AYAQYALIN – BAŞIAÇIQ Elə alt köynəkdə ayaqyalın, başıaçıq bayıra çıxdı (İ.Şıxlı)
AYAR – ÖLÜVAY Abbas kişi çox ayar adamdır, amma qardaşı ölüvaydır
AYAZ – İSTİ Kül rəngli havada toz, duman var; Dəhşətli soyuq, ayaz, boran var (A.Şaiq); Yorğun adam kimi, elə bil bu an; İsti tər tökürdü yerin sinəsi
AYAZIMAQ – TUTQUNLAŞMAQ Payızın çiskinli, dumanlı günü ayazıyırdı (S.Rəhimov); Belə zamanlarda təbiidir ki, onun gülər üzü bir qədər tutqunlaşar, alnı
AYAZLI – İSTİ Sən, ayazlı gecələrdə ulduzların sirdaşısan; Boranların, çovğunların, dumanların qardaşısan (S
AYDIN – BULUDLU Çiskinli və qaranlıq gecəni aydın bir səhər əvəz etdi (M.İbrahimov); Buludlu qaşqabağı birdən ayazıyıb açıldı (S
AYĞIR – MADYAN Ayğır başını qaldırıb ilxıya gələn qatıra diqqətlə baxdı (S.Rəhimov); İki madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdi (“Koro
AYIQ – BAYĞIN Xəfiyyə vaxtında üstünə düşüb, yaman ayıqdırlar ha! (M.İbrahimov); Qadınların bu hərəkəti, Almazın dalğın duruşu, bayğın baxışları, gizl
AYIQLIQ – MƏSTLİK Ayıqlıq və zirəklik ağlın əlamətlərindəndir (M.Talıbov); Ruzigarın əli onun məğrur qulağını burduqda, xudbinlik, lovğalıq və məstlik
AYILMAQ – BAYILMAQ Gün dağlara yayıldı; Hər bir yatan ayıldı (A.Səhhət); Get onu içəri gətir. Tafta, sən də get, deyəsən bayılmışdır, ya da bəlkə ölmü
AYRI – BİRGƏ Səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür (Aşıq Ələsgər); İki gün sonra raykomun bürosuna birgə getdilər (Ə
AYRILMAQ – BİRLƏŞMƏK Ayna ilə Ayaz küçədə bir-birindən ayrıldılar (Ə.Məmmədxanlı); Qadir əllərimizlə birləşdi Volqa ilə Don (S
AZ – ÇOX Bizim qoşunumuz azdır, amma qeyrətimiz çoxdur (Ə.Haqverdiyev). AZ – XEYLİ Onlar dolana-dolana xeyli yol gəlmişdilər (A
AZACIQ – XEYLİ Həcər qulaq verdi, bu an buludlar azacıq hərəkətə gəldi (S.Rəhimov); Axşamdan xeyli keçmişdi (A
AZAD – MƏHKUM Diləklərin gah azad; gah məhkum olur sənin (B.Vahabzadə)
AZADLIQ – MƏHKUMLUQ Azadlıq geniş anlayışdır (S.Vəliyev); Yetər bu məhkumluq! Yetər bu zillət! (Şəhriyar)
AZALMAQ – ARTMAQ Dostlarım artıb; nə qədər azalıb; Köhnə dostlar az qalıb (R.Rza). AZALMAQ – ÇOXALMAQ Bir il də keçdi belə; Vicdanın ağrısı azalmadı,
AZAR – SAĞLAMLIQ Köç deyəndə, azar alır canını; Yer süpürür sanki qaşıqabağı (M.Müşfiq); Abbas Səhhət şeirlərində “Səhhət” kəlməsini bəzən həm təxəllü
AZARLAMAQ – SAĞALMAQ İndi İmamverdi baba azarlamışdır (S.S.Axundov); Tələsmə, o yaranı da sağaldaram (H
AZĞIN – MƏDƏNİ Hücum edin dörd yandan; Od vurun azğın kəndə (A.Şaiq); Onlar istəyir ki, biz də qabağa gedək, mədəni xalqlar cərgəsinə çıxaq (M
AZĞINLIQ – MƏDƏNİLİK Oho, bunun bir azğınlığına bax! (A.Şaiq); Əli öz təvazökarlığı və mədəniliyi ilə dostlarından fərqlənir
AZYAŞLI – BÖYÜK Fəhləliyə gedən azyaşlı uşaqlara xozeyinləri heç bir zaman istirahət günü verməzdilər (H
BABAL – SAVAB Dərin bir dəryadır şair xəyalı; Götürdüm boynuma şəri, babalı (R.Rza); İsmət xanım, kömək etməkdə böyük savab iş görmüşsən
BABAT – PİS Ruzigarım bir növ babat keçir, hacı (N.Vəzirov); Niyə, Məşədi, necə bəyəm, pis daşıyıram? (Mir Cəlal)
