Azərbaycan dilinin frazeologiya lügəti

  • ƏL-AYAĞI YERDƏN ÜZÜLMƏK

    1. Son dərəcə təəccüblənmək, heyrət etmək; ~ ayağının altından yer qaçmaq, əli üzündə qalmaq, əli ağzında qalmaq

    Tam oxu »
  • ƏL-AYAĞI YIĞILMAQ

    bax: əl-ayağı kəsilmək.

    Tam oxu »
  • ƏL-AYAĞINA DOLAŞMAQ

    mane olmaq, iş görməyə qoymamaq.

    Tam oxu »
  • ƏL-AYAĞINA DÖŞƏNMƏK

    təkidlə xahiş etmək, yalvarmaq, kiminsə qarşısında əyilmək, diz çökmək; ~ əl-ayağına düşmək.

    Tam oxu »
  • ƏL-AYAĞINA DÜŞMƏK

    bax: əl-ayağına döşənmək.

    Tam oxu »
  • ƏL-AYAĞINI BAĞLAMAQ

    bir iş görməyə qoymamaq, hərəkət etməsinə imkan verməmək, mane olmaq; ~ qarşısını almaq (kəsmək), əl-ayağını kəsmək

    Tam oxu »
  • ƏL-AYAĞINI BİR YERƏ YIĞMAQ

    1. Pis yoldan çəkindirmək.  2. Evləndirmək; ~ baş-göz eləmək, ayağını kəndirləmək, başını bağlamaq, başını bənd etmək

    Tam oxu »
  • ƏL-AYAĞINI ÇƏKMƏK

    bir yerə gedib-gəlməmək, əlaqəni üzmək; ~ ayağını kəsmək, əl-ayağı yığılmaq, əl-ayağı kəsilmək.

    Tam oxu »
  • ƏL-AYAĞINI İT YEYİB

    bacarıqsız, bir iş görərkən tez-tez xata törədən adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ƏL-AYAĞINI KƏSMƏK

    get-gələ imkan verməmək, mane olmaq, hərəkətini məhdudlaşdırmaq; ~ qarşısını almaq (kəsmək), əl-ayağını bağlamaq

    Tam oxu »
  • ƏL-AYAĞINI SAZLAMAQ

    hazırlamaq, hazırlıq görmək.

    Tam oxu »
  • ƏL-AYAĞINI UZATMAQ

    1. Ölmək.  2. Uzanmaq, yatmaq.

    Tam oxu »
  • ƏL-AYAĞINI YEMƏK

    istəməmək, sevməmək, haqqında mənfi sözlər danışmaq; ~ paxıllığını çəkmək.

    Tam oxu »
  • ƏL-AYAĞINI YIĞIŞDIRMAQ

    nizam-intizam yaratmaq, istədiyini etməyə qoymamaq, müəyyən çərçivəyə salmaq; ~ puçunu burmaq.

    Tam oxu »
  • ƏL-AYAĞINI YIĞMAQ

    1. Fəaliyyətini məhdudlaşdırmaq, çəkindirmək, nəzarəti artırmaq, imkan verməmək.  2. İşin ən ağır və əsas hissəsini bitirmək, yekunlaşdırmağa yaxın ol

    Tam oxu »
  • ƏL-AYAQ AÇMAQ

    sərbəstləşmək, istədiyi kimi sərbəst hərəkət etmək.

    Tam oxu »
  • ƏL-AYAQ ALTINDA QALMAQ

    sayılmamaq, adam yerinə qoyulmamaq; ~ əldə-ayaqda qalmaq.

    Tam oxu »
  • ƏL-AYAQ ÇATMAMAQ

    çox uzaqda olmaq, görə bilməmək, görüşə bilməmək, görüşmək mümkün olmamaq.

    Tam oxu »
  • ƏL-AYAQ ÇƏKİLMƏK

    gediş-gəliş dayanmaq, sakitlik yaranmaq.

    Tam oxu »
  • ƏL-AYAQ ELƏMƏK

    hazırlıq görmək; cəld tərpənmək, yubanmamaq.

    Tam oxu »
  • ƏL-AYAQ QOYMAQ

    1. İnanca görə, bərk qorxmuş adamın başına dua oxumaqla əl çəkmək və bununla da qorxunu candan çıxarmaq

    Tam oxu »
  • ƏL-AYAQ TƏRPƏTMƏK

    cəld işləmək, tələsmək, cəld hərəkətə gəlmək, qoçaq və əldən iti olmaq; ~ əl tərpətmək.

    Tam oxu »
  • ƏL-AYAQ VERMƏK

    vacib olan bir işə kömək etmək, yardımçı olmaq.

    Tam oxu »
  • ƏL-AYAQDAN UZAQ

    əl çatmayan, insan ayağı dəyməyən uzaq bir yer.

