tapması idi. Olimpiya Oyunlarında iki dəfə qələbə qazanmaları nəticəsində bu kiçik ölkənin ən yaxşı futbolçuları az qala ilahiləşdirilirdi. Təkcə futbol azarkeşlərinin təşəbbüsü ilə uruqvaylılar 400 min dollar toplamış və rekord qısa müddətdə o vaxtlar dünyada ən böyük olan "Sentenario" stadionununu tikdirmişdilər. == Final Mərhələsi == 13-30 iyul 13 komanda 4 qrupda mübarizə apardıqdan sonra, qrup qalibləri yarımfinala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər.
1934 FİFA Dünya Kuboku
II Dünya Çempionatı == İtaliya - 1934 == == Final mərhələsi == 27 may - 10 iyun 16 komanda 1/8 finaldan olimpiya sistemi ilə mübarizə aparıblar. 17 oyun 395 000 tamaşaçı (orta hesabla hər oyunda 23 235) 70 qol (orta hesabla hər oyunda 4,12) Ən yaxşı futbolçu - Planiçka (Çexoslovakiya), Meatsa (İtaliya) "Het-trik" (bir oyunda üç qol) - Skiavio (İtaliya), Konen (Almaniya), Neyedlı (Çexoslovakiya) Yubiley qolu: 100-cü qol Ensson (İsveç), digər fakta görə Ancelo Skyavio (İtaliya) Bombardirlər: Konen Edmund (Almaniya)-4, Needlı Oldrjix (Çexoslovakiya)-4, Ancelo Skyavio (İtaliya)-4 == Bütün oyunlar == === 1/8 final === === 1/4 final === === 1/2 final === === Təsəlliverici final === === Final === Qeyd: 1/4 finalda İtaliya-İspaniya oyununun əsas və əlavə vaxtı heç-heçə başa çatdığı üçün turnirin əsasnaməsinə görə əlavə oyun keçirilmişdir.
1938 FİFA Dünya Kuboku
III Dünya Çempionatı == Fransa - 1938 == == Final mərhələsi == 4 - 19 iyun 15 komandanın 14-ü 1/8 finaldan olimpiya sistemi ilə mübarizə aparıblar. İsveç komandası 1/4 finaldan mübarizəyə qoşulub. 18 oyun 483 000 tamaşaçı (orta hesabla hər oyunda 26 833) 84 qol (orta hesabla hər oyunda 4,67) Ən yaxşı futbolçu - Leonidas (Braziliya) "Het-trik" (bir oyunda üç qol) - Zengeler (Macarıstan) "Poker" (bir oyunda dörd qol) - Leonidas (Braziliya), Vilimovskiy (Polşa), Vetterstrem (İsveç) Yubiley qolu: 200-cü qol Vetterstrem (İsveç) Bombardirlər: Leonidas (Braziliya)-8 == Nəticələr == === 1/8 final === === 1/4 final === === 1/2 final === === Təsəlliverici final === === Final === Qeyd: 1/8 finalda İsveçrə-Almaniya, Kuba-Rumıniya və 1/4 finalda Braziliya-Çexoslovakiya oyunlarının əsas və əlavə vaxtı heç-heçə başa çatdığı üçün turnirin əsasnaməsinə görə əlavə oyun keçirilmişdir.
1950 FİFA Dünya Kuboku
IV Dünya Çempionatı == Braziliya – 1950 == == Final mərhələsi == 24 iyun – 16 iyul 13 komanda 4 qrupda mübarizə apardıqdan sonra, qrup qalibləri final qrupuna yüksələrək mübarizəni dairəvi sistem ilə davam etdiriblər.
