ÖZGƏLƏŞMƏK – DOĞMALAŞMAQ Gələndə qonaqsan, gedəndə qonaq; Nə tez özgələşdi bu ocaq sənə? (B.Vahabzadə); Üç yüz yad şairi doğmalaşdıran; Şerindən qüvvə
PAKLIQ – ÇİRKİNLİK Baxdım, baxdım, sifətində məlakə paklığı vardı (Çəmənzəminli); Gərək insan aynaya baxsın, görünüşü yaxşıdırsa, işi də görünüşü kimi
PARA – BÜTÜN Paraya dəymə, bütünü kəsmə, doğra doyunca ye (Ata. sözü)
PARÇA – BÜTÖV Qranit parçası, kütləsindən ayrılsa da, qranitdir. O, bütövdən qəlbidir (R.Rza)
PARILDAMAQ – SÖNMƏK Hər şeydən xəbərsiz olan Ay həmişəki kimi parıldayır, gecəyə bəzək verirdi (S.Vəliyev); Bu səhnə çox sürməyir, lampa sönür, pərdə
PAYLAMAQ – YIĞMAQ Xonçadakı saçaqlı konfetləri xışmalayıb qızlara payladı (İ.Şıxlı); Meyvələr ağırlaşır; Şirə yığır özünə (O
PƏRAKƏNDƏLİK – YIĞCAMLIQ Tətillər dağınıq gedir hələlik; İnqilab sevməyir pərakəndəlik (S.Vurğun); Yığcamlıq R
PƏRİŞAN – XOŞBƏXT Dünyanın pərişan bağında canan; Mən nəğməli bülbül, sən bir baharsan (R.Rza); Özünü xoşbəxt adamlar kimi aparırdı (S
PƏRİŞANLIQ – XOŞBƏXTLİK Həqiqi yoxsulluq və pərişanlıq görməzlər (M.Talıbov); Səndən, oğlum, yeganə xahişim budur: çalış ki, Könülün bu evdən apardığı
PƏSDƏN – UCADAN Pəsdən yox, ucadan oxumağı xoşlardı
PIRPIZ – SIĞALLI ...Pırpız qırmızımtıl saçları eynimdə dumanlandı (S.Qədirzadə); Saçları sığallı idi (Ə
PİNTİ – SƏLİQƏLİ Qış getsə, gəlsə yaz, pinti qız üzün yumaz (Ata. sözü); Axşam tarla düşərgəsinin səliqəli otağında briqada üzvləri hesabdarın üstü şü
PİS – YAXŞI Qoymayaq yaxşını pisləsin pislər (R.Rza)
PİSİKMƏK – ŞİRNİKMƏK Rüstəm kişi də məsələnin bu tərəfindən yapışıb onu pisikdirdi (M.İbrahimov); Elə həmin gündən başlayaraq pula şirnikib cibgirliyə
PİSLƏMƏK – XOŞLAMAQ Bilirəm, belə xoşlayırsan (R.Rza); Sövdələşməni pisləyirsən?! PİSLƏMƏK – TƏRİFLƏMƏK Ədhəmi bütün şəhər tərifləyəndə Səbrini pisləy
PİSLƏŞMƏK – YAXŞILAŞMAQ ...Xəstəxanada yatan arvadının əhvalı getdikcə pisləşirdi (S.Qədirzadə); Xəstənin yaxşılaşması, irəli gəlməsinin bir səbəbi də
PİSLİK – YAXŞILIQ Doğrudur, insan yaxşılıqdan razı, pislikdən narazı olur (M.Talıbov)
POZĞUN – NAMUSLU Həlimənin pozğun qadın olduğuna öz-özlüyündə yəqinlik hasil edən kapitan Rəsulov söhbəti davam etdirdi (C
POZUŞMAQ – DÜZƏLİŞMƏK İndi ki, belə oldu, mən bu işi pozacağam (S.S.Axundov); Mən dilim dolaşa-dolaşa söz verdim ki, Dilgüşa ilə tezliklə düzəlişərik
PROLOQ – EPİLOQ Proloq ədəbi əsərdə başlanğıc, giriş, epiloq isə ədəbi əsərin son hissəsidir
PULLU – KASIB Çünki onlar kasıb deyil, pulludur (A.Şaiq)
REAL – XƏYALİ R.Rza real həyati hadisələri qələmə alırdı. ...Körpəlikdə onun üçün yanmaq anlaşılmaz, lap xəyali bir şey imiş (M
RƏĞBƏT – KÜFR Əvvəl küfrü ilə qorxudurdu; İndi rəğbəti ilə qorxudur (R.Rza). RƏĞBƏT – NİFRƏT Aslan bütün komandir heyəti üzvləri ilə yaxından tanış ol
RƏHMDİL – ZALIM Ancaq bilirəm ki, siz rəhmdil bir adamsınız (C.Əmirov); Dünyada zindan və zalım qalmayacaqdır (M
