ARAYIŞ
ARD
OBASTAN VİKİ
ARD (teleşirkət)
Almaniya İctimai Yayım Təşkilatlarının Fəhlə İcması (alm. Arbeitsgemeinschaft der öffentlich-rechtlichen Rundfunkanstalten der Bundesrepublik Deutschland‎, ARD) — Almaniyada (1954-cü ildən) televiziya və radio proqramlarının mübadiləsini (1950-ci ildən) və 1-ci proqram üzrə yayımı həyata keçirən, hüquqi şəxs statusu olmayan təşkilat. == Maliyyələşdirmə == Dövlətlərin yayım təşkilatlarının maliyyələşdirilməsinin 86%-i əsasən "ARD ZDF Deutschlandradio Beitragsservice" təşkilatı tərəfindən bütün mülk sahiblərindən toplanan yayım haqqı hesabına gəlir, bundan sonra toplanan vəsait ARD arasında bölüşdürülür. ZDF və "Deutschlandradio", sonra artıq ARD daxilində BR, hr, SWR, WDR, NDR, Radio Bremen, SR, rbb, MDR və DW arasında bölünür. Onların maliyyələşdirilməsinin 2%-i ARD televiziya və radio kanallarında reklam vaxtının satışından əldə edilir. Televiziya mərkəzinin "Hessischer Rundfunk", Müşahidə Şurası və idarə heyəti yoxdur, bir idarəçi tərəfindən idarə olunur.
ARDNF
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) — neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur. Fond Prezident Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə yaradılıb. Hazırda rəhbəri İsrafil Məmmədovdur. == Tarix == ARDNF Azərbaycan Respublikası Prezidenti, Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir. ARDNF-nin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. ARDNF əməli fəaliyyətə 2001-ci ilin iyun ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlamışdır. ARDNF-nin yaradılması Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Neft Strategiyasının ayrılmaz hissəsidir. == Missiya == ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. == Məqsəd və vəzifələr == ARDNF-nin yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. ARDNF-nin təsis edilməsinin əsas məqsədi ölkəmizin neft sərvətlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaratmaqdan ibarətdir.
ARDNŞ
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ya qısaca SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
ARDSK
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi — Azərbaycan Respublikasında statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı. == Fəaliyyəti == statistika sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin edir; statistika sahəsinin inkişafını təmin edir; iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair statistika tədqiqatlarını təşkil edir və aparır; statistik vahidlərin dövlət registrini aparır; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
ARDTX
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və ya qısaca DTX — Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanı. == Haqqında == Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir. == Tarixi == 28 mart 1919 – Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əli Ağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı.
Adi ardıc
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Alçaqboylu ardıc
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Amerika ardıcquşu
Amerika ardıcquşu (lat. Bombycilla cedrorum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin ardıcquşlar fəsiləsinin ardıcquş cinsinə aid heyvan növü.
Ardov
Arduino
Arduino — açıq qaynaq kodlu bir mikronəzarətçi kartı. Giriş çıxış kartı və Processing/Wiring dilinin programı daxil olan, bir fiziki proqramlaşdırma platformasıda demək olar. İtalyan elektron mühəndisləri tərəfindən açıq qaynaq kodlu inkişaf etdirilən və istəyən hər kəsin şəxsi proglamlayabiləcəyi bir mikrosxemadır. Arduino sxemakartı üzərindəki mikroprosessor (AtmegaXX) Arduino proqramlaşdırma dili (wiring əsaslı) ilə proqramlaşdırılmış və bu program Processing əsaslı Arduino PT Inkişaf Mühiti (IDE) köməyi ilə karta yüklənir. Hər kartda ən azı bir ədəd 5 Voltluq regule inteqrasiyası və 16 MHz və ya əsasəndə yeni modellərində 32 MHz tezliyinə malik kristal oscillator vardır. Arduino bütün elektronik alətlərə qoşula bilər eləcə də istənilən qaydada elektronik alətləri idarə etmə qabilliyyətinə malikdir. Arduinonun bir çox modeli mövcutdur və dünyada sayısız insan bütün sahələrdə bunun köməyi ilə öz istədikləri texnologiyaları özləri də azad bir şəkildə yaradırlar. == Arduino ilə ediləbiləcək bəzi şeylər: == === İstehsal olunan rəsmi lövhələr === Həmçinin bax Arduino lövhələri və dəstəklədiyi sistemlərin siyahısı ing. Orijinal Arduino avadanlıqları İtaliya şirkəti olan Smart Projects tərəfindən istehsal edilir. Bəzi Arduino brendli lövhələr ABŞ şirkətləri SparkFun Electronics və Adafruit Industries tərəfindən dizayn olunub.