1954 FİFA Dünya Kuboku
1954-cü ildə İsveçrədə keçirilən V Dünya Çempionatı. Həmin Dünya Çempionatında Almaniya milli komandası ilk dəfə çempion olmuşdur. Bir oyunda ən çox qol vurulması dabu çempionata aiddir. 1/4 finalda Avstriya ev sahibi İsveçrəyə 7:5 hesabı ilə qalib gəldi. == İsveçrə – 1954 == == Final Mərhələsi == 16 iyun – 4 iyul 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər. 26 oyun 943 000 tamaşaçı (orta hesabla hər oyunda 36 269) 140 qol (orta hesabla hər oyunda 5,38) Ən yaxşı futbolçu – Metyuz (İngiltərə) "Het-trik" (bir oyunda üç qol) – Koçiş (Macarıstan), Burxan (Türkiyə), Morlok (Qərbi Almaniya), Probst (Avstriya), Vaqner (Avstriya), Borxes (Uruvay), Xyuq (İsveçrə) "Poker" (bir oyunda dörd qol) – Koçiş (Macarıstan) Yubiley qolu: 400-cü qol Lefter (Türkiyə) Bombardir: Şandor Koçiş (Macarıstan) – 11 == Qrup mərhələsi == === Qrup 1 === === Qrup 2 === === Qrup 3 === === Qrup 4 === == Bütün oyunlar == Qeyd: Qrup mərhələsində xalları eyni olduğu üçün turnirin əsasnaməsinə görə Qərbi Almaniya-Türkiyə, İsveçrə-İtaliya əlavə oyunları keçirilmişdir.
1956 UEFA Çempionlar Kuboku finalı
1956 UEFA Çempionlar Kuboku finalı pan-Avropa futbol turniri Çempionlar Kubokunun ilk finalı olmuşdur. 13 iyun 1956-cı ildə Parisdəki Park de Prens stadionunda baş tutan oyunda İspaniyanın Real Madrid və Fransanın Reyms klubları qarşılamışdılar. Oyunu 38.000 nəfər izləmişdir. Real Madrid yarımfinalda İtaliya klubu Milanı ümümlikdə 5–4 hesabı ilə üstələyərək finala yüksəlmişdir, Reyms isə ümümlikdə 3–0 hesabı ilə Şotlandiyanın Hibernian klubunu məğlub etmişdir. Qarşılaşma 4–3 hesabı ilə Real Madridin xeyrinə bitmişdir. Sonradan Real Madrid rekord edərək, ard-arda Çempionlar Kubokunun növbəti beş mövsümünü də qazana bilmişdir. Oyun, 10 dəqiqə ərzində Mişel Leblon və Jan Templin tərəfindən vurulan 2 qol sayəsində Reyms üçün uğurlu başlasa da, birinci hissə bitməmiş Alfredo Di Stefano və Ektor Rialın səyləri ilə Real Madrid hesabı bərabərləşdirdi. Reyms Mişel İdalqonun qolu ilə 62-ci dəqiqədə önə keçsə də, Markitos və Rial müvafiq olaraq 67-ci və 79-cu dəqiqələrdə qol vuraraq Reala qələbə gətizdirdilər. == Finala gedən yol == === Real Madrid === Real Madrid turnirə La Liqanın 1954–55 mövsümünün qalibi kimi qatılmışdır. O, ilk oyunu İsveçrə çempionu Servett ilə keçirdi.
