LİSANÜLQEYB
LİZA
OBASTAN VİKİ
Liva
Liva — iki alaydan ibarət hərbi birləşməyə və bu birləşmənin komandirinə verilən ad. Liva rəsmi qeydlərdə "mirliva" kimi də xatırlanır. Osmanlı ordusunun rütbələrinı görə, miralayın rütbəsi qalxanda liva, livanın rütbəsi qalxanda ferik olurdu. Livalara "paşa" da deyilirdi, "səadəttlü " isə rütbə kimi istifadə olunurdu. Ölkənin mülkiyyə sinfindən olan mütəsərrüf idarəsində hissəsi də liva adlanırdı, lakin bunun əvəzinə daha çox sancaqdan istifadə edilirdi.
Azərbaycan–Livan münasibətləri
Azərbaycan–Livan münasibətləri — Azərbaycan Respublikası ilə Livan Respublikası arasındakı müxtəlif sahələrdə mövcud ikitərəfli əlaqələr. 1972-ci ildə Ümummilli Lider cənab Heydər Əliyev Livanda səfərdə olmuşdur. 1991-ci ilin 30 dekabrında Azərbaycan Respublikasının müstəqilliyi Livan Respublikası tərəfindən tanınmışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 18-də qurulmuşdur. Həmin tarixdə iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. 2014-cü ilin 20 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 886 nömrəli Sərəncamı ilə cənab M.M.Əliyev AR-ın Livan Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılmışdır. 2015-ci ilin 5 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin 1435 nömrəli Sərəncamı ilə cənab Ağasəlim Şükürov AR-in Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 2016-cı ilin 18 noyabr tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı səfiri cənab A.Şükürov etimadnaməsini Livan Respublikasının Prezidenti general Mişel Auna təqdim etmişdir. 20-21 sentyabr 2018-ci il tarixlərindəAzərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə keçirilmiş tədbirlərdə Livan Respublikasının Milli Assambleyasında Livan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti iştirak etmişdir. 27 sentyabr 2018-ci iltarixindəAzərbaycanRespublikasının Xarici İşlərnaziricənab Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Livan Respublikasının Xarici İşlər və Diaspor naziri cənab Cubran Basil iləgörüşmüşdür.
Ağcaqala livası
Ağcaqala livası— 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ağcaqala idi. Ağcaqala livası nahiyəyə bölünürdü.
Boris Livanov
Boris Nikolayeviç Livanov (rus. Бори́с Никола́евич Лива́нов; 25 aprel (8 may) 1904, Moskva – 22 sentyabr 1972, Moskva) — sovet aktyoru, teatr rejissoru, SSRİ xalq artisti (1948), Stalin mükafatı (1941, 1942, 1947, 1949, 1950) və SSRİ Dövlət mükafatı (1970) laureatı, Vasili Livanovun atası. Boris Livanov 1924-cü ildən Moskva Bədaye Teatrının aktyoru, 50-ci illərdən eyni zamanda rejissoru olmuşdur. Ən yaxşı rolları Şvandiya ("Lyubov Yarovaya", K.Trenyov), Nozdryov ("Ölü canlar", N.Qoqolun eyniadlı əsəri üzrə), Solyonı ("Üç bacı", A.Çexov), Rıbakov ("Kreml saatı", N.Poqodin), Yeqor Bulıçov ("Yeqor Bulıçov və başqaları", M.Qorki), Dmitri Karamazov ("Karamazov qardaşları", F.Dostoyevskinin eyniadlı əsəri üzrə) və b. olmuşdur. 1924-cü ildən kinoda çəkilmişdir. "Dubrovski" (1936), "Baltik deputatı" (1937), "Minin və Pojarski" (1939), ""Varyaq" kreyseri" (1947), "Admiral Uşakov" (1953), "Dəniz haqqında poema" (1958) və. Lenin ordeni, 5 başqa orden və medallarla təltif edilmişdir.
Bərdə livası
Bərdə sancağı və ya Bərdə livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bərdə idi.
