Anıtqəbirin tarixi
Ankara ilinin Çankaya ilçəsində yerləşən və Mustafa Kamal Atatürkün məqbərəsinin yer aldığı bina kompleksi olan Anıtqəbirin tikilməsi ideyası, Atatürkün 1938-ci il 10 noyabrda ölümündən sonra yaransa da, Atatürkün nəəşinin Ankarada bir məqbərə tikilənə qədər Ankara Etnoqrafiya Muzeyində qalmasına qərar verildi.
Məqbərənin tikiləcəyi yeri müəyyən etmək üçün hökumət tərəfindən komissiya yaradıldı. Hazırlanan hesabata uyğun olaraq Cümhuriyyət Xalq Partiyası parlamenti qrupunun 1939-cu il yanvarın 17-də keçirilən iclasında binanın Rasattəpədə tikilməsinə qərar verildi. Bu qərardan sonra, binanın dizaynını müəyyən etmək üçün 1941-ci il 1 martda beynəlxalq layihə müsabiqəsi elan edildi. 2 mart 1942-ci ildə başa çatan müsabiqənin qiymətləndirilməsi nəticəsində bəzi dəyişikliklərlə Emin Onat və Orhan Ardanın layihəsinin həyata keçirilməsinə qərar verildi. Təqdim olunan ikinci layihədə bir daha edilən dəyişikliklərdən sonra memarların yaratdığı üçüncü layihənin 4 iyul 1944-cü ildə İctimai İşlər Nazirliyi ilə memarlar arasında imzalanmış müqavilə ilə icra mərhələsinə keçildi. Anıtqəbrin tikintisinə 1944-cü il 9 oktyabrda təməlqoyma mərasimi ilə başlanıldı.
Dörd mərhələli tikinti prosesinin ilkin mərhələsinə ərazidə qruntların hamarlanması və xiyabanın divarlarının tikintisi daxil idi. 4 sentyabr 1944-cü ildə açılan tender nəticəsində məsuliyyəti Hayri Kayadelənə məxsus Nurhayr şirkəti öz üzərinə götürdü. 1945-ci ilin sonunda tamamlanacaq birinci hissədə tikinti işləri davam edərkən, 1945-ci il avqustun 18-də tikintinin ikinci hissəsi üçün tender elan edildi.