    Tam oxu »
  • ƏL BULAMAĞINA DƏYMƏZ

    dəyərsiz, lüzumsuz, faydasız, heç bir xeyir gözlənilməyən şey haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ƏL BULAMAQ

    1. Bir işə girişmək, qoşulmaq; xoşagəlməz əməldə iştirak etmək; ~ əl bulaşdırmaq.  2. Cəzalandırmaq, möhkəm döymək; ~ meyitini salmaq

    Tam oxu »
  • ƏL BULAŞDIRMAQ

    qarışmaq, cinayətdə iştirak etmək; ~ əl bulamaq.

    Tam oxu »
  • ƏL ÇƏKMƏK

    tərgitmək, dayandırmaq (köməyi, himayəni), vərdiş etdiyi bir şeydən imtina etmək, uzaqlaşmaq, aralanmaq; ~ daşını atmaq, vaz keçmək, əl götürmək, başı

    Tam oxu »
  • ƏL ÇİRKİ

    pul haqqında deyilən, maddiyyatın həlledici olmadığını bildirən ifadə.

    Tam oxu »
  • ƏL ELƏMƏK

    çağırmaq, sağollaşmaq və s. məqsədilə işarə vermək.

    Tam oxu »
  • ƏL-ƏL AXTARMAQ

    bitdə-bitdə, bircə-bircə axtarmaq, gəzmədiyi yer qoymamaq, ələk-vələk eləmək.

    Tam oxu »
  • ƏL-ƏL ÜSTƏ DAYANMAQ

    əmrə müntəzir vəziyyətdə olmaq, hazır dayanmaq.

    Tam oxu »
  • ƏL-ƏLƏ VERMƏK

    bir-birinə kömək etmək, birlikdə çalışmaq.

    Tam oxu »
  • ƏL-ƏTƏYİ ÇƏKİLMƏK

    bax: əl-ayağı çəkilmək.

    Tam oxu »
  • ƏL ƏTİ

    dan. evdə kəsilən və halal sayılan heyvanın əti.

    Tam oxu »
  • ƏL GƏRƏK, TEZ GƏRƏK

    təcili, tələsik görülməli iş haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ƏL GƏZDİRMƏK

    1. Bir şeyi nizama, səliqəyə salmaq, səliqə-sahman yaratmaq, nəyinsə (mətnin və s.) üzərində işləmək, düzəlişlər etmək; ~ ağız-burnunu düzəltmək

    Tam oxu »
  • ƏL GÖTÜRMƏK

    bax: əl çəkmək.

    Tam oxu »
  • ƏL İÇİ KİMİ

    düz, yaxşı, aydın.

    Tam oxu »
  • ƏL İÇİNDƏ OLMAQ

    asanlıqla nəzarət və müşahidə edilmək.

    Tam oxu »
  • ƏL İLİŞDİRMƏK

    bir işlə məşğul olmağa başlamaq; ~ barmağını ilişdirmək.

    Tam oxu »
  • ƏL QALDIRMAQ

    kimisə vurmaq.

    Tam oxu »
  • ƏL QATMAQ

    müdaxilə etmək, işə qarışmaq; ~ əl aparmaq, əl uzatmaq.

    Tam oxu »
  • ƏL-QOL ATMAQ

    1. Əsəbi, həyəcanlı halda hədələyici jestlər etmək; ~ əl-qolunu oynatmaq, əllərini ölçmək.  2. Çapalamaq

    Tam oxu »
  • ƏL-QOLU AÇILMAQ

    məhdudiyyətlərə son qoyub fəaliyyətə başlamaq, sərbəstləşmək, asudəliyə çıxmaq, sərbəst fəaliyyət göstərmək

    Tam oxu »
  • ƏL-QOLU BAĞLANMAQ

    sərbəst hərəkət edə bilməmək, məhdudiyyət qoyulmaq, heç bir şey edə bilməmək; ~ əl-ayağı bağlı olmaq

    Tam oxu »
  • ƏL-QOLUNU BAĞLAMAQ

    sərbəst hərəkət imkanından məhrum etmək,  məhdudiyyət qoymaq, fəaliyyət göstərməsinə imkan verməmək; ~ əl-ayağını bağlamaq

    Tam oxu »
  • ƏL-QOLUNU OYNATMAQ

    bax: əl-qol atmaq.

    Tam oxu »
  • ƏL-QOLUNU ÖLÇMƏK

    əsəbi halda, həyəcanla, əl-qol hərəkətləri ilə danışmaq; ~ əl-qol atmaq, əllərini ölçmək, qollarını ölçmək

    Tam oxu »
  • ƏL QOYMAQ

    bir işə qarışmaq; razı olmaq, razılığını bildirmək.

    Tam oxu »