1957 UEFA Çempionlar Kuboku finalı
1957 UEFA Çempionlar Kuboku finalı ― 30 may 1957-ci ildə Çempionlar Kuboku 1956/1957 mövsümünün qalibini müəyyən etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinin Santyaqo Bernabeu stadionunda keçirilən futbol oyunu. Matçda İspaniyanın "Real Madrid" və İtaliyanın "Fiorentina" klubları qarşılaşmışdılar. "Real Madrid" 2-ci hissədə Alfredo Di Stefano və Fransisko Xentonun vurduğu qolları sayəsində oyunda 2–0 hesabı ilə qalib gəldi. Komandalardan birinin ev stadionunda oynadığı dörd finaldan (Çempionlar Liqası dövrünü nəzərə almaqla, 1965, 1984 və 2012 finalları) birincisi idi və həmçinin qalib gələn komandanın ev stadionunda oynadığı ilk final idi. "Real Madrid"in ilk qolu mübahisələrə səbəb oldu ki, Niderlandlı hakim Leo Horn yan xətt hakimin penalti təyin olunmazdan öncə işarə etdiyi ofsayd siqnalına əhəmiyyət vermədi və bundan başqa Mateosa qarşı edilən qayda pozuntusu cərimə meydançasından kənarda edilmişdir. == Finala gedən yol == === Real Madrid === "Real Madrid" turnirə son qalib kimi qatıldı, klub son mövsümün final oyununda Paris şəhərinin Park de Prens stadionunda 4–3 heabı ilə "Reyms" klubuna qalib gəldi. O, son çempion olduğu üçün onlar birbaşa birinci raunda keçdilər ki, bu mərhələdə Avstriya çempionu "Rapid Vyana" ilə heç-heçə etdilər. Santyaqo Bernabeu stadionunda keçirilən ilk oyunda Alfredo Di Stefano və Ramon Marsal iki qol vuraraq, klublarına 4–2 hesablı qalibiyyət gətirdilər. İkinci oyunda Ernst Happel het-trik edərək "Rapid"i 3 qol qabağa saldı, lakin Di Stefanonun qolu hesabı 3–1 etdi. Oyunun ümumi hesabı 5–5 oldu.
1958 FİFA Dünya Kuboku
VI Dünya Çempionatı == İsveç – 1958 == == Final Mərhələsi == 8-29 iyun 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər. 35 oyun 868 000 tamaşaçı (orta hesabla hər oyunda 24 800) 126 qol (orta hesabla hər oyunda 3,60) Ən yaxşı futbolçu – Didi (Braziliya) "Het-trik" (bir oyunda üç qol) – Fonten (Fransa), Pele (Braziliya) "Poker" (bir oyunda dörd qol) – Fonten (Fransa) Yubiley qolu: 500-cü qol Rann (Qərbi Almaniya) Bombardir: Jüst Fonten (Fransa) – 13 == Nəticələr == Qeyd: *Qrup mərhələsində xalları eyni olduğu üçün turnirin əsasnaməsinə görə Şimali İrlandiya-Çexoslovakiya, Uels-Macarıstan, SSRİ-İngiltərə əlavə oyunları keçirilmişdir.
1958 UEFA Çempionlar Kuboku finalı
1958 UEFA Çempionlar Kuboku finalı ― 28 may 1958-ci ildə Çempionlar Kuboku 1957/1958 mövsümünün qalibini müəyyən etmək üçün Belçikanın paytaxtı Brüssel şəhərinin Eyzel stadionunda keçirilən futbol oyunu. Matç İspaniyanın "Real Madrid" və İtaliyanın "Milan" klubları arasında baş tutmuşdur. "Real Madrid" əlavə olunmuş vaxtdan sonra oyunda 3–2 hesabı ilə qalib gəldi. Bu, klubun Çempionlar Kubokunda ardıcıl üçüncü uğuru oldu. Oyundan sonra qalib oyunçulara medalları II Albert təqdim etmişdir.
1959 UEFA Çempionlar Kuboku finalı
1959 UEFA Çempionlar Kuboku finalı ―3 iyun 1959-cu ildə Çempionlar Kuboku 1958/1959 mövsümünün qalibini müəyyən etmək üçün Almaniyanın Ştutqart şəhərinin Nekkarştadion stadionunda keçirilən futbol oyunu. Matç İspaniyanın "Real Madrid" və Fransanın "Reyms" klubları arasında baş tutmuşdur. Oyun 2–0 "Real Madrid"in xeyrinə başa çatdı və beləliklə ispan təmsilçisi ard-arda dördüncü Çempionlar Kubokunu qazandı və 1956-cı ildən sonra son dörd il ərzində ikinci dəfə finalda "Reyms" klubuna qalib gəldi. "Real Madrid" oyunda dominantlıq edərək, Enrike Mateos və Alfredo Di Stefanonun qolları sayəsində qələbə çaldı.
