DADSIZ – ŞİRİN Dadsız ömrü nə eylərdim? Əzəldən (Ə.Cavad); O gözlərini yumacaq dərin və şirin bir xəyala dalmışdı (S
DADSIZLIQ – ŞİRİNLİK Xörəyin dadsızlığı iştah küsdürür. Dilində də qəribə bir şirinlik var (S.Qədirzadə)
DAĞ – DƏRƏ Dağ dərəyə, dərə dağa bağlıdır (H.Hüseynzadə). DAĞ – DÜZ Dağlar açar sinəsini selilə; Düzlər yayır mahnısını yelilə (H
DAĞILIŞMAQ – YIĞIŞMAQ Biz dağılışmaq üçün sizi gözləyirdik (C.Cabbarlı); Bütün Təbriz tamaşalarına yığışmışdı (M
DAĞILMAQ – QURULMAQ Pozuldu çayların bəndi, bərəsi; Dağıldı yuvası bulaqların da (H.Hüseynzadə); Yenə axar çaylar üzrə dəmir körpü qurulacaq; Yenə sah
DAĞINIQ – YIĞCAM Fikrim dağınıqdır (C.Əmirov); Fikrini oxucuya yığcam şəkildə çatdıra bilmişdir
DAĞINIQLIQ – YIĞCAMLIQ Əsərdə fikir dağınıqlığı var. Əsərdə yığcamlıq yoxdur
DAĞITMAQ – QURMAQ Onun oyuncaqlarını dağıdar və sındırar, bəzən də özünü döyüb qaçardı (A.Şaiq); İgid yoldaşları bir neçə möhkəm tiri çəkib bir-birinə
DAĞLI – DƏRƏLİ Bizim yerlər dağlı-dərəlidir (“Jurnalist”). DAĞLI – ŞAD Övlad sarıdan Murad kişinin ürəyi əvvəl də dağlı idi (Mir Cəlal); Qadın hər qüs
DAĞLIQ – DƏRƏLİK Vaxtilə dərətəpəlik olan yuxarı dağlıq hissə indi gülçiçəyə bəzənmişdir. Uçurum, dərəlik, sıldırım qayalıq yerlərdən keçirdim (A
DAXİLƏN – ZAHİRƏN Novruzəli və usta Zeynallar daxilən çox təmiz və xoşxasiyyət adamlardır (M.İbrahimov); Səməd zahirən, doğrudan da, mürgüləyən adama
DAXİLİ – XARİCİ Daxili xəstəlik mütəxəssisi lazımdır (Çəmənzəminli); Sizin xarici görünüşünüz barəsində (C
DAİMA – ARABİR Dünyada istedad, hər böyük hünər; Daima vərdişlə inkişaf edir (A.Şaiq); Arabir çevrilib yan-yörəsinə baxır (S
DAİMİ – MÜVƏQQƏTİ Yalan müvəqqətidir, doğruluqsa daimidir (S.Rüstəm)
DAL – ƏVVƏL Kəndə çatdığı üçün İkram söhbətin dalını eşidə bilmədi (Ə.Əbülhəsən); Söhbətin əvvəlini xatırlaya bilmədi
DAL-DALI – İRƏLİ Dildar dal-dalı çəkilib qapını örtdü (Ə.Vəliyev); Sal daşının dibindən irəliyə bir qoşalülə çıxmışdır (M
DALAŞQAN – DİNC Mahmud uşaqlıq dövründə olduğu kimi, daha nadinc deyil və dalaşqan deyildir (A.Makulu); Şəki xanı Hacı Əbdülqədir də dinc durmurdu (Çə
DALAŞQANLIQ – DİNCLİK Əhməd dalaşqanlıqda ad çıxarmışdır. Məcid dinclik vermirdi (M.S.Ordubadi)
DALĞALI – SAKİT Qarşımda dalğalı dərin bir ümman; Ümmanı sarsıdır bir acı tufan... (M.Müşfiq); Dərindir, qorxuludur sakit axan lal sular (B
DALĞIN – ŞAD Mənim qəhrəmanımsa görünür xeyli dalğın (S.Rüstəm); Əzizlə Gülsabah da bu səhər çox şad görünürdü (Ə
DALĞINLIQ – ŞADLIQ Kölgə düşmüş əsmər üzə o dalğınlıq çox yaraşır (M.Dilbazi); Muradın evində böyük şadlıqdır (Ə
DALINCA – QABAĞINCA Ülkərin dalınca Aygün də qalxdı; Əmirxan bu dəfə Əlyara baxdı (S.Vurğun); Elə sənin qabağınca çıxdı bayıra
DAMAQLI – QARAQABAQ Tanış faytonçumuz var, ancaq bu gün xəstədir. Bir damaqlı oğlandır (Mir Cəlal); O, qaraqabaq adam kimi tanınmışdır
DAMBAT – TƏVAZÖKAR Əli kişinin iki oğlu vardır; biri dambat, o biri təvazökardır
DAMBATLIQ – TƏVAZÖKARLIQ Dambatlığından partlayır. Onların bəziləri sadəlik və təvazökarlıq kimi sifətləri itirmişlər (Ə
DAMĞALI – TƏMİZ Sən onda səhv eləmisən ki, belə bir damğalı nəsildən özünə dost seçmisən (İ.Hüseynov); O, qızın təmiz məhəbbətinə özünü layiq bilmirdi
