Azərbaycan dilinin dialektoloji lüğəti.

  • CADAY

    (Zaqatala) içinə döyülmüş qoz ləpəsi qoyulmuş çörək. – Gəl caday yiyək

    Tam oxu »
  • CAĞ

    I (Daşkəsən, Xanlar) barmaqların ayaq pəncəsi ilə birləşdiyi oynaq. – Əyağın qatdanan yerinə cağ deyərix’ (Xanlar) II (Ağdərə, Laçın, Ordubad, Şahbuz,

    Tam oxu »
  • CAĞ-CAĞ

    cağ-cağ olmax: (İmişli) çat-çat olmaq. – Araba qalıb günün altda, çartdarı <çarxları> cağ-cağ olub

    Tam oxu »
  • CAĞALA

    (Çənbərək) kal, yetişməmiş meyvə

    Tam oxu »
  • CAĞALAX

    (Ağdaş) palçıqlı. – Dəhnənin yolu cağalaxdı

    Tam oxu »
  • CAĞAN

    (Ağdərə, Göyçay, Mingəçevir, Oğuz, Şəki) yabanı ağac adı. – Bizdər cağan deirix’, ama yuxarı kətdərdə ulas deillər (Ağdərə); – Cağannan qayrılan şey t

    Tam oxu »
  • CAĞANNIX

    (Şəki) çoxlu cağan bitən yer. – Cağannıx habıdı burdadı

    Tam oxu »
  • CAĞARLAMMAX

    (Ordubad) bax cağaylammax

    Tam oxu »
  • CAĞAYLAMMAX

    (Ordubad) cadarlanmaq. – Basdığa gün dəyəndə cağaylanır

    Tam oxu »
  • CAĞILDAMAX

    (Şəmkir) coşmaq (çaya aiddir). – Şəmkir çayı gənə çağıldıyıf gəlir

    Tam oxu »
  • CAĞILLATMAX

    (Ağbaba) bax caqqıldatmax. – Gəlin bir qab yağı pilova cağıllatdı

    Tam oxu »
  • CAĞLA

    (Dərbənd) bax cağala. – Mən mişmişi yiğmağ istədüm, cağladı

    Tam oxu »
  • CAH

    cah verməx’: (Cəbrayıl) divan tutmaq

    Tam oxu »
  • CAHAZDAMAX

    (Qazax) yəhərləmək <dəvəni>. – Eşşəyi palannallar, dəviyi cahazdallar

    Tam oxu »
  • CAHILBAŞ

    (Gəncə) gənc <qız, gəlin>. Bəsdi cahılbaş gəlindi, ona hər nə geysə yaraşır

    Tam oxu »
  • CAJ

    (Ağdam, Ağdaş, Cəbrayıl, Göyçay, Xocavənd, Mingəçevir) yeməli bitki adı. – Anam do:ğuya caj töküfdü (Ağdam); – Bizim bossanda çoxlu caj bitif (Cəbrayı

    Tam oxu »
  • CAJIX

    (Çənbərək) yeməli bitki adı

    Tam oxu »
  • CAQ

    (Kürdəmir) yeyilən yabanı bitki adı

    Tam oxu »
  • CAQA

    (Şəki) fındığın yaşıl qabığı

    Tam oxu »
  • CAQAY

    (Qax) bax caqa

    Tam oxu »
  • CAQQILDATMAX

    (Cəbrayıl) əndərmək <maye haqqında>

    Tam oxu »
  • CALA

    (Borçalı, Gəncə, Qazax) çay sahilində meşə. – Biyil caladan ancağ-ancağ ikijə xotma ot piçildi (Qazax); – Calada vəhşi heyvan az olar (Borçalı)

    Tam oxu »
  • CALAMMAX

    (Qazax) alışmaq, vərdiş etmək. – Mə:m qardaşım qumara calammaz

    Tam oxu »
  • CALĞA

    I (Balakən, Xanlar, Qazax, Mingəçevir, Oğuz, Şamaxı, Şəki, Zaqatala) 1. calaq, peyvənd (Qax, Şəki). – Yaxşi calğa əzgilimiz var (Şəki) 2

    Tam oxu »
  • CALXAX

    (Culfa) bax calğa I. – Əriy hülüyə calxağ oluf

    Tam oxu »
  • CALI

    (Şəki, Zaqatala) cağa, laydıra keçirilən barmaqlıq. – Savınnığı calıdan as (Şəki)