1960 UEFA Millətlər Kuboku
Futbol üzrə 1-ci Avropa çempionatı (və ya Avropa Milllətlər Kuboku) — milli yığma komandalar arasında UEFA bayrağı altında hər dörd ildən bir keçirilən futbol üzrə Avropa çempionatlarının birincisi. Turnirin final mərhələsi dörd komandanın iştirakı ilə Fransada keçirilmişdir. Çempionatın qalibi Parisdəki Park de Prens stadionunda keçirilən final oyununda əlavə vaxtda Yuqoslaviya milli futbol komandasına 2:1 hesabı ilə qalib gəlmiş SSRİ milli futbol komandası olmuşdur. GoldStar, Panasonic və Toyota şirkətləri çempionata sponsorluq etmişlər. == Reqlament == Turnir olimpiya sisteminə uyğun şəkildə keçirilmişdir. Ümumilikdə çempionatda 17 komanda iştirak etmişdir. Bu tək rəqəm olduğuna görə turnirdə yeganə seçmə mərhələsi oyunu atılan püşklə Çexoslovakiya və İrlandiya milli futbol komandaları arasında baş tutmuşdur. Oyunun nəticəsinə görə Çexoslovakiya millisi 1/8 finala vəsiqə qazanmışdır. 1/8 və 1/4 final oyunlarında da komandalar iki oyun keçirmişlər: evdə və səfərdə. Yarımfinal oyunları və final Fransada baş tutmuşdur.
1960 UEFA Millətlər Kuboku Finalı
1960 UEFA Avropa Çempionatı Finalı — 1960-cı il 10 iyul tarixində Fransanın paytaxtı Paris şəhərində yerləşən Park des Prinses stadionunda SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Bu UEFA-nın milli komandalar üçün təşkil etdiyi ilk UEFA Avropa Çempionatı final oyunu idi. Final matçı SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirildi. == Oyun == === Nəticə === SSRİ millisi artırılan əlavə vaxtda daha bir dəfə fərqlənməklə turnirin qalibi oldu. Amma oyunda hesabı birinci hissədə Yuqoslaviya millisinin oyunçusu Milan Qaliç açdı. İkinci hissədə isə Slava Metreveli hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi, artırılan əlavə vaxtın 113-cü dəqiqəsində isə Viktor Ponedelnik qələbə qolunu vuraraq yekunda SSRİ millisi oyunu 2-1 hesablı qələbə ilə başa vurdu.
1962 FİFA Dünya Kuboku
VII Dünya Çempionatı == Çili – 1962 == == Final Mərhələsi == 30 may – 17 iyun Çilidəki dünya çempionatı ikili təəssürat yaratdı. Bir tərəfdən Pele, Qarrinça, Puşkaş, Albert, Skobar, Masopust, Bobbi Çarlton, Rivera kimi istedadların oynaması mundiala rəng qatdı. Digər tərəfdən, kobudluq, dava-dalaş çox oldu. Turnirin gedişində ağır zədə alan oyunçuların sayı 20-dən çox oldu. Onlardan 12-i evə "əlavə ayağ2ın kpməyi ilə qayıtmalı oldu. Hətta FİFA mundial zamanı meydandakı vandalizmlə bağlı iclas da keçirdi. DÇ Dittbornun həyatı bahasına başa gəldi DÇ təşkilatçılığının Çiliyə həvalə olunması çoxları üçün sirr olaraq qaldı. Bu ölkənin yığması futbolda ciddi nailiyyətlər qazamamışdı. , iqtisadiyyatı da durğunluqda idi. Hətta Pinoçetin gəlişinə 11 il qalmış Çilidə siyasi vəziyyət stabil deyildi.
