CAQ

(Kürdəmir)
yeyilən yabanı bitki adı
CAJIX
CAQA
OBASTAN VİKİ
Canet Caqan
Canet Rozali Caqan (ing. Janet Rosenberg Jagan) (20.10.1920, Çikaqo – 28.3.2009, Belem, Braziliya) — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti. == Həyatı == Detroyt və Ueyn Universitetlərində təhsil almışdır. 1943-cü ildə Ç.B. Caqana ərə getdikdən sonra Britaniya Qvianasına köçmüşdür. Ərinin stomatoloji klinikasında tibb bacısı işləmişdir. Qadın hüquqları uğrunda mübarizə aparmış, 1946-cı ildə Qadınların iqtisadi və siyasi təşkilatının yaradılmasında iştirak etmiş, 1953-cü ildə Mütərəqqi qadın təşkilatının rəhbəri olmuşdur. 1950-ci ildə əri ilə birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir (1970-ci ilə qədər onun baş katibi olmuşdur). == Fəaliyyəti == 1957–61-ci illərdə əmək, səhiyyə və mənzil təsərrüfatı naziri, 1963–64 illərdə daxili işlər naziri vəzifələrində çalışmışdır. 1976–97-ci illərdə Milli assambleyanın deputatı idi. 1970–97-ci illərdə Qayana jurnalistlər ittifaqının prezidenti, 1973–97-ci illərdə MXP-nin mərkəzi orqanı olan “Mirror” qəzetinin redaktoru olmuşdur.
Caqacuqçay
Caqacuqçay - Quba və Xaçmaz rayonları ərazisindən axaraq Xəzər dənizinə tökülür. == Ümumi məlumat == Uzunluğu 65 km, hövzəsinin sahəsi 288 km²-dir. Başlanğıcını Buluddağın yamacından (1780 m) alır. Axımı yağış, qismən də yeraltı sulardan əmələ gəlir. İllik axımın çox hissəsi (50-60%) yaz fəsdində keçir. Yaz-yay aylarında yağan yağışlar çayda daşqınlar. əmələ gətirir. Çaydan suvarma işlərində istifadə edilir.
Caqar
Caqar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, toponim türk dillərindəki caqar (qaladan kənarda divarla əhatə olunmuş, möhkəmləndirilmiş yer) sözü ilə bağlıdır. Lakin caqar sözü dilimizdə "cadarlanmaq" mənasında da işlənir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 417 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qızılqaya dağının (Böyük Qafqaz) yamacında yerləşir. == İqtisadiyyatı == Rayon ərazisində çəkilmiş və 1973-cü ildə istifadəyə verilmiş Caqar-Cibir kanalı bu ərazilərin həqiqətən də susuz olduğunu göstərir. Samurçaydan başlanan bu kanal 45.6 km. uzunluğa malik olub, Qusar rayonu ərazisində 4 min ha. torpaq sahəsinin suvarılmasına xidmət edir.
Caqarqışlaq
Caqarqışlaq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Caqarqışlaq oyk, mür. Qusar r-nunun Zindanmuruq i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Oykonim Caqar (kənd adı) və qışlaq komponentlərindən düzəlib. Kənd Caqar kəndinə məxsus keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 641 nəfər əhali yaşayır.
