UÇMAQ₂

f.
1. Hər hansı bir səbəb üzündən yıxılmaq, dağılmaq; öz ağırlığının təsiri altında düşmək; yıxılmaq, uçulmaq. Dam uçdu. Qaya uçanda toz qopar.
– Qışda uçmuş ( f.sif. ) damlar qayrılır, rəxnələnmiş hasarlar təmir olunub düzəlirdi. S.Hüseyn.

// məc. Dağılmaq, yıxılmaq, yox olmaq, məhv olmaq, alt-üst olmaq, yerlə yeksan olmaq.
Uçdu xalqlar məhbəsi; Ellər bərabər oldu. R.Rza.

2. Uca bir yerdən yıxılmaq, düşmək, üzüaşağı aşmaq, yuvarlanmaq.
[Qurban:] Pənah Allaha, haraya çıxım, qoy dağdan, qayadan uçum, yırtıcı heyvanat məni dağıtsın. Ə.Haqverdiyev.
Elə uçurum, sıldırım qayalıq yerlərdən keçirdim ki, ayağımın altından bir daş uçsa idi, birbaş dərəyə yuvarlanıb parçaparça olacaqdım. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UÇMAQ I 1. UÇMAQ (quşlara aid) Dağın baş tərəfinə yaxın bir yerdə qartallar uçurdu (Mir Cəlal); QANADLANMAQ Qırğı
  • UÇMAQ sərilmək — sərələnmək — yayılmaq
  • UÇMAQ süzmək
  • UÇMAQ qalmaq — pərvazlanmaq — yüksəlmək
  • UÇMAQ dağılmaq — devrilmək — yıxılmaq
  • UÇMAQ çapmaq — qaçmaq
  • UÇMAQ buğlanmaq — buxarlanmaq
  • UÇMAQ ötmək — keçmək
  • UÇMAQ düşmək — tökülmək

Omonimlər

  • UÇMAQ UÇMAQ I f. Havada qanadla getmək. Durma, uç göylərə, pərvazına heyranam, uç! (S.Rüstəm). UÇMAQ II f. Yıxılmaq, dağılmaq, sökülmək

Antonimlər (əks mənalı sözlər)

  • UÇMAQ UÇMAQ – ENMƏK Ona elə gəldi ki, uçur; günəşdir, kürəyini yandıran (R.Rza); Qalxdıqca qatar; buludlar endi yavaş-yavaş (R

Etimologiya

  • UÇMAQ “Kitabi-Dədə Qorqud”da bu söz “cənnət” anlamında işlədilib. Alınma söz­dür, Soğdaq dilinə mənsubdur. Həmin dildə sözün mənası “cənnət”, “göy” kimi açı
UÇMA₁
UÇMAQ₁
OBASTAN VİKİ
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.

Digər lüğətlərdə

антиэлектро́н бельма́сто выпряга́ние гро́шик отпра́вочный перетя́гивать привере́дничество припуска́ние скры́ня таволжа́нка логогра́мма окололитерату́рный отпоте́ть ря́пушковый торочи́ть гоноболь dancette ferae naturae helping verb intrepidity Piscean беспосадочный зарубать упрёк устьице