1964 UEFA Millətlər Kuboku
Futbol üzrə 2-ci Avropa çempionatı — 1964-cü il 17-21 iyun tarixində İspaniyada keçirilən futbol yarışı. Çempionatın qalibi finalda SSRİ yığmasını 2:1 hesabı ilə məğlub edən ev sahibi İspaniya milli futbol komandası olmuşdur. İlk çempionatda 17 olan iştirakçı sayı, bu çempionatda 29-a çıxmışdır. == Reqlament == Turnir pley-off sisteminə uyğun keçirilmişdir. 29 komanda çempionatda iştirak etmək üçün ərizə vermişdir (Yunanıstan millisi püşkatmadan sonra iştirakdan imtina etmişdir). SSRİ, Avstriya və Lüksemburq milliləri turnirə birbaşa ikinci mərhələdən başlama hüququ əldə etmişlər. Yarımfinallara qədər komandalar bir-birləri ilə iki oyun keçirmişlər (evdə və səfərdə). Turnirin final mərhələsinə vəsiqə qazanan dörd komanda çempionatın bu mərhələsinin keçiriləcəyi ölkəyə toplaşmışlar. Ev sahibi ölkə isə final mərhələsində iştirak edəcək dörd komanda məlum olandan sonra bu komandaların mənsub olduqları ölkələrin içindən seçilmişdir. == Tarixi == Lüksemburq millisi bütün turnirin sensasiyası hesab edilmişdir.
1964 UEFA Millətlər Kuboku Finalı
1964 UEFA Avropa Çempionatı Finalı — 1964-cı il 21 iyun tarixində İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Santyaqo Bernabeu stadionunda SSRİ və İspaniya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Final matçında İspaniya milli komandası Pereda və Marselinonun qolları ilə yekunda 2-1 hesabı ilə qələbə qazandılar.
1990 FİFA Dünya Kuboku
1990 FİFA Dünya Kuboku (ita. Campionato mondiale di calcio 1990) — iyunun 8-dən iyulun 8-nə gədər İtaliyada baş tutan sayca 14-cü futbol üzrə FİFA Dünya Çempionatı. 1988-ci ilin aprel ayından FİFA-ya üzv olan 116 yığma yarışın final mərhələsinə qatılmağ üçün mübarizə apardı. Nəticədə ev sahibi İtaliya və son Dünya çempionu Argentina yığmasıda daxil olmağla 22 yığma final mərhələsində mübarizə aparmaq hüququ qazandı. Yarışın qalibi finalda son Dünya çempionu Argentina yığmasını Andreas Brehmenin 85-ci dəqiqədə vurduğu penalti qolu ilə 1:0 məğlub edən və üçüncü dəfə Dünya çempionu olan Qərbi Almaniya yığması oldu. Ev sahibi İtaliya yığması üçüncü yeri, yarım-finalda qərbi almanlara uduzan İngiltərə futbolçuları isə dördüncü yeri tutdu. Bu mundial həmdə çempion olan Qərbi Almaniya yığması üçün sonuncu yarış oldu; Bir müddət sonra, 1990-cı ildə Qərbi və Şərqi Almaniya dövlətləri vahid Almaniya adı altında birləşdi. BƏƏ, İrlandiya, Kosta-Rika yığmaları Dünya Çempionatlarında debüt etdi. Mundialın rəsmi topu "Adidas Etrusco Union" idi. 1990-cı ilin Dünya Çempionatı mundiallar tarixinin ən aşağı məhsuldarlığ qeydə alınan yarışı oldu.
1991 KONKAKAF Qızıl Kuboku
1991 KONKAKAF Qızıl Kuboku (ing. 1991 CONCACAF Gold Cup) — 1991-ci ilin 28 iyun – 7 iyul tarixləri arasında ABŞ-də təşkil olunmuş ilk KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi əsas və əlavə vaxtı 0–0 hesabı ilə başa çatan final matçında Honduras milli futbol komandasını 4–3 hesabı ilə başa çatan penalti seriyasından sonra məğlub etmiş ABŞ milli futbol komandası olmuşdur.