    Tam oxu »
  • CAMA

    (Bakı) sümük çıxıntısı <çox işləməkdən biləkdə əmələ gəlir>. – Cama biləngdə olur çox işdəməkdən

    Tam oxu »
  • CAMAX

    (Başkeçid, Borçalı, Gəncə, Qazax, Naxçıvan) qurbağa nəcisi. – Camax o qədərdi ki, suyu da yaşıl görkəzir (Gəncə); – Camax göllərdo:lar <göllərd

    Tam oxu »
  • CAMAM

    (Tərtər) bax cama. – İşləməkdən əlimdə camam var

    Tam oxu »
  • CAMATI

    (Təbriz) pəncərənin gözü. – Qız camatıdan baxırı

    Tam oxu »
  • CAMXIR

    (Füzuli) köhnə qarğı

    Tam oxu »
  • CAMIŞQIRAN

    (Borçalı, Qazax) yazın ilk üç günü. – Camışqıranda boran olor, alaçalpo: lor <alaçalpov olur>, qarnan yağış yağer, camış davam gətirme:r

    Tam oxu »
  • CANA

    (Ağdaş, Bərdə, Gəncə, Göyçay, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Mingəçevir, Oğuz, Şəki, Zərdab) pis; yararsız, mənasız

    Tam oxu »
  • CANAXLAMAX

    (Kəlbəcər) çatlamaq, yarılmaq (qoza aiddir). – Təzə vaxdı qozun üsdə gəzəl olur, soηra o canaxlıyır, ağzı açılır

    Tam oxu »
  • CANARXALIĞI

    (Şuşa) canlıq

    Tam oxu »
  • CANAVARGƏZDİRƏN

    (Hamamlı) kol adı. – Canavargəzdirənnən yaxşı dırmıx sapı olur; – Uşaxlar canavargəzdirənnən qoyunu qovalı:r

    Tam oxu »
  • CANAVARSAQQASI

    (Ağdaş) qoz növü. – Canavarsaqqasınnan bir az gəti sındır, ye:əg

    Tam oxu »
  • CANCANI

    (Ordubad, Şərur) qardaş arvadı. – Züleyxa mənim cancanımdı (Şərur); – Biz qardaş arvadına cancanı deyərıx (Ordubad)

    Tam oxu »
  • CANCUL

    (Başkeçid, Borçalı, Hamamlı) gavalı növü adı. – Cancul iyulda yetişer (Borçalı); – Canculu mürəbbiyə işlədeyrix’, onnan yaxşı mürəbbo:lor (Hamamlı)

    Tam oxu »
  • CANCUR

    (Bolnisi, Borçalı, Çənbərək, Qazax) bax cancul. – Cancurdan yaxşı mürəbbo:lor <mürəbbə olur> (Borçalı)

    Tam oxu »
  • CANDİŞ

    (Meğri) zəhmətkeş, əməksevər. – Bı Mila:yim kimin candiş adam bırda tapbassan

    Tam oxu »
  • CANDONU

    (Quba) canlıq

    Tam oxu »
  • CA:NƏMƏX’

    (Şəki) kiflənmək. – Toxumu tökərix’ elə yerə ki, nəm çəhməsin, ca:- nəməsin, göyərməsin

    Tam oxu »
  • CANƏVİ

    (Laçın) qolsuz, isti köynək

    Tam oxu »
  • CANƏZİRRƏMMƏG

    (Şamaxı) naxoşlamaq

    Tam oxu »
  • CANƏZİRRİG

    (Şamaxı) naxoşluq. – Canəzirrig adamın canın üzür

    Tam oxu »
  • CANXIRID

    canxırıd eləməx’: (Qarakilsə) yaxa qurtarmaq. – Gördüm mının əlinnən canxırıd eliyəmiyəcəm, əkildim

    Tam oxu »
  • CANQA

    I (Zəngəzur) kök. – Hajqurban oğlu Asdan canqa adamdı II (Qax, Şəki) qoçu. – Alı kəndin canqasıydı keçmişdə (Qax)

    Tam oxu »
  • CANQALIX

    (Qax) qoçuluq. – Alının canqalıxda adı çıxmışdı

    Tam oxu »
  • CANQI

    (Daşkəsən) əkinə yararsız (sahə). – O yer ki daşdıxdı, əkinə-piçinə yaramey, canqı yerdi

    Tam oxu »