Bərgüşad livası
Bərgüşad sancağı— 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bərgüşad idi. Bərgüşad livası dörd nahiyəyə bölünürdü. Bərgüşad nahiyəsi ,Zans nahiyəsi, Dizaq nahiyəsi, Keştasf nahiyəsi Osmanlılar Bərgüşad sancağını nahiyyələrə bölmüşdülər. Bunlardan biri Bərgüşad nahiyəsi idi. Osmanlı dövründə (1724-1834) Bərgüşad nahiyəsinin başçısı Məhəmmədşərif bəy idi. Onun başçılığı haqqında Sultan III Əhmədin fərmanı: Liva-ik (Bergüşat) Sabıka Revan Seraskeri olan Vezir Ahmed Paşa tarafından Hılhına sancağı tevcih olunan Mehmed Şerif Bey hizmetde bulunduğu ecilden hala, Gence ve Şirvan caniblerine serasker olan Vezir Elhac Mustafa Paşa tarafından Bergüşat sancağı tevcih olunup zabt-u muhafazası içün irsal olunduğunu, vezir-i müşarun –ileyh kaimesiyle ilam ve Devlet-i Aliyye tarafından dahi tevcihini reca itmekle liva-i mezbur, muma-ileyh Mehmed Şerif Beye verilmişdir, (28 S 138). Məhəmmədşərif bəy 1732-ci ildə vəfat etdi. Onun yerinə Əli bəy təyin edildi. Onun təyinatı ilə bağlı Sultan III Əhmədin fərmanı: Mutasarrıfı Mehmed Şerif fevt olmağla, iki seneden beri Devlet-i Aliyye-ye izhar-itaat ve Kızılbaş ile ceng idüp sünniyyül-mezheb olan Bergüşatlı Aliye mirlivalık ile Gence Seraskeri Vezir Mustafa Paşanın iltimasıyla verilmişdir, (22 Ca 138).
Dominik Livakoviç
Dominik Livakoviç (xorv. Dominik Livaković; [dôminik liʋǎːkoʋitɕ, domǐ-]; 9 yanvar 1995, Zadar) — Fənərbaxça klubu və Xorvatiya milli komandasında qapıçı kimi çıxış edən peşəkar xorvat futbolçusu. Livakoviç 2012-13 mövsümünün əvvəlində NK Zaqrebin əsas komandasının bir hissəsi oldu. Əvvəlcə klubun ikinci qapıçısı olan o, 31 avqust 2012-ci ildə HNK Cibalia -ya evdə 1-0 hesabı ilə məğlub olaraq tam matçda oynayaraq liqada debüt etdi. Tezliklə o, klubun bir nömrəsi oldu və dörd mövsüm ərzində cəmi 104 liqada, o cümlədən Prva HNL -də 90 oyun keçirdi. 30 avqust 2015-ci ildə o, 2016-17 mövsümünün əvvəlində Zaqreb Dinamo komandasına qoşulmağa razılıq verdi. O, klub üçün liqada debütünü 2 oktyabr 2016-cı ildə Hayduk Split ilə evdə qolsuz heç-heçə edib. 18 oktyabr 2016-cı ildə o, UEFA Çempionlar Liqasında ilk oyununu Sevilya ilə evdə 1:0 hesablı məğlubiyyətdə etdi. 30 iyul 2019-cu ildə Çempionlar Liqasının təsnifat mərhələsində Saburtalo Tbilisi üzərində 3:0 hesablı qələbə qazanan Livakoviç, "Dinamo"nun mövsümün əvvəlindən ən çox dəqiqə keçirən Drazen Ladiçin 1995 -ci ildə qol buraxmadan (413) rekordunu qırdı. O, mövsümün ilk qolunu üç gün sonra, Qoritsa üzərində 3-1 liqa qələbəsində buraxaraq, yeni rekordu 535-ə çatdırdı .
Ermənistan–Livan münasibətləri
Livan—Ermənistan münasibətləri — Livan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Livan Qondarma Erməni Soyqırımını tanıyan ilk Ərəb Dövlətləri Liqasına üzv ola ölkədir. 2006-cı ildəki İkinci Livan müharibəsi zamanı Ermənistan Livana humanitar yardım göndərmişdir: dərmanlar, ilk yardım ləvazimatları və s. 12 may 2000-ci ildə Livan Parlamenti Qondarma Erməni Soyqırımının tanınmasına səs verir. Livan qondarma soyqırımı tanıyan ilk ərəb dilli ölkə olur. Livandakı erməni icmasının bir neçə siyasi partiyası var. Livandakı EİF Dashnaktsutyun Partiyası hazırda hökumətdə və 8 Mart koalisiyasındakı ən böyük erməni partiyasıdır. Bununla birlikdə 14 mart müxalifət koalisiyasını dəstəkləyən partiyalar da var. Ölkələr arasında viza rejimi yoxdur. Livanda onlarla erməni məktəbi, universiteti, uşaq bağçası və müxtəlif müəssisələr var.
Gəncə livası
Gəncə sancağı və ya Gəncə livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Gəncə idi.
Livadiya
Livadiya — Ukraynada (Krımda) Qara dəniz sahilində şəhər tipli qəsəbə. Gözəl iqlim şəraiti olan kurort. Livadiya Yalta konfransının (1945) keçirildiyi yerdir.
Livadiya sarayı
Livadiya sarayı (rus. Ливадийский дворец, ukr. Лівадійський палац) — Yaltanın 3 km uzaqlığında, Livadiyada Mohabi təpəsində yerləşən saray kompleksi. 1911-ci ildə Rusiya çarı II Nikolay tərəfindən yay evi kimi tikilmişdir. Bizans, ingilis, qotika və ərəb memarlığının izlərini daşıyan saray İtaliya intibah tərzində 1910-1911-ci illəri arasında memar Nikolay Krasnov tərəfindən tikilmişdir. İnşaasında ağ Krım qranitindən istifadə olunmuşdur. Sarayın bəzi yerlərində islam memarlığına aid izlər vardır. Sarayın bağçası İtalyan görkəminə malikdir. Sarayın içində muzey və şəkil qaleriyası fəaliyyət göstərir. Livadiya sarayı inşa olunduqdan sonra çar II Nikolay bura sadəcə 2 dəfə gələ bilmişdi.
Livadə
Livadə - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsi(Şörəyel livası)da kənd. Dərbənd kəndinin yaxınlığında yerləşən Livadə kəndi. Gəlir: 3.000 ağça..
Livan
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Livan 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında
Livan - 14-26 avqust tarixləri arasında Sinqapurun eyni adlı şəhərində keçirilən I-ci 2010 Yeniyetmələrin Yay Olimpiya oyunlarında.
Livan 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Livan — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Livan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.
Livan 2018 Qış Olimpiya Oyunlarında
Livan 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və xizəklə yürüş olmaqla 2 idman növündə 3 idmançı ilə təmsil olunacaqdır. Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən livam «B» kateqoriyası üzrə təmsil iki idmançı ilə təmsil olunacaqdır Kişilər Qadınlar Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Livan «B» kateqoriyası üzrə 15 km-lik yürüşdə iştirak hüququ əldə etmişdir. Ölkəsini təmsil etmək hüququ samer Tauka məxsusdur.
