Azərbaycan dilinin izahlı lüğətində CAH sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ər.] klas.
1. Mənsəb, məqam, rütbə. Vəfalı dostumu hər dəm anaram; Ona qurban cahım, cəlalım mənim. Aşıq Ələsgər.
2. İftixar, fəxr, hörmət. Sənsən mənim ayım, günüm, hilalım; Dövlətim, iqbalım, cahım, cəlalım. M.P.Vaqif.
← CAĞLI

sif. Cağ vurulmuş, çəpərli, hasarlı. Cağlı bağça.

CAHAN →

is. [fars.] Dünya, aləm, kainat. Məndə sığar iki cahan, mən bu cahana sığmazam.