Azərbaycan dilinin dialektoloji lüğəti.

  • EVDAX

    (Cəbrayıl) dolu, bol. – Biyil ağacımız almıynan evdaxdı

    Tam oxu »
  • EVDİMƏX’

    (Cəbrayıl) sağımdan qabaq heyvanın əmcəklərini sığallamaq və ya buzova azacıq əmdirmək

    Tam oxu »
  • EVDİRMƏX’

    (Qarakilsə) 1. dənləmək. – Toyuxlar dəni bir-bir evdirir 2. seçib yığmaq. – Nənəxanım kəfşəndə başax evdirir

    Tam oxu »
  • EY

    (Borçalı, Kürdəmir, Qazax) yaxşı. – Mənim kefim eydi (Qazax); – Bu ki yap eydi (Kürdəmir); – Sizdən ey olmasın, Məhəmməd mənim yaxın dosdumdu (Borçalı

    Tam oxu »
  • EYCAHAN

    (Əli Bayramlı, Kürdəmir, Sabirabad, Salyan) işsiz, boş, bikar, asudə. – İskan eycahansa, birin ver (Sabirabad); – Eycahan gəzir (Kürdəmir)

    Tam oxu »
  • EYCAHAN-EYCAHAN

    (Kürdəmir) boşboş, işsiz – Eycahan-eycahan gəzif dolanmaxdan nə çıxar

    Tam oxu »
  • EYDƏŞ-ÜYDƏŞ

    (Şəki) əyri-üyrü. – Eydəş- üydəş şeyləri hardan aldıη?

    Tam oxu »
  • EYDİRMƏX’

    (Ağcabədi, Ağdam, Borçalı, Göyçay, Kürdəmir, Qazax, Mingəçevir, Şəmkir, Zəngilan) bax evdiməx’. – Qoyunun məmələrini eydirəsəη gərəx’, o da xoşallana,

    Tam oxu »
  • EYGİLİX’

    (Cəbrayıl, Meğri) azadlıq, asudəlik, sakitlik. – Yeri, bir eygilix’də:lərsəη (Cəbrayıl) ◊ Eygiliyə çıxmax (Meğri) – azadlığa çıxmaq, asudəliyə çıxmaq

    Tam oxu »
  • EYHANA

    (Meğri, Zəngilan) bəlkə. – Eyhana getdim tapayilmədim, onda nejo:lsun? (Zəngilan); – Eyhana, işdi dəy, man galammaram, unda bizim uşaxlari də keçi yay

    Tam oxu »
  • EYHANƏ

    (Lənkəran) bax eyhana

    Tam oxu »
  • EYİN-ŞAYIN

    (Zəngibasar) açıq-aşkar. – Eyin-şayın məni yallatdı (aldatdı)

    Tam oxu »
  • EYİNTİ

    (Gədəbəy) bax eğinti. – Eyinti buzoydan, kalçadan salınan südə de:irix’

    Tam oxu »
  • EYLƏ

    (Cəlilabad) o qədər. – Eylə üzimi hardan tapeysən

    Tam oxu »
  • EYLƏTMAX

    (Şəki) saxlamaq, gecikdirmək

    Tam oxu »
  • EYLİ

    (Salyan) başqa, qeyri. – Eyli vaxt olseydi, gə:də <yenə də> dimməzzim

    Tam oxu »
  • EYMANA-EYMANA

    (Qax) fikirləşəfikirləşə

    Tam oxu »
  • EYMƏ

    (Ağcabədi, Basarkeçər, Borçalı, Gədəbəy, Goranboy, Kürdəmir, Qazax, Mingəçevir, Ucar, Zərdab) bax eğmə

    Tam oxu »
  • EYMƏLƏMMƏX’

    (Kürdəmir, Cəbrayıl) genişlənmək, genəlmək. – Ayaqqabı eymələnib, ayağımda durmur (Kürdəmir)

    Tam oxu »
  • EYMƏMMƏX’

    (Ağbaba, Borçalı, Cəbrayıl, Gədəbəy, Qazax, Mingəçevir, Oğuz, Tovuz) qorxmaq, ehtiyat etmək. – Adam qarannıxda eyməner (Qazax); – Eyməmməx’ oğula yara

    Tam oxu »
  • EYMƏOTU

    (Qax) şüyüd

    Tam oxu »
  • EYNƏ

    (Füzuli) 1. dəfə 2. vaxt

    Tam oxu »
  • EYNİHUT

    (Salyan) eynilə. – Eynihut atasına oxşıyir

    Tam oxu »
  • EYNİMƏX’

    I (Ağdam, Laçın, Şuşa) bax aynımax. – Nənəm çox pisidi, indi yavaşyavaş eyniyir (Ağdam); – Yaram indi eyniyir hələ, də:sən yaxşı olur (Laçın) II (Çənb