Arduşlu
Arduşlu (əvvəlki adı: Ardıclı) — Azərbaycan Respublikasının Laçın rayonu Arduşlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Ardıclı kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ardıclı kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Oykonim "ardıc ağacı çox olan yer", "ardıc bitən yer" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Piçənis çayının sahilində, Qarabağ silsiləsinin ətəyində, rayon mərkəzində təxminən 58 km şimal-qəbdə yerləşir. == Əhalisi == 2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 564 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir. === Şəhidləri === Xıdır Sədrəddin oğul Cabarov (1969-1992) Söhrab Əsgərov (1972-1994) Əzim Zahid oğlu Qasımov (1970-1993) Seyefəli Ədil oğlu Qədirov (1933-1992) İdris Həmizə oğlu Alməmmədov (1933-1992) Mahirə Fərhad qızı Alməmmədova (1991-1992) Fariz Ədalət oğlu Alməmmədov (1991-1992) Azad Pirqulu oğlu Cabbarov (1965-1992) == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənddə mağaza mövcud olub.
Ardvi
Ardvi (erm. Արդվի) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Ardvi bələdiyyəsi"ni (erm. Արդվի համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 177 nəfərdir.
Ardzaqank (qəzet)
"Ardzaqank" (erm. Արձագանք — Əks-səda) — 1882–1898-ci illərdə Tbilisidə nəşr edilmiş ədəbi-siyasi erməni qəzeti. Mühərriri (redaktoru) və naşiri Abkar Hovannesyan olmuşdur. == Haqqında == İlk nömrəsi 1882-ci ildə işıq üzü görmüşdür. 1889-cu ilə qədər həftəlik ədəbi-siyasi qəzet, 1890–1891-ci illərdə həftəlik illustrasiyalı ədəbi-siyasi qəzet olmuşdur. 28 iyul 1891-ci il tarixli nömrəsindən yenidən həftədə bir dəfə çıxan ədəbi-siyasi qəzet, 1892-ci ildən həftədə 3 dəfə çıxan ədəbi-siyasi qəzet olmuşdur. 1898-ci ildə "təhlükəli fikirlər yaydığına görə" Qafqaz hakimi knyaz Q.S.Qalitsinin əmri ilə nəşri dayandırılmışdır. == Fəaliyyəti == "Ardzaqank" qəzeti XIX əsrin ikinci yarısında erməni ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Qəzetdə Rafael Patkanyan, Raffi, Aleksandr Şirvanzadə, Muratsan, Vrtanes Papazyan, Qabriel Sundukyan, Hovannes Hovanesyan, Hakob Paronyan, Qriqor Zöhrab, Bedros Turyan və başqa şair və yazıçıların əsərlərini çap edilmiş, rus və Avropa ədəbiyyatı nümayəndələrindən (M.Lermontov, İ.Turqenev, Şandor Petöfi, Fridrix Şiller, Zolya, Dode, Gi dö Mopassan, Qenrix İbsen və b.) tərcümələrə yer verilimiş, dil, ədəbiyyat və maarif, ədəbi nəzəriyyə və tənqid, arxeoloji və topoqrafik çalışmalar kimi mövzülar haqqında məqalələr çap edilmişdir. Qəzet tək Qafqaz yox, həm də Osmanlı imperiyasında yaşayan ermənilər haqqında tez-tez məqalələrlə çıxış etmiş, onların səsi olmuşdur.
Ardıc
Ardıc (lat. Juniperus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi. == Təbabətdə == XVII əsr müəllifi Məhəmməd Möminə görə, ardıc həlimi sidikqovucu təsirə malikdir, ələş xəstəliyində və bağırsaqda bəzi qurd növlərinə qarşı kömək еdir. Ovxalanmış ardıcın iynəyarpağından hazırlanmış komprеs xoralarda, bədənin kеyiməsində, uyuzda xеyirlidir. Ovxalanmış mеyvələrinin sirkə ilə mərhəmi saç töküldükdə xеyirlidir. Ardıc mеyvələri və əncirdən hazırlanmış məlhəm bədən donmasında tətbiq еdilir. Təngənəfəslikdə 30 q ardıq mеyvələrinin, 15 q kərə yağı və 60 q balın qarışığı məsləhət görülür. Həddindən artıq qəbul еdildikdə, ardıc qaraciyərə ziyandır. Bu zaman quluncan köməyə gəlir. Ardıc mədəyə ziyan vеrməsin dеyə onu bal ilə qarışdırmaq lazımdır.