DAMLAMAQ – BURAXMAQ Biz onun adamlarından birini tutub damlamışıq (M.Hüseyn); Qatar Culfa burnundan fitini buraxdı (M
DANIŞQAN – QARADİNMƏZ Qərənfil Cavadova çox danışqandır (Ə.Vəliyev); Usta qaradinməz kişiydi, haraya isə tələsirdi (Ə
DANIŞQANLIQ – QARADİNMƏZLİK Danışqanlığıma görə qınasan da, sənə bir neçə şey də deməyə məcburam (Ə.Əbülhəsən); Onun qaradinməzliyi nəşəmizi pozdu
DANIŞMAQ – DİNLƏMƏK Danış bir-bir, dinləyim; Kaman kimi inləyim (S.Rüstəm). DANIŞMAQ – SUSMAQ Kişi var nə dinər, nə də danışar; Qoyar el yolunda ürəyi
DANLAQ – TƏRİF Bir də danlağından qaralmaz qanım (S.Rüstəm); Məndə qüdrət yoxdur qələm çalmağa; Tərif eyləməyə ancaq birini (Ə
DANLAMAQ – TƏRİFLƏMƏK Nə istəyirsən, nə? Bilirəm, yenə deyəcəksən ki, səhv edirsən, yenə məni danlayacaqsan (C
DANMAQ – TƏSDİQLƏMƏK Kəndlilər bir ağızdan o son tüfəngi dandı (S.Rüstəm); Qədir raykom katibinin sözünü təsdiqləmək məqsədilə bərkdən dedi (Ə
DAR – GENİŞ Keçdilər dar və geniş yollardan (H.Cavid)
DARALMAQ – GENİŞLƏNMƏK Bəzən yol daralır, yolda qalırsan (S.Sərxanlı); Genişlik içində heç olarmı ki; Ürək də, arzu da genişlənməsin (B
DARGÖZ – SƏXAVƏTLİ Yetişir, çoxalır şairciyəzlər; Acgözlər, dargözlər, pulgir, xəbislər... (Şəhriyar); Torpağa ona görə “ana torpaq” deyirlər ki, o da
DARGÖZLÜK – SƏXAVƏTLİLİK Məni tərif etməkləri onların dargözlülüyündən və uzağı görmədiklərindəndir (Ə
DARIXMAQ – ŞADLANMAQ Atanı düşünmə, mənim üçün darıxsan, ana vətənə qulluq et (A.Şaiq); Bir şeydən hamımız şadlanırdıq ki, atamın halı düşündüyünüz qə
DARILMAQ – SAKİTLƏŞMƏK Sənsiz gördüm, mələklərə darıldım; Endim yerə, qədəminə sarıldım (Ə.Cavad); Deyəsən, bu cavab anasının qəlbini bir az sakitləşd
DARISQAL – GENİŞ Əjdər bu təpəciklərdən enib kəndin darısqal küçələrinə girdi (S.Rəhimov); Geniş bir məhəllədir (C
DARISQALLAŞMAQ – GENİŞLƏNMƏK Otaq darısqallaşmışdır. Üfüqlərmi bu qədər genişlənmişdi, yoxsa qızın gözünə o cür görünürdü (S
DARISQALLIQ – GENİŞLİK Anam, bacım, darısqallıqdır (C.Cabbarlı); Sonsuz genişliyə, bu ənginliyə; Baxıb nəfəs alır adam dərindən (B
DARIŞLIQ – GENİŞLİK Tiflisdə camaat o qədər çox idi ki, gəzməyə yekə bağ darışlıq edirdi (“Molla Nəsrəddin”); Baxıb təbiətin genişliyinə; Düşünmək, dü
DARQURSAQ – HÖVSƏLƏLİ ...Minbərli məscidləri olan şəhərlər içində Bəsrə məşhurdur məharət və fəndgirliyi ilə, Kufə – üzü dönüklüyü və bəlağəti ilə, Ba
DARLAŞMAQ – GENİŞLƏNMƏK Ot basdığından yolumuz darlaşmışdı. Gecə Cəmil Əsədin kabinetində bu cür düşündükcə fikir dairəsi genişlənirdi (Ə
DARTILI – BOŞ Dartılı ipə toxunma. İpi bərk çəkmək lazımdır, boşdur
DARTMAQ – BOŞALTMAQ Ayaz kəskin bir hərəkətlə atın çilovunu dartdı (Ə.Məmmədxanlı); Bir anda bir daraq güllə boşaltdım (S
DAŞQƏLBLİ – MƏRHƏMƏTLİ Daşqəlbli insanları neylərdin, ilahi?! Bizdə bu soyuq qanları neylərdin, ilahi?! (M
DAŞQIN – SAKİT Qoca qəlbim öcsüz deyil: Yanar od, daşqın suyam! (A.Şaiq); Raykom katibi sakit dənizi xatırladan bu tarlaya getdi (Ə
DAŞQINLIQ – SAKİTLİK Çayın yazbaşı daşqınlığı narahatlıq doğurur. Zahirən sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi (M