TƏBƏRZİN

is. [ ər. ]
1. Baltaya bənzəyən qədim silah. Orta Asiyanın qədim tayfalarının silahları ox, nizə, qılınc və təbərzindən ibarət imiş.
2. Keçmişdə: dərvişlərin gəzdirdikləri aypara şəklində baltacıq.
Boynundan bir çox kiçik və iri muncuqlar asmış bir dərviş əlində kəşkül və təbərzin oxuya-oxuya gedir. A.Şaiq.

Etimologiya

  • TƏBƏRZİN Təbər farsca “balta” deməkdir. Təbərzin “aybalta” (“allebarda”) kimi başa düşülür, zərbə baltasıdır (zin, zən “vurma” deməkdir)
TƏBƏRRÜK
TƏBƏSSÜM

Digər lüğətlərdə