RƏHMDİLLİK – ZALIMLIQ Rəhmdillik eləyirik, sonra da əzabını çəkirik (S.Vəliyev); Şahın zalımlığı hamıya aydın idi
RƏHMLİ – İNSAFSIZ Doğrudan da Rade rəhmli adam idi (S.Vəliyev); Ay insafsız, yəni sənin hərəkətə gələn vaxtın olmayacaq? (İ
RƏHMSİZ – İNSAFLI Nə üçün şahların çoxu öz rəiyyətlərinə qarşı rəhmsizdir? (M.Talıbov); Mən sizi bir insaflı adam kimi tanıyıram
RƏİYYƏT – BƏY Rəiyyət nə qədər avam olsa, bir elə bəy üçün məsləhətdir (Ə.Haqverdiyev)
RƏİYYƏTLİK – BƏYLİK Arvad tayfası bir şeydir ki, gözü tutub, ürəyi yapışandan sonra nə bəylik axtarır, nə rəiyyətlik (Ə
RƏSMİ – ADİ Yəni yük daşımaqdan ötrü mənə rəsmi paltar geyindirdilər (M.Talıbov); Adi paltarda bizi qarşıladı (“Ulduz”)
RƏŞADƏT – QORXAQLIQ ...Bu qəhrəman bir daha ayağa qalxmaq, qılınc vurmaq üçün özündə bir mətanət və qüdrət, ruh və rəşadət tapacaqdımı? (M
RƏŞADƏTLİ – QORXAQ Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Qorxaq nə zərər edər, nə mənfəət (Ata. sözü)
RƏZALƏT – FƏZİLƏT Bu fəzilət deyil, rəzalətdir (H.Cavid)
RƏZİL – LƏYAQƏTLİ Anri lənət yağdırır: Rəzil mütləqiyyətə! (B.Vahabzadə); Moskvada ləyaqətli bir işə keçdi (M
RİCA – ƏMR Onu göndər mənə, budur bir ricam; Qoy səndən uzaqda duyum iyini (R.Rza); Əmrinizin dalını buyurunuz (S
RİYAKAR – HƏYALI Ancaq ki, riyakar gözlərdən uzaq; Aparın, bir çayda basdırın məni! (R.Rza); Özünü həyalı bir gəlin kimi aparırdı (İ
RİYAKARLIQ – HƏYALILIQ Nicat yolunuzu, mahiyyətinizi hiylə və riyakarlıqda görürsünüz (M.Talıbov); Onda qız həyalılığı vardır (S
RÜTUBƏTLİ – QURU Sizin zirzəmi bizimkindən rütubətlidir (S.Vəliyev); Oturmağa quru yer axtarırdı (Ə.Vəliyev)
SABAH – BU GÜN Sabah tamaşa günüdür, ciddi hazırlaş (S.Vəliyev); Qapının ağzında Qızyetər qarı; Əlləri qoynunda oturub bu gün (S
SABAHKI – BUGÜNKÜ Sabahkı təntənənin sorağını aldılar (S.Rüstəm); Bugünkü plovun xərci də mənlədir (S
SABİQ – GƏLƏCƏK Sabiq tacir Ağa Qurbanı hamı tanıyırdı (Ə.Haqverdiyev); Gələcək günlərə aparmalıyam, mürəkkəb əsrimi (R
SABİT – DƏYİŞKƏN Əsil aşiq olur sevgidə sabit (H.Cavid); Hibrid orqanizmlər daha dəyişkən olur (M.Axundov)
SABİTLƏŞMƏK – SƏRBƏSTLƏŞMƏK Sabit birləşmələr dilin tarixi və inkişafı prosesində yaranır və sabitləşir (Y
SABİTLİK – DƏYİŞKƏNLİK Komponentlərin mənaca qovuşuq və ayrılmaz olması frazeologizmlərin sabitliyini göstərir (H
SAÇLI – KEÇƏL Keçəl qızı qoy evdə; saçlı qızı götür qaç (A.Şaiq)
SADƏ – ÇƏTİN Mən insanam; sadə insan əlinin; Yaratdığı nemətlərə öyünməsəm ölərəm (R.Rza); Əzizim, bu çox çətin addır (C
SADƏDİL – İNADCIL Sən ki bir sadədil uşaq idin? (Ə.Haqverdiyev); İnadcıl bir uşaq kimi özünü aparırdı (“Ulduz”)
SADƏDİLLİK – İNADCILLIQ – Çar babadan imdad gözləmək, zülm yuvasına müraciət etmək nə qədər sadədillik (S
SADƏLİK – ÇƏTİNLİK Jandarm rəisi özünü sadəliyə vurub ehtiramla ayağa qalxdı (M.Hüseyn); Cavab verməyə də çətinlik çəkirdi (Ə
SADƏLÖVH – İNADKAR Soyuq-soyuq ağıldan sadəlövh yaxşıdır (C.Novruz); İnadkar uşaq kimi gücü çatdıqca cır-cır çığırırdı (Mir Cəlal)