Caqqer Stefens
Caqqer Stefens (d. 12 may 1998) — Quamlı üzgüçü. Caqqer Stefens Quamı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Caqqer Stefens birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 52.35 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 69-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Mik Caqqer
Ser Maykl Filip (Mik) Caqqer (ing. Sir Michael Philip (Mick) Jagger; 26 iyul 1943, Dartford) — britaniyalı rok musiqiçi, aktyor, prodüser, Rolling Stones qrupunun qurucusu və vokalisti. Maykl Caqqer 26 iyul 1943-cü ildə İngiltərənin Dartford şəhərində dünyaya gəlib. Onun ailəsinin incəsənətlə heç bir əlaqəsi olmayıb. Atası Basil Fanshawe "Joe" Jagger (13 aprel 1913 – 11 noyabr 2006) məktəbdə müəllim işləyirdi, anası Eva Ensley Mary (6 aprel 1913 – 18 may 2000) isə bərbər, həmçinin Mühafizəkarlar Partiyasında koordinator idi. Caqqerin kiçik qardaşı Kris Caqqer (19 dekabr 1947) də musiqiçidir. Valideynlər oğlunu iqtisadçı kimi görmək arzusunda idilər. Ona görə də çalışırdılar ki, onu nüfuzlu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə qəbul etsinlər. Mayklı təhsil çox az maraqlandırırdı. Mahnı oxumaq uşaqlıqdan onun ən sevimli məşğuliyyəti idi və o, ümid edirdi ki, nə vaxtsa böyük səhnəyə gələcək.
Çeddi Caqan
Çeddi Berret Caqan [22.3.1918, Britaniya Qvianası (indiki Qayana), Port-Murant – 6.3.1997, Vaşinqton] — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti. ABŞ-dakı Hovard (1936–38), Şimal-Qərbi (1938–42) universitetlərində və Gənc Xristianlar Assosiasiyasının Mərkəzi kollecində (1938–42) təhsil almışdır. 1943–45-ci illərdə Corctaunda stomatoloq işləmiş, zəhmətkeşlərin hüquqları uğrunda hərəkata qoşulmuşdur. Siyasi hərəkət komitəsinin (1946) təsisçilərindən biridir. 1945–47-ci illərdə Britaniya Qvianasının ağdərili olmayan əhalisinin ittifaqının sədri, 1947–53-cü illərdə Qanunverici şuranın üzvü olmuşdur. 1950-ci ildə arvadı Canet Caqanla birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir; 1970-ci ildən MXP-nin baş katibi idi. 1953-cü ildən Ümumdünya Sülh Şurasının, 1969-cu ildən Şuranın Rəyasət Heyətinin üzvü ol muşdur. 1953 və 1957–64-cü illərdə baş nazir, eyni zamanda 1953-cü ildən kənd təsərrüfatı, sonra isə torpaq sahələri və mineral ehtiyatları naziri, 1957–61-ci illərdə ticarət və sənaye naziri, 1961–64 illərdə inkişaf və planlaşdırma naziri işləmişdir. Sol müxalifətin dəyişilməz lideri, Milli assambleyanın deputatı (1964–73, 1976–92) idi. 1992-ci ilin oktyabrından Qayananın prezidenti olmuşdur.
Caqqi Vasudev
Caqqi Vasudev (ing. Jaggi Vasudev, hind. जग्गी वासुदेव, kann. ಜಗ್ಗಿ ವಾಸುದೇವ್), daha çox Sadhquru kimi tanınır (ing. Sadhguru; 3 sentyabr 1957) — hind yoqu və mistiki. Dünyada yoqa proqramlarını həyata keçirən İşa Fondunun təsisçisi. == Aydınlanma təcrübəsi == İyirmi beş yaşında, 23 sentyabr 1982-ci ildə Caqqi gələcək həyatını dəyişdirəcək dərin mənəvi təcrübə yaşadı. Sadhquru bir dəfə Maysordakı Çamundi təpələrinə necə getdiyini və gözləri açıq bir qayanın başında necə oturduğunu təsvir edir. Birdən bədəninin sərhədlərini hiss etməyi dayandırdı və onu əhatə edən hər şeylə birlik hiss etdi. Onun sözlərinə görə, o, harada olub-olmadığını ayırd edə bilməyib.
Caquepiria
Qardeniya (lat. Gardenia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Caquepiria bergkia
Gardenia thunbergia (lat. Gardenia thunbergia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qardeniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === === Heterotipik sinonimləri === Caquepiria bergkia J.F.Gmel. Gardenia appendiculata Stokes Gardenia macrocarpa Carey ex Voigt Gardenia medicinalis Vahl ex Schumach. & Thonn.