Livan Avroviziya Mahnı Müsabiqəsində
Livan Avroviziya Mahnı Müsabiqəsində heç vaxt iştirak etməmişdir. Müsabiqəni yayımlayan Tele Liban, 2005-ci ildə müsabiqədə iştirak üçün ilk dəfə müraciət etmişdir. Yarışmaya Alin Lahudun ifa edəcəyi "Quand tout s’enfuit" adlı mahnı ilə iştirak etmək istəyən Livan, İsrailə aid olan məzmunun yayımlanmasını qadağan edən qanunlara əsaslanaraq sonradan bu qərardan imtina etmişdir. Bundan sonra Livan üç illik müsabiqədə iştirak edə bilməmə cəzasını almışdır. Livan əsilli ingilis müğənni Mika Livan adına müsabiqədə iştirak etmək istədiyini bildirsə də, Livan bu günədək yarışmada iştirak etmək üçün başqa bir müraciət etməmişdir. 21 oktyabr 2004-cü ildə Livan dövlət televiziyasının sədri İbrahim əl-Huri Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək 2005 Avroviziya Mahnı Müsabiqəsində Livanın da iştirak edə biləcəyini açıqlamıştır. 3 noyabr 2004-cü ildə Livanı Avroviziyada təmsil etmək məqsədilə dövlət televiziyası tərəfindən Alin Lahudun təyin olunduğu bildirildi. 2005-ci ilin fevral ayının ikinci həftəsində mahnının İngiliscə və ya Fransızca olacağı bildirildi, çünki Alin Lahud hər iki dildə də yaxşı danışırdı. Sonradan mahnının şərq-qərb sintezində olduğu və mahnının dilinin fransızca olacağı bildirildi. Mahnı fevral ayının ortalarında seçilmişdi və müəllifləri Cad Rəhbani və Romeo Lahud idi.
Livan Baş Naziri
Livanın Baş naziri — Livan Ərəb Respublikasının baş naziri. Vəzifəni Həsən Diyab icra edir.
Livan Respublikası
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Livan bayrağı
Livan bayrağı (ərəb. علم لبنان‎) - Livan Respublikasının bayrağı Livan konstitusiyasının 5-ci maddəsi dövlət bayrağı haqqındadır. Konstitusiyada yazılıb: «Livan bayrağı iki qırmızı və 1 ağ zolaq olmaqla 3 zolaqdan ibarətdir. Ağ zolaq qırmızı zolaqların ortasında yerləşir. Ağ zolağın eni qırmızı zolaqların enləri cəminə bərabərdir. Ağ zolağın mərkəzində sülh və uzunömürlülük rəmzi olan Sidr ağacı yerləşir.» Livan uzun illər boyunca müxtəlif ölkələrin təsiri altında olmuşdur. Nəticədə həmin ölkələrin bayraqları bir müddət Livanın bayrağı olmuşdur. Osmanlılardan ayrıldığı ilk vaxtlarda ağ parça üzərində Livan sidrinin təsviri olan bir bayraq idi. 1 noyabr 1943-cü ildə Fransa mandatlığında Livan parlamenti üzvlərinin imzaları ilə təsvir olunmuş bir bayraq təsdiqləndi. Bu Livanın ilk rəsmi bayrağı idi.
Livan coğrafiyası
Aralıq dənizinin şərq sahilində yerləşən Livan Respublikası şimaldan və şərqdən Suriya, cənub-şərqdən İsrail, cənubdan müsdəqil Fələstin ərəb dövləti yaratmaq məqsədilə BMT tərəfindən ayrılmış ərazi ilə həmsərhəddir. Aralıq dənizinin Livan sahillərində əmələ gətirdiyi təbii buxtalarda Beyrut, Sayda, Tripoli kimi böyük limanlar salınmışdır. Livan Asiya, Afrika və Avropanın bir-birilə yaxınlaşdığı yerdə – Aralıq dənizi hövzəsini İran körfəzi bölgəsi ilə birləşdirən beynəlxalq əhəmiyyətli yollar üzərində yerləşir. Coğrafi mövqeyinin belə əlverişli olması ölkənin iqtisadiyyatına təsir göstərmiş və onu Yaxın Şərqin böyük tranzit-ticarət mərkəzinə çevirmişdir. Livanın ərazisi 10,5 min. kv. km-dir. Bu göstəriciyə görə dünyanın 159-cu dövlətidir. Livan əsrarəngiz təbiətə malik ərəb ölkələrindəndir. Təsadüfi deyil ki, onu Yaxın Şərqin İsveçrəsi, Aralıq dənizinin «incisi» adlandırırlar.