1992 Azərbaycan Kuboku
Futbol üzrə Azərbaycan Kuboku 1992 — Futbol üzrə Azərbaycan kubokunun ilk mövsümüdür. "İnşaatçı"(Bakı) finalda "Kür"(Mingəçevir) klubunu məğlub edərək ilk turnirin qalibi kimi tarixə düşüb. 1-ci Azərbaycan kuboku cəmi 12 komandanın iştirakı ilə baş tutmuş və hər mərhələnin duelləri bir matçdan ibarət olmuşdur. 4 cüt 1/8 finalda qarşılaşıb, növbəti mərhələdə gözləyən 4 iştirakçının rəqiblərini müəyyənləşdirməli idi. 2 birinci liqa klubunun da mübarizə apardığı, iştirakçılarından 5-nin paytaxtı təmsil etdiyi yarışın diqqətçəkən məqamlarından biri çempionatda iddialılardan sayılan "Qarabağ"ın ilk kuboka qatılmamasıdı. Turnirə gəlincə, Neftçala "Pambıqçı"sının futbolçusu Elnur Əsgərov "Nicat"la görüşdə hesabı açaraq, ölkə kuboku tarixinə ilk qolun müəllifi kimi düşüb. == 1/8 final == == 1/4 final == == Yarımfinal == == Final == Final oyunu 29 avqust 1992-ci ildə keçirilmişdir. Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmada "İnşaatçı" (Bakı) "Kür" (Mingəçevir) komandasına əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək ilk kubokun sahibi olmuşdur. Həmin qarşılaşmanı 4 min tamaşaçı izləmişdir. Oyunun baş hakimi Gülağa Cabbarov olmuşdur.
1992 Kral Fəhd Kuboku
== İştirakçılar ==
1992 Kral Fəhd Kuboku Finalı
1992 Kral Fəhd Kuboku Finalı — 1992-ci il Kral Fəhd Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 1992-ci ilin 20 oktyabr tarixində, Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində yerləşən Kral Fəhd Stadionunda, futbol üzrə Argentina və Səudiyyə Ərəbistan milli komandaları arasında keçirilmişdir. Matç Argentina yığmasının 3-1 hesablə qələbəsi ilə başa çatmışdır.
1993-94 Azərbaycan Kuboku
1993-94 Azərbaycan Kuboku — Futbol üzrə Azərbaycan kubokunun üçüncü mövsümüdür. 1993-94 mövsümündə 45 komanda mükafat üçün mübarizəyə aparmışdır ki, bu göstərici kubokun bütün tarixi üçün rekorddur.
1993 Azərbaycan Kuboku
1993 Azərbaycan Kuboku — Futbol üzrə Azərbaycan kubokunun ikinci mövsümüdür. 1993-cü il mövsümündə 40 komanda mükafat üçün mübarizəyə aparmışdır.
1993 KONKAKAF Qızıl Kuboku
1993 KONKAKAF Qızıl Kuboku (ing. 1993 CONCACAF Gold Cup) — 1993-cü ilin 10 – 25 iyul tarixləri arasında ABŞ və Meksikada təşkil olunmuş sayca ikinci KONKAKAF Qızıl Kuboku. Turnirin qalibi təşkilatçı olkələrin iştirakı ilə keçən final matçında ABŞ milli futbol komandasını 4–0 hesabı ilə məğlub etmiş Meksika milli futbol komandası olmuşdur.
1994-95 Azərbaycan Kuboku
1994-95 Azərbaycan Kuboku — Futbol üzrə Azərbaycan kubokunun dördüncü mövsümüdür. 1994-95 mövsümündə 28 komanda mükafat üçün mübarizəyə aparmışdır.
1994 FİFA Dünya Kuboku
XV Dünya Çempionatı

Digər lüğətlərdə