BABİ – DİNDAR Məsələn, mənə deyirlər ki, filankəs babidir, yəni mürtəddir (C.Məmmədquluzadə); Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dinda
BACARIQSIZ – DİRİBAŞ Elə bacarıqsızdır ki, on saata işə sala bilməyəcək (M.İbrahimov); Xala, sən də diribaş qarısan (N
BADALAQ – DÜZLÜK İndi sənin mənə badalaq qurmağının heç adı yoxdur (Ə.Haqverdiyev); Onun heç düzlüklə işi yoxdur
BAĞIRMAQ – SUSMAQ Səriyyə xala bağırmaq, ağlamaq istəyir, bacarmırdı (M.İbrahimov); Bu hay-küydə susmağı lazım bildi
BAĞIŞLAMAQ – GÜNAHLANDIRMAQ Mənim dediklərimdə səhv və yanlışlıqlar olsa, bağışlamağınızı xahiş edirəm (Mir Cəlal); Əgər məni yalandan günahlandırmaq
BAĞLAMAQ – AÇMAQ Nahar etmək bəhanəsi ilə qapını bağladım (Ə.Vəliyev); Bu saatda qayıdarıq, fikir eləmə, sandıqları aç! (M
BAĞLI – AÇIQ Bağlı qapıya xata dəyməz (Ata. sözü); Səhər açıq pəncərədən rəfiqəsini səslədi
BAĞRIQARA – XOŞBƏXT Bir ildir ki, bağrıqaradır, müsibət üz vermişdi. Siz ey göy üzündə uçan durnalar; Deyin, xoşbəxtəmmi? (S
BAHADIR – QORXAQ Bahadır deməzlər hərgiz sayana; Görüm lənət lənət olsun yardan doyana (M.P.Vaqif); Ana yurdu bu şən torpaq; Yetişdirməz xain, qorxaq
BAHAR – QIŞ Payız ötür, qış keçir; Bahar qalır arxada (H.Hüseynzadə). BAHAR – ZİMİSTAN Lakin mənim baharım solub, zimistan oldu (S
BAHARLI – QIŞLI Ömrün keçdisə də baharlı, qışlı; Gördün gələcəyi gün kimi aydın (S.Rüstəm)
BAHARSIZ – QIŞSIZ Baharsız, qışsız bu yerlərin nə ləzzəti olar
BAKİR – POZĞUN Bu incə rəqslərdə nə qədər gözəllik, nə qədər bakir hissin ifadəsi vardır (Çəmənzəminli); Anna pozğun qızdır, onunla oturub-durma
BAQİ – FANİ Bu dünya fani, o dünya baqi (Ayrım bəzəmələri)
BALA – BÖYÜK Xan Soltan qoyunu gözləmək üçün bala çobanı dik qayanın başına qaldırmışdı (S.Rəhimov); Elmlə qurulur böyük binalar (H
BALACA – HÜNDÜR Dilaranın bacısı boyca balaca, amma qardaşı hündür idi
BALACALAŞMAQ – BÖYÜMƏK Bir saatın ərzində arıqlamış, balacalaşmış, ordları batmış... (M.İbrahimov); O qeyrətli uşaq böyüyüb məni hamıdan yaxşı saxlaya
BALACALIQ – BÖYÜKLÜK ...Bu balacalıqda qızın əlində aciz qalmışdı (S.S.Axundov); Gördüyü sonsuz iztirablar içərisində
BALQABAQ – BACARIQLI Xəlil nədir ki, o məni işdən çıxardır, bunlar da balqabaq kimi durub baxırlar (M
BAMBALACA – UZUNDRAZ Bambalaca bir uşaq; Pəncərədən baxırdı (İ.Tapdıq); Onun nəyinə baxım, uzundrazın biridir
BAMBILI – AĞIR Həmin bu mərkəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq
BAMƏZƏ – QARADİNMƏZ O çox baməzə qoca idi. Zarafat etməyi və lətifə söyləməyi çox sevərdi (M.S.Ordubadi); Usta qaradinməz bir kişi idi, haraya isə təl
BARBARLIQ – MƏDƏNİLİK ...Rica edirəm, sözlərinizə diqqət edin, yüksək cəmiyyətdə belə rəftar barbarlıqdır (C
BARIŞIQLIQ – KÜSÜLÜLÜK Oğlanla qızın valideynləri arasında barışıqlıq oldu. Aralarındakı küsülülük hələ davam edirdi (Ə
BARIŞMAQ – DALAŞMAQ Mən küsməmişəm ki, barışam. Mən dalaşmaq fikrində deyiləm (C.Əmirov). BARIŞMAQ – VURUŞMAQ Xosrov deyirdi ki, gəlsin barışaq (S
BASABAS – SEYRƏKLİK Vaqonlarda basabas idi (Mir Cəlal); ...Göz işlədikcə uzanan bu düzənliklərdə ağacın azlığı, kölgəliyin seyrəkliyi Gülşəni yay kimi