Livan dənizi
Livan dənizi — Aralıq dənizinin şərqində, Kipr adası və Afrika arasında yerləşir. Dəniz şimalıdan Kipr adası və Kilikiya dənizi, qərbində Kipr dənizi ilə hüdudlanır. Dənizin ən böyük adası Kiprdir. Maksimal dərinlyi — 4384 metrdir. Sahəsi 320 min km² təşkil edir. Burada orta duzluluq 38,9 - 39,8 ‰ təşkil edir. Demək olaraq iri çay tökülmür Aralıq dənizinin şərq hissəsini təşkil edir. Şimaldan Türkiyə, şərqdən İsrail, Suriya, Livan, cənubdan Misir və Liviya, şimal-qərbdən isə Egey dənizi ilə əhatələnir. Livan dənizinin şelf zonasının İsrail və Livan sərhəddi ərazisində nəhəng Levifan qaz yatağı yerləşir.
Livan erməniləri
Livan erməniləri — Livanda yaşayan ermənilərə verilən ümumi ad. Ermənilər Livan əhalisinin 4% təşkil edir. Ermənilər Livan vətəndaş müharibəsi zamanı döyüşlərdə faəl iştirak etmişdilər. Bəzi mənbələrdə, müharibədən əvvəl Livanda 100 minə yaxın, erməninin yaşadığını, müharibə səbəbindən ölkəni tərk etdikləri göstərilir. Livanda ilk ermənilərin dəqiq nə zamandan yaşamağa başladıqları məlum deyil. Eranın ilk illərində, Livan ərazisində yaşayan xalqlar haqqında məlumat veriləndə, ermənilərində adları qeyd edilir. 1915-ci ildə Livan Osmanlı imperiyasının tərkibində idi. Bu dövrdə ermənilər daha çox Beyrut şəhərində yaşayırdılar. Sultanın fərmanı ilə ermənilərin yaşadıqları ərazilərdən köçürülməsi nəticəsində, Livanda erməni əhalisi sürətlə artmağa başlamışdır. Ermənilər Karantina və Burc Hamod bölgələrində sürətlə məskunlaşmışdılar.
Livan funtu
Livan funtu və ya livr (ərəb. ليرة لبنانية‎, fr. livre libanaise, ing. lebanese pound) — Livanın pul vahididir. Livanda pul vahidini Livan lirası adı altında istifadə edirlər.. Daha əvvəl bir Livan funtu 100 piastra bərabər idi, amma belə bölgüdən sonra ölkədə inflyasiya yarandığından ölkə bu sistemdən imtina etdi. ISO 4217 beynəlxalq standartına uyğun olaraq Livan funtunun beynəlxalq işarəsi — LBP-dir. Pul dövriyyəsində 25, 50, 100, 250 və 500 Livan funtu nominallı sikkələrə rast gəlmək mümkündür. Pul dövriyyəsində 1000, 5000, 10000, 20000, 50000 və 100000 Livan funtu nominallı əsginaslara rast gəlmək mümkündür. Əsginaslar Qəznədə çap edilir.
Livan gürzəsi
Gürzə və ya Livan gürzəsi (lat. Macrovipera lebetina) — Nəhəng gürzə cinsinə aid ilan növü. Gürzələr fəsiləsinin ən iri nümayəndəsidir. Onun quyruğu ilə birlikdə uzunluğu 2 metr, çəkisi isə 3 kq təşkil edir. Başı olduqca iri və enlidir. Ağzı yuvarlaq, gözləri şaqulidir. Yuxarı hissəsi boz-qəhvəyi tondadır. Bəziləri vardır ki, bütünlüklə qara və qəhvəyi rəngdə olur. Gürzə Şimal-Qərbi Afrika, Aralıq dənizi sahili ərazilər, qərbi, orta və cənubi Asiya ərzilərində yayılmışlar. İordan çayının qərb sahillərində, İsrail, İran, İraq, Türkiyə, Əfqanıstan, Azərbaycan, Dağıstan və nadir hallarda isə Qazaxıstan rast gəlinir.