    Tam oxu »
  • EYZAN

    I (Füzuli, Mingəçevir, Zərdab) həmişə, daima. – Bu işi eyzan sən görürsən (Füzuli); – Çətin işə eyzan məni buyurursan (Zərdab) II (Ağdam, Bərdə, Cəlil

    Tam oxu »
  • EYZƏN

    I (Bakı) bax eyzan I II (Astara, Bakı, Lənkəran) bax eyzan II. – Hara baxırsan eyzən ağajdığdu (Bakı)

    Tam oxu »
  • Ə:AXLI

    (Gədəbəy, Xanlar) bax ayaxlı. – Ə:axlıyı ma:yəti <mənə gətir> ordan, yayem bu kündələri (Gədəbəy)

    Tam oxu »
  • Ə:ALĞA

    (Gədəbəy) bax ayalğa. – Uşağa ə:alğa qoyma:η, peşman olarsıηız sonralar

    Tam oxu »
  • ƏBCƏMƏX’

    (Şərur) toxumu qabıqdan çıxarmaq

    Tam oxu »
  • ƏBDAL

    (Qax) qanacaqsız, qanmaz. – Allah vuran əbdaldı, xayrını, zaralını bilmiy

    Tam oxu »
  • ƏBƏ

    I (Lənkəran) bax aba II II (Zəngilan) bax aba I III (Böyük Qarakilsə) nənə IV (Meğri, Yardımlı) çilingağac oyununda yerdə qazılan kiçik çuxur, oyunun

    Tam oxu »
  • ƏBƏÇİ

    (Cəlilabad, Lerik, Yardımlı, İmişli, Sabirabad, Zəngilan) mama, mamaça. – Əbəçi oley beysavad, doxdır olanda deyeylər mama (Cəlilabad)

    Tam oxu »
  • ƏBƏDİMƏG

    I (Göyçay, Kürdəmir, Salyan) arxası üstə yıxılmaq. – Mal əbədiyib, oqqədər çırpınıb ki, bağrı çatdıyıb (Salyan) II (Biləsuvar) ölmək

    Tam oxu »
  • ƏBƏDİMƏX’

    (Zəngibasar) bax əbədiməg I

    Tam oxu »
  • ƏBƏNQƏŞ

    (Ordubad) namussuz, biqeyrət, həyasız. – Ədə, sən nə əbənqəş adamsan, mən sə: umud oldum

    Tam oxu »
  • ƏBLAĞ

    (Lənkəran) ala-bula (at). – Bi əblağ atı var onun

    Tam oxu »
  • ƏBLƏBİÇ

    (Qax) soxulcan

    Tam oxu »
  • ƏBLƏĞ

    (Lənkəran) bax əblağ

    Tam oxu »
  • ƏBLƏSÖ:ÜN

    (Lənkəran) sevincək, sevinə-sevinə

    Tam oxu »
  • ƏBRƏ

    (Qax) arba, içərisində müəyyən bir şey olan qabın boş çəkisi

    Tam oxu »
  • ƏBRƏŞ

    (Cəbrayıl, Salyan, Yardımlı, Kürdəmir, Şəki) təpəl, başında ağ xalı olan (heyvan). – Bi sarı əbrəş qoyunum var (Kürdəmir); – Əbrəş qoyunumuz iki gündü

    Tam oxu »
  • ƏBRƏVAN

    (Salyan) tənzif. – Qadınnarın başında əbrəvan vardı

    Tam oxu »
  • ƏBRİMÜŞ

    (Şəki) qovaq ağacının bir növü

    Tam oxu »
  • ƏBRİŞİM

    (Ağdaş, Kürdəmir, Göyçay) bax əbrimüş. – Bizim tərəflərdə əbrişim çox olur (Kürdəmir)

    Tam oxu »
  • ƏBRU:S

    (Cəlilabad) geyim. – Mənüm əbru:sum yoxdi, mənə bir dəs paltar ver

    Tam oxu »
  • ƏBRUŞUM

    (Mingəçevir) bax əbrimüş

    Tam oxu »
  • ƏBŞƏLƏ

    (Bakı) şərbət. – Uşağı göndərün əbşələ paylamağa

    Tam oxu »
  • ƏBÜR

    (Yardımlı) allergiya. – Üzi tamam əbur olub

    Tam oxu »
  • ƏCAZ

    I (Naxçıvan) əcaib II (Qarakilsə) kələkbaz, bic

    Tam oxu »
  • ƏCCƏ

    I (Salyan) key (adam) II (Yardımlı) yumurtadan təzə çıxmış cücə və ya sərçə balası

    Tam oxu »