TORAN

(Ağcabədi, Ağdam, Ağdərə, Gədəbəy, Şəmkir, Tərtər, Tovuz)
axşam qaranlıq düşən vaxt
◊ Toran vurmax (Ağdərə) – qaranlıq düşmək. – Yolda məni toran vurdu. Toran qarışmax (Ağdam, Ağcabədi) – qaranlıq düşmək. – Birəzdən toran qarışajax, vaxtkən dur, yığış gedəx’ (Ağdam); – Toran qarışır, öküzdəri sal pəyyə (Ağcabədi). Toran tüşməx’ (Ağcabədi, Ağdam, Ağdərə, Gədəbəy, Tovuz, Şəmkir) – qaranlıq düşmək. – Toran tüşməmiş yola çıxın kin, gejix’mə:- siηiz idarıya (Gədəbəy); – Toran tüşməmiş işıx gözünə malları pəyyə sal (Tovuz). Toran çalmax (Bərdə, Tərtər) – qaranlıq düşmək. – Toran çalmışdı Həsən bizə:ləndə (Tərtər)
TORALMAX
TORATAX
OBASTAN VİKİ
Toran
Alatoranlıq, alaqaranlıq və ya toran — şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır. Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir. Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).
Toran (film, 2008)
Alatoran (ing. Twilight) — 2008-ci ildə Stefani Mayerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş ABŞ filmidir. Ketrin Hardvikin rejissorluğu ilə çəkilmiş filmin əsas rollarını Kristen Stüart və Robert Pattinson canlandırmışdır. Alatoran filmi Alatoran filmlər seriyasının ilk filmidir. Filmdə əsas hadisələr Bella Svon (yeniyetmə qız) və Edvard Kallenin (vampir) romantik münasibətlərindən və vampir Kallenlər ailəsinin Bellanı ovçu vampirlərdən qoruması ətrafında cərəyan edir. Layihə üç il ərzində Paramount Pictures tərəfindən inkişaf etdirilirdi və bu zaman filmin məzmunu romanın məzmunundan əhəmiyyətli dərəcədə fərqlənirdi. Layihənin üç il ərzində eyni vəziyyətdə saxlanmasından sonra Summit Entertainment romanın istifadə hüquqlarını ələ keçirə bilmişdi. Melissa Rozenberq 2007-2008-ci il Amerika Yazıçılar Gildiyası tətilindən əvvəl romanın yeni ekran adaptasiyasını tamamlamışdır. Filmin əsas çəkilişləri 44 gün davam etmiş və 2 may 2008-ci ildə tamamlanmışdır. Çəkilişlər əsasən Oreqon ştatında aparılmışdır.
Boris Yeltsin: Sübhdən toranadək
Boris Yeltsin: Sübhdən toranadək (rus. Борис Ельцин: от рассвета до заката Sovet partiya məmuru və Rusiya prezidenti işlədiyi dövrdə Boris Yeltsinin əvvəlcə şəxsi cangüdəni, daha sonra Prezidentin mühafizə xidmətinin rəisi olmuş Aleksandr Korjakovun xatirələr kitabıdır. 1997-ci ildə çap olunmuş kitabda Yeltsinin və ailəsinin şəxsi həyatı, siyasi hadisələr və həmçinin pərdəarxası intriqalarla bağlı maraqlı məqamlar yer alır. Korjakovun iddiasına görə, prezidentə yaxın olan oliqarx Boris Berezovski bu kitabı çap etməmək üçün ona 5 milyon dollar təklif etsə də, müəllif razılaşmamışdır. == Xarici keçidlər == Александр Коржаков.
Bulbophyllum toranum
Bulbophyllum toranum (lat. Bulbophyllum toranum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Toranomon insidenti
Toranomon insidenti (虎ノ門事件, Toranomon ciken) – 27 dekabr 1923-cü ildə Daysuke Nanba tərəfindən Yaponiya imperatorunun regenti Hirohitoya qarşı təşkil olunan sui-qəsd cəhdi. Nanba sui-qəsd cəhdi üçün solçu idealogiyadan təsirlənməklə yanaşı, 1910-cu ildə Vətənə xəyanət insidentinə görə edam edilmiş Kotoko Şusuinin intiqamını almaq istəyirdi. İnsidentdən sonra Nanba edam edilmiş və baş nazir Yamamoto Qonnohyoe istefa vermişdir. Yamaquçi prefekturasının nüfuzlu ailələrindən birindən olan Daysuke Nanba imperiya sisteminin dəstəkçisi idi və hətta orduda karyera qurmağı planlaşdırmışdı. Lakin 1919-cu ildən etibarən solçu mühazirələrinə qatılmış, seçki hüququ aksiyalarında iştirak etmiş, Vətənə xəyanət insidenti haqqındakı hesabatları oxumuş və siyasi mövqeyi dəyişmişdi. 1921-ci ildə Kavakami Hacime tərəfindən yazılmış məqalədə Rusiya inqilabçılarının fədakarlıqları təsvir olunmuşdu və bu, Nanbaya böyük təsir göstərmişdi. Nanba belə qərara gəlmişdi ki, inqilab üçün fədakarlıq mütləqdir. Nəhayət 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra Yaponiya hökumətinin yerli koreyalılara, sosialistlərə və anarxistlərə divan tutması Nanbanı qəzəbləndirmiş və o, hərəkətə keçməyə qərar vermişdir. Sui-qəsd cəhdi 23 dekabr 1923-cü ilin səhər saatlarında, Tokio şəhərinin Toranomon adlı bölgəsində baş vermişdir. Həmin gün Hirohito parlamentin yeni sessiyasını açmağa hazırlaşırdı.

Digər lüğətlərdə