Azərbaycan dilinin frazeologiya lügəti

  • HİS BAĞLAMAQ

    köhnəlmək, kara gəlməmək, yaramamaq.

    Tam oxu »
  • HİSLƏRİNƏ HAKİM OLMAQ

    bax: hislərini cilovlamaq.

    Tam oxu »
  • HİSLƏRİNİ CİLOVLAMAQ

    duyğularını öz iradəsinə tabe etmək, dözmək, səbirli olmaq; ~ özünü ələ almaq.

    Tam oxu »
  • HİSSƏ QAPILMAQ

    reallığı düzgün qiymətləndirə bilməmək, öz hisləri ilə hərəkət etmək; ~ hissiyyata qapılmaq.

    Tam oxu »
  • HİSSİYYATA QAPILMAQ

    reallığı düzgün qiymətləndirə bilməmək, gerçəkliyi unutmaq, öz hisləri ilə hərəkət etmək; ~ hissə qapılmaq

    Tam oxu »
  • HİYLƏ GƏLMƏK (İŞLƏTMƏK)

    məqsədinə nail olmaq üçün başqalarını aldatmaq, biclik işlətmək; ~ doqquzluq gəlmək, kələk gəlmək, badalaq gəlmək (vurmaq), nömrə gəlmək, fırıldaq işl

    Tam oxu »
  • HİYLƏYƏ ƏL ATMAQ

    bax: hiylə gəlmək (işlətmək).

    Tam oxu »
  • HOQQA ÇIXARMAQ

    oyunbazlıq etmək, əlavə problem yaratmaq, əngəl yaratmaq; ~ oyun çıxarmaq.

    Tam oxu »
  • HOVUNU ALMAQ

    sakitləşdirmək.

    Tam oxu »
  • HOYDU-HOYDUYA GÖTÜRMƏK

    dolamaq; ~ məsxərəyə qoymaq, araya qoymaq, ələ salmaq, lağa qoymaq.

    Tam oxu »
  • HÖCƏTİ KƏSMƏK

    aradakı mübahisəni, münaqişə və ya davanı həll etmək, narazılığa, söz-söhbətə son qoymaq.

    Tam oxu »
  • HÖKM ÇIXARMAQ

    qəti fikir söyləmək, qərar vermək.

    Tam oxu »
  • HÖKM SÜRMƏK

    1. Ağalıq etmək, hökm etmək.  2. Mövcud olmaq.

    Tam oxu »
  • HÖKMDƏN DÜŞMƏK

    öz qüvvəsini, əhəmiyyətini itirmək.

    Tam oxu »
  • HÖKMÜ KEÇMƏK

    hökmü, qüvvəsi, nüfuzu, təsiri olmaq, əmri, göstərişi yerinə yetirilmək.

    Tam oxu »
  • HÖRMƏT GÖRMƏK

    xoş, ehtiramla qarşılanmaq.

    Tam oxu »
  • HÖRMƏT QOYMAQ

    bax: hörmətini saxlamaq (gözləmək).

    Tam oxu »
  • HÖRMƏTDƏN DÜŞMƏK

    sayılmamaq; ~ nüfuzdan düşmək, gözdən düşmək, bir qara qəpiklik olmaq, adı batmaq, etibardan düşmək, gözündən düşmək

    Tam oxu »
  • HÖRMƏTDƏN SALMAQ

    nüfuzuna xələl gətirmək; ~ gözdən salmaq, nüfuzdan salmaq, əskiklik gətirmək, qiymətdən salmaq, adını batırmaq, ayağa vermək

    Tam oxu »
  • HÖRMƏTƏ MİNMƏK

    hörməti artmaq, hörmətli olmaq.

    Tam oxu »
  • HÖRMƏTİNİ SAXLAMAQ (GÖZLƏMƏK)

    hörmət etmək, saymaq; ~ saya salmaq, xətrini saxlamaq, uca tutmaq, yolunu saxlamaq, yüksək tutmaq, pərdə saxlamaq

    Tam oxu »
  • HÖRÜMÇƏK TORU

    qarma-qarışıq, dolaşıq bir şey.

    Tam oxu »
  • HÖRÜMÇƏKDƏN CAN DİLƏMƏK (İSTƏMƏK)

    xəstəlikdən arıqlamaq.

