ANLAŞILMAZ O, yenə müəmmalı və anlaşılmaz sözlər danışmağa başladı (M.S.Ordubadi); QARANLIQ O hansı qaranlıq məsəlidir? (M.S.Ordubadi); QARIŞIQ-DOLAŞIQ Qarışıq-dolaşıq yazıların içində kitabınadını tapa bilmədim (C.Məmmədquluzadə); QARMA-QARIŞIQ [Narınc:] Gecə elə qarma-qarışıq yuxular görmüşəm ki! (M.İbrahimov); QƏLİZ Mürvət: Elə də qəliz adı var ki... (H.Abbaszadə); MÜƏMMALI Zeynal: Ömrümdə birinci dəfə idi ki, belə müəmmalı intizar çəkirdim (B.Bayramov).