Ardıc (dəqiqləşdirmə)
Ardıc — sərvkimilər fəsiləsinə aid bitki cinsi. Ardıc — Gədəbəy rayonu ərazisində dağ; Ardıc — Kəlbəcər rayonu ərazisində dağ; Ardıc — Qubadlı rayonu ərazisində dağ; Ardıc — Şərur rayonu ərazisində dağ. Hündürlüyü 2032 m.
Ardıc dağı
Ardıc dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun eyniadlı şaxəsində, Bağırsaqdərəsi çayının yuxarılarının sol sahilində, Günnüt kəndindən 4 km cənub-şərqdə dağ (hünd. 2034,4 m). Üst Permə aid Dəvəölən, Bəysal və Axura lay dəstələrinin əhəngdaşıları və qısmən şistləşmiş gillərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən eyniadlı sinklinal qırışığın nüvə hissəsində yerləşir. Zirvə və yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli çoxsaylı fay və fay-yerdəyişmə qırılmaları izlənilir.
Ardıcquş
Ardıcquş (lat. Bombycilla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin ardıcquşlar fəsiləsinə aid heyvan cinsi.
Ardıcvari arseutobium
== Təbii yayılması == Krım, Qafqaz və Orta Asiyada yayılmışdır, dəniz səviyyəsindən 2000 −2500 m hündürlükdə bitən ardıcların köklərində parazitlik edir. == Botaniki təsviri == Hündürlüyü 2–20 sm, oduncaqlı, yığcam, buğumlu, çox miqdarda budaqları olan koldur. Çiçəkləri yarpaqların qoltuqlarında tək, bircinsli, ikievlidir. Çiçəkyanlığı 2–3 bölümlü, bu qədər erkəkciklidir. Dişicik çiçəklərin borucuqlu, ikiyə bölünmüş çiçək yanlığı vardır. Sütuncuğu qısa, konusşəkilli, küt dişicik ağızlıdır. Meyvəsi yumurtaşəkilli, yalançı giləmeyvədir. Yarpaqları xırda, cüt, oturaqdır. Giləmeyvəsi yumurtaşəkilli, mavi, ucunda çiçək yanlığının qalıqları vardır, yetişdikdə açılır. Xırda yarpaqları bünövrəsində bitişir.
Ardıcıl
Ardıcıl (serial)– zaman və məkan baxımından ardıcıl yerləşmiş. Verilənlərin ötürülməsində: ardıcıl ötürmə, informasiyanı ayrıca kanalla, məsələn, ardıcıl portda olduğu kimi, birdəfəyə bit-bit göndərməkdir. Verilənlərin emalının və hesablamaların başqa aspektlərində: ardıcıl erişim, axırıncı tapılmış elemetin yerinə əsaslanaraq informasiyanın axtarılması üsuludur; ardıcıl kompüter, bir hesab və məntiq bloku olan qurğudur; ardıcıl toplama, mərtəbə-mərtəbə toplamadır (məsələn, məktəb qaydası ilə – sütun-sütun), bunun əksi olan paralel toplamada bütün rəqəmlər birdən toplanılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ardıcıl altı silindrli mühərrik
Ardıcıl altı silindrli mühərrik (çox vaxt I6 və ya L6 kimi qısaldılır), eyni xəttdə altı silindrin hamısının yerləşdiyi daxili yanma mühərriki növüdür. Altı silindrli mühərriklərdə bir sıra yan-yana yerləşən altı silindr tək bir dirsəkli valı döndərir. Maili formada quraşdırılmış ardıcıl altı silindrli mühərriklərə “maili altı silindrlər”də deyilir. Ardıcıl altı sıra, həm əsas, həm də köməkçi mexaniki motor balansına malik ən sadə mühərrik yerləşdirməsidir və daha az silindrli mühərriklərdən daha az vibrasiya təmin edir.