    Tam oxu »
  • HÖVSƏLƏDƏN ÇIXMAQ

    özünü saxlaya bilməmək, hirslənmək; ~ hövsələsi bir tikə olmaq, səbir kasası dolmaq (daşmaq).

    Tam oxu »
  • HÖVSƏLƏSİ BİR TİKƏ OLMAQ

    səbirsiz olmaq, dözə bilməmək, özünü saxlaya bilməmək; ~ hövsələsi daralmaq, hövsələdən çıxmaq. 

    Tam oxu »
  • HÖVSƏLƏSİ DARALMAQ

    səbir edə bilməmək, dözə bilməmək, darıxmaq, özünü saxlaya bilməmək; ~ hövsələsi bir tikə olmaq, səbri kəsilmək (çatmamaq)

    Tam oxu »
  • HÖVSƏLƏSİNİ BASMAQ

    dözmək, səbir etmək, toxtamaq; ~ özünü saxlamaq,  səbrini basmaq (cilovlamaq).

    Tam oxu »
  • HUŞ APARMAQ

    bir anlığa mürgüləmək, yuxulamaq; dərin fikrə getmək; ~ huşa getmək.

    Tam oxu »
  • HUŞA GETMƏK

    bihuş olmaq; mürgüləmək, yuxulamaq; ~ özündən getmək, huş aparmaq.

    Tam oxu »
  • HUŞA GƏLMƏK

    ayılmaq; ~ özünə gəlmək.

    Tam oxu »
  • HUŞA GƏTİRMƏK

    ayıltmaq; ~ özünə gətirmək.

    Tam oxu »
  • HUŞDAN ÇIXMAQ

    unutmaq.

    Tam oxu »
  • HUŞU BAŞINA GƏLMƏK

    bax: huşa gəlmək.

    Tam oxu »
  • HUŞU BAŞINDAN ÇIXMAQ

    bihuş olmaq; ~ ağlını itirmək.

    Tam oxu »
  • HUŞU BAŞINDAN GETMƏK

    bax: huşu getmək.

    Tam oxu »
  • HUŞU GETMƏK

    1. Yaddaşı zəifləmək; ~ huşunu itirmək.  2. Bayılmaq; ~ özündən getmək, huşunu itirmək.

    Tam oxu »
  • HUŞU KƏSMƏMƏK

    bax: ağlı kəsməmək.

    Tam oxu »
  • HUŞUNDAN ÇIXMAQ

    bax: yaddan çıxmaq.

    Tam oxu »
  • HUŞUNU APARMAQ

    heyran etmək, məftun etmək, valeh etmək.

    Tam oxu »
  • HUŞUNU BAŞINA YIĞMAQ

    fikrini cəmləşdirmək, düşünmək, fikirləşmək, götür-qoy eləmək.

    Tam oxu »
  • HUŞUNU İTİRMƏK

    1. Bihuş olmaq, bayılmaq; ~ ürəyi getmək, özündən getmək, hal aparmaq, huşu getmək.  2. Yaddaşı zəifləmək; ~ huşu getmək

    Tam oxu »
  • HÜCUM ÇƏKMƏK

    bir şeyin və ya bir şəxsin üzərinə atılmaq, üstünə cummaq.

    Tam oxu »
  • HÜCUMA KEÇMƏK

    vaxt itirmədən hücum etmək, hücuma başlamaq.

    Tam oxu »
  • HÜQUQ QAZANMAQ

    ixtiyarı, səlahiyyəti olmaq.

    Tam oxu »
  • HÜQUQUNU TAPDALAMAQ

    səlahiyyətini, ixtiyarını, haqqını əlindən almaq.

    Tam oxu »
  • HÜLQUMU BOŞ OLMAQ

    sirr saxlamamaq, ağzıyırtıq olmaq; ~ hülqumu olmamaq.

    Tam oxu »
  • HÜLQUMU QURUMAQ

    bərk qorxmaq, qorxudan özünü itirmək.

    Tam oxu »
  • HÜLQUMU OLMAMAQ

    sirr saxlaya bilməmək, nə gəldi danışmaq; ~ ağzında söz qalmamaq (saxlamamaq), hülqumu boş olmaq.

    Tam oxu »
  • HÜLQUMUNU ÜZMƏK

    boğazlamaq, öldürmək, boğazını kəsmək.

    Tam oxu »
  • XAÇ ASMAQ

    xristianlığı qəbul etmək.

    Tam oxu »