Ardıcıl dörd silindrli mühərrik
Ardıcıl dörd silindrli mühərrik (Inline-4, I4 və ya L4), eyni xəttdə dörd silindrin yerləşdiyi daxili yanma mühərriki növüdür. Ardıcıl dörd silindrli mühərriklərdə, bir silindr cərgəsində yan-yana yerləşən dörd silindr tək bir krank mili çevirir. Maili vəziyyətdə quraşdırılmış ardıcıl dörd silindrli mühərriklərə “maili dörd silindr” də deyilir. Ardıcıl dörd silindrli mühərriklər, mükəmməl ilkin balansa sahib olduqlarına və mexaniki cəhətdən asan olduqlarına görə ekonom avtomobillərdə ən populyar mühərrik növüdürlər. Bununla birlikdə, mühərrikin zəif ikincil tarazlığı, xüsusilə kiçik həcmli mühərriklərdə aşağı səviyyədə titrəmə yaradır. Mühərrikin böyüməsi ilə bu titrəmələr artdığından, böyük həcmli mühərrik dizaynlarında dörddən çox silindr istifadə olunur.
Ardıcıl giriş
Ardıcıl giriş (sequential (serial) access) — informasiyanın elə yazılması və axtarılması üsuludur ki, oxumanı verilənlər yığınının lap başlanğıcından başlamaq gərəkdir. Verilənlər bağlı ardıcıllıq ola bilər, yəni ardıcıllıqda hər bir element (fayl, yaxud yazı) növbəti elementi göstərə bilər. Bu termin ardıcıl erişimli fayllara (SEQUENTİAL-ACCESS FİLES) erişməni təsvir etmək üçün istifadə edilə bilər. Hər bir informasiya elementinin özündən əvvəlki informasiyaya istinad etdiyi fayllar (məsələn, poçt göndərmələrinin siyahısından və mətn prosessorlarının sənədlərindən ibarət fayllar) üçün ardıcıl erişimdən istifadə etmək daha yaxşı olur. Ardıcıl erişim maqnit lentində olan müəyyən mahnının axtarılması prosesi kimidir: axtarış lentin başlanğıcından başlamalı və lazım olan mahnı tapılanadək ardıcıllıqla davam etdirilməlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ardıcıl səkkiz silindrli mühərrik
Ardıcıl səkkiz silindrli mühərrik (çox vaxt I8 və ya L8 kimi qısaldılır), eyni xəttdə səkkiz silindrin hamısının yerləşdiyi daxili yanma mühərriki növüdür. Səkkiz silindrli mühərriklərdə bir sıra yan-yana yerləşən səkkiz silindr tək bir dirsəkli valı döndərir. Maili formada quraşdırılmış ardıcıl səkkiz silindrli mühərriklərə “maili səkkiz silindrlər”də deyilir. Silindr həcmi bir nəqliyyat vasitəsi alınarkən diqqət edilməsi ən vacib olan məsələlərdən biridir. İstifadə edilmiş bir avtomobil və ya sıfır kilometrlik bir avtomobil alarkən silindr həcmi nəzərə alınır. Nəqliyyat vasitəsinin fəaliyyətinə birbaşa təsir edən silindr həcmi, həm də yanacaq istehlakını təyin edən amillərdən biridir. 8 Silindrli mühərriklər əsasən performans maşınlarında olur. Xalq arasında “böyük mühərrik” olaraq bilinən səkkiz silindrli mühərrik həcmi, həm də at gücünün yüksək olduğuna işarədir. Silindrlər içərisindəki porşenlərin qarşılıqlı hərəkəti mühərrikin işləməsinə imkan verən enerjini yaradır. Silindrlər mühərrikdəki silindr gövdəsində 4 hissəli yerləşdirilmişdirlər.
Ardıcıllıq
Ardıcıllıq — bir natural dəyişəni olan və aşağıdakı xassələri ödəyən z {\displaystyle z} funksiyasına deyilir: z {\displaystyle z} funksiyasının təyin oblastına daxil olan ixtiyari n {\displaystyle n} natural ədədi üçün, n {\displaystyle n} -dən kiçik hər bir k {\displaystyle k} natural ədədi də z {\displaystyle z} funksiyasının təyin oblastına daxildir.
Ardıcıllıq (biologiya)
Molkulyar biologiyada ardıcıllıq biopolimerin tərkibində kovalent rabitələrlə əlaqələnmiş monomerlərin bir ölçülü düzülməsidir. Həm də bioloji makromolekulun əsas quruluşunu ifadə edir. DNT və zülal ardıcıllığı ən geniş istifadə olunan terminlərdir.